Hebib Müntezir
12.5K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Qarabağdakı ermənilərin prezidenti kimi səlahiyyətləri icra edən Samvel Şahramanyanın da saxlanılaraq Bakıya gətirildiyi bildirilir. "Milli qəhrəman" Vitali Balasanyan və "general" Kamo Vardanyanın taleyi isə sabah həll olunacaq.
Arayik Arutyunyanın tutulma anı
Özünü “Milli Fədailər Hərəkatı”nın yaradıcı kimi təqdim edən Fuad Muradovun saxlanıldığı deyilir. Ona “hədə-qorxu ilə tələb etmə” (şantaj) maddəsi ilə cinayət işinin açıldığı və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildiyi bildirilir. Onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Fuad Muradovun adı mütəmadi olaraq siyasi və ictimai fəalları təhdid, şantaj və qorxutmada hallanırdı.
ASALA terror təşkilatı dünən Yeravandakı "Ümumdünya Yəhudi Mərkəzi"ndə törədilən hücum aktını öz üzərinə götürüb və bildiriblər ki, onlar yəhudilərə və yəhudi dünyasına qarşı bu cür əməlləri davam etdirəcəklər.
Ermənistanda bəzi fəallar tərəfindən Rusiya kanallarının bağlanılması və Rusiyaya aid olan media orqanları və agentliklərə məhdudiyyət qoyulması tələb olunur.
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı yaydığı məlumatda bildirilir ki, artıq 98 nəfər erməni sakin reinteqrasiya ilə əlaqədar müraciət edib.
Media is too big
VIEW IN TELEGRAM
Arayikin Bakıya gətirilmə görüntüləri
Avropa Parlamenti Avropa İttifaqını Qarabağdakı son hadisələrə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Rusiya Dumasının deputatı Konstantin Zatulin bildirib ki, Rusiya sülhməramlıları "Dağlıq Qarabağ"da son günlərini sayır. Bu arada bəzi rusiyameylli erməni mənbələri 1 noyabr 2023-cü il tarixinə qədər sülhməramlıların Qarabağı tamamilə tərk edəcəyini açıqlayıblar.
Şərti sərhədin Kəlbəcər rayonu istiqamətində atəşkəs pozulub. Hər iki tərəf atəşkəsin pozulmasına görə bir-birini ittiham edir. Bildirilir ki, canlı itki yoxdur.
Putin: "Rusiya 15 ildir ki, Ermənistana güzəştə getməyi və Qarabağın 5 rayonunu Azərbaycana qaytarmağı, 2-sini isə özündə saxlamağı təklif edirdi, lakin onlar bundan imtina ediblər. Qarabağ özünü "müstəqil" elan edəndə, onu heç Ermənistan tanımadı. Ermənistanın bu yöndə mübarizəsi qəribədir. Ermənistan özü daha sonra Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bunu da mən mətbuatdan öyrənmişəm. Bizə ayrıca məlumat verilməyib. 2020-ci ildən sonra Qarabağdakı rus sülhməramlılarının yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək hüququ var".
Putin deyib ki, rəsmi Moskva Bakını həbs edib gətirdiyi Qarabağın keçmiş rəhbərinə mərhəmət göstərməyə çağırır.
Paşinyan İspaniyada keçirilən iclasda Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisini 86,6 min km² kimi tanıyan bəyannamə imzalayıb.
Paşinyan bugünkü sənədə imza atmaqla Naxçıvanın Sədərək rayon Kərki kəndi və Qazaxın 7 kəndinin Azərbaycana qaytarılmasına imza atıb. Nəticədə Azərbaycan Ordusu Ermənistanı İran və Gürcüstanla birləşdirən bu ərazilərdən keçən Ermənistanın dövlət magistral yollarına da nəzarət edəcək.
Rusiya MN: "Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələri işini dayandırıb".
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı sanksiya tətbiq etmək yaxşı fikir deyil, Bakı ilə danışıqlar aparmaq lazımdır.
Son hərbi əməliyat zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri, Sabirabadın Ulacalı kənd sakini Muradov Əzizbəy Etibar oğlu bu gün şəhid olub.
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin "Dağlıq Qarabağ"dan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün Yerevana səfər edəcəyi bildirilir. Ermənistan isə rəsmi olaraq bu məlumatı təkzib edib.
Bu gün Zəngilanın Ağbənd qəsəbəsində Azərbaycanla İran arasında avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib. Azərbaycan İran ərazisindən keçən yeni yollar və körpülər vasitəsilə Naxçıvanla əlaqə quracaq.
Azərbaycan Ordusunun hərbçisi, Şabran rayon sakini Ziya Baba oğlu Babayevin həlak olduğu bildirilir. Onun Füzuli istiqamətində avtomobil qəzası nəticəsində dünyasını itirdiyi deyilir. Məlumatı rayon komissarlığından təsdiqləyiblər. Şəhidin cənazəsi bu gün gecə Füzulidən doğulduğu rayona göndəriləcək. Evin tək oğlu idi, ailəlidir, iki övladı var.
Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyevin piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olduğu deyilir. Vətəndaş ikinci dəfə minaya düşüb, ilk dəfə mart ayında düşmüşdü, ayağı amputasiya olunmuşdu. Bu dəfə isə sağ qurtulmadı.