Bir neçə gündür komada olan və xəstəxanada müalicə alan deputat Qənirə Paşayeva həyatını itirdi.
Azərbaycan MN yeni şəhid siyahısı yaydı. Əvvəlki 180 nəfərlik adbaad siyahıya daha 6 nəfər əlavə olunub. Tibbi eкspertizada olan 11 nəfərdən 6-sının adı siyahıya əlavə edilib.
Separatçıların keçmiş komandiri, general-leytenant Levon Mnatsakanyan və Təhlükəsizlik Şurasının keçmiş katibi Arşavir Qrahamyanın Laçın sərhəd buraxılış məntəqəsində saxlanıldığı deyilir.
Rəsmi olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayaraq bildirib ki, öz əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edirlər.
DTX: "Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib".
DSX: “Dağlıq Qarabağın Müdafiə naziri” vəzifəsində çalışmış Lyova Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib.
Erməni mənbələrinə görə Qarabağdan Ermənistana gedən ermənilərin sayı 100 min nəfəri keçib. Azərbaycan və rus mənbələri gedənlərin sayı barədə hələ ki, məlumat verməyib.
Baş Prokurorluq separatçıların "dövlət müşaviri" olmuş David Babayanın saxlanılaraq Bakıya gətirildiyini, DTX təcridxanasına salındığını və barəsində 20-dən çox maddə ilə cinayət işinin açıldığını bildirib.
Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Kəlbəcərin Aşağı Ayrım istiqamətində snayper silahından atəş açılıb. Nəticədə hərbçi Orucov Vüsal Xeybalı oğlu şəhid olub.
BMT-nin xüsusi missiyası rəsmi Bakının dəvəti ilə 30 ildən sonra Qarabağa səfər edib. Onlar vəziyyəti yerində qiymətləndirəcək, bölgədə qalan insanların humanitar və təhlükəsizliklə bağlı ehtiyaclarını müəyyən etməyə çalışacaqlar.
Erməni mənbələrinin məlumatına görə, rəsmi Bakı ilə Yevlaxda aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçıların üç keçmiş "prezidenti" və "hökumət üzvləri" Laçın üzərindən Ermənistana keçiblər.
Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, Ermənistan Respublikasının döyüş mövqelərinin şəxsi heyəti üçün ərzaq daşıyan avtomobilinin Azərbaycan Ordusu tərəfindən atəşə tutulması nəticəsində erməni tərəfdə itkilər olub. Azərbaycan Müdafiə Nazirliyi isə bunu qəti surətdə təkzib edib.
Azərbaycan MN şərti sərhəddə, Kəlbəcər istiqamətində atəşkəsin pozulduğunu açıqlayıb. Ermənistan Ordusunun döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıldığını bildirib.
Ermənistan MN şərti sərhəddə atəşkəs pozulması nəticəsində iki erməni hərbçinin yaralandığını, birinin isə öldüyünü bildirir.
Ermənistan parlamenti rəsmi Kremlin narahat və narazı olduğu "Roma statutu"nu qəbul etdi. Bununla da Putin ölkəyə səfər edərsə, o dərhal həbs olunacaq.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 93 yaşında vəfat edib.
Qarabağdakı ermənilərin prezidenti kimi səlahiyyətləri icra edən Samvel Şahramanyanın da saxlanılaraq Bakıya gətirildiyi bildirilir. "Milli qəhrəman" Vitali Balasanyan və "general" Kamo Vardanyanın taleyi isə sabah həll olunacaq.