Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Mənə çox maraqlıdır. Bu gün Azərbaycan Baş Prokurorluğu ilk öncə fotoda gördüyünüz sağdakı xəritəni yayımladı. Xəritə hardasa 5-10 dəqiqə saytda durdu. Sonra silindi, dəyişdirilərək soldakı xəritə yayımlandı. Bu nə deməkdir? Sağdakı torpaqlar azad edilib, açıqlamırlar, yoxsa nə? Bu boyda yanlışlıq və səhv edilməsi mümkün deyil, çünki xəritənin üzərində işlənilib, azad olunan rayonlar qeyd filan edilib. Nə hoqqa çıxarırsız? Bu barədə baş prokurorluq ictimaiyyətə açıqlama verməlidir.
Kanada - Torontoda Azərbaycan Ordusuna dəstək aksiyasında açılmış maraqlı ışüarlardan biri: "Şuşan, evsiz olmaq necə hissdir?"

Xatırladım ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Hadrutda doğulub. Azərbaycan hərbçiləri Hadrutu ötən həftə işğaldan azad ediblər.
Azərbaycan Ordusu cəbhənin cənub bölgəsindən, Zəngilanın Babaylı kəndini nəzarət altına alıb. Qubadlının Xanlıq kəndində isə qızğın döyüşlər gedir. Hər 2 rayona da artıq daxil olunub. İrəliləyiş o qədərdir ki, artıq Laçın karidorunun artilleriya zərbələrinə məruz qaldığı deyilir.
Azərbaycanı və İranı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmış iki körpü var. Hər ikisi də Xudafərin adlanır. Amma bu körpülərdən birini həm də Həsrət körpüsü adlandırırlar. 1027-ci ildə tikilən körpülərin biri sağlamdır, 15 aşırımdan ibarətdir, digərinin isə sadəcə 3 aşırımı var.
Erməni rəsmilərinin verdiyi məlumata görə, Azərbaycan ordusi şimal istiqamətində aviasiya və artilleriyadan istifadə edir, cənubda da ağır döyüşlər gedir. Azərbaycan Müdafiə Nazirliyinin son açıqlanmasında döyüşlərin Qubadlı və Zəngilanda getdiyi təsdiqlənir.
📺 Rusiyanın “Dojd” kanalının Xankəndindəki müxbiri Aleksey Korostelyov dünən Qarabağdakı vəziyyətlə bağlı danışıb. Onun çıxışından əsas başlıqlar:

▪️Xankəndi demək olar boşalıb. Xocavənd və Ağdərə rayonlarının mərkəzləri də boşalıb, az sayda qoca kişilər qalıb. Hamı deyir Azərbaycan əsgərlərini gözləyirlər, əllərində avtomat "vətən"lərini qoruyacaqlarını deyirlər.
▪️Erməni ordusunun sıraları hazırda Ermənistandan gələn könüllülər hesabına doldurulur, itki çoxdur, hər gün meyitlər daşınır.
▪️Hərbçilərdən müsahibə almaq, şəklini çəkmək, hərbi texnikanın fotosunu çəkmək qəti qadağandır.
▪️Rusiyaya, Putinə hələ də ümidləri var və işə qarışacağını düşünürlər.
Hadrutda bir vaxtlar at oynadan "Wargonzo" jurnalisti Semyon Peqov Azərbaycan əsgərlərinin ayaq səslərini eşidib 10 min km uzağa, Xabarovska qaçıb. İti qovun dedik, sürgün edin demədik ki.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov son döyüşlərə könüllü yollanan şəhid Şaiq Kəlbiyevi təhqir edib. Mən gözləyirdim müharibədən sonra məmurlar şəhid və onların ailələrini incidəcəklər, bunlar indidən başlayıblar. Dövlət bu məmuru iti qovan kimi rədd etməlidir vəzifəsindən. Şaiq həm də Aprel döyüşlərinin iştirakçısı olmuşdu.
Müdafiə Nazirliyinin rəsmi saytında baş qərargah rəisi Nəcməddin Sadıqov barədə olan hissə tamamiylə yığışdırılıb. Çox maraqlıdır. İstəyən linkə girib yoxlaya bilər.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan: "Geri çəkilmək məğlubiyyət demək deyil. 1918-də, 1941-də, 1992-də də geri çəkilmişdik, amma sonra qələbə qazandıq. İndi də geri çəkilirik, çünki qələbə qazanacağıq".🤦‍♂️
Azərbaycan Ordusu Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonu Safarşa, Həsənqaydı, Füğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonu Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng (Çinarlı), Zəngilan rayonu Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhərini işğaldan azad edib.
Media is too big
VIEW IN TELEGRAM
Ermənistan Ordusunun hərbi texnikası və canlı qüvvəsi belə zərərsizləşdirilir
Ermənistan rəsmilərinin dediyinə görə Laçın istiqamətində gərgin döyüşlər gedir.
Ermənistanın siyasi və ictimai fəalları ilk dəfə siyasi idarəetməyə qarşı bəyanat verdilər. Paşinyanı hər hansı danışıqlar aparmağı durdurmasını tələb etdilər.
Azərbaycan ordusu indiyə qədər ümumilikdə kənd+şəhər 100 yaşayış məntəqəsini işğaldan azad edib. Bu da təxminən 1850-1900 km² ərazi deməkdir. Belə ki, işğal altında olan ərazinin 16%-i işğaldan azad edilib, 84% qalıb.
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində Zəngilan rayonu və Horadiz şəhərinin işğaldan azad edilməli olduğu qeyd olunurdu. BMT-nin əvəzinə Azərbaycan Ordusu bu qətnaməni özü yerinə yetirir artıq, qalır digər 3 qətnamə.
💥 Gəncə və Mingəçevirdə partlayış səsi eşidilib. Havada zərərsizləşdirildiyi deyilir.
Azərbaycan Ordusu 3 gün əvvəl Laçın rayonu istiqamətindəki, Zabux (Axavno) kəndində yerləşən körpünü artilleriya hücumu nəticəsində yarasız hala salıb.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki (Qayalı-Qarağac) bölmələri məhv edilib. Məndə olan məlumata görə Qubadlının Xanlıq (İşxanadzor) kəndinin Azərbaycan Ordusu tərəfindən nəzarət altına alındığı deyilir. Bazarçay istiqaməti boyunca olan kəndlərin də Ermənistan hərbçilərindən təmizləndiyi bildirilir.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan: "Əgər biz müdafiə olunmağın daha əlverişli olduğu bir mövqedən digərinə gediriksə, bu, bizim məğlub olmağımız demək deyil". 🙄
Hotellərin biri Gəncə faciəsindən zərər çəkən, evlərini itirən vətəndaşlarımıza dəstək üçün qapılarını açıb, 15-ə yaxın ailə hotelə sığınıblar. Onların hazırda ərzaq yardımına ehtiyacları var, pul qəbul etmirlər. Xahiş edirəm, imkanı olan dostlarım, köməyinizi əsirgəməyin, imkanı olmayan, statusu paylaşın:
📞 0514443040
☎️ 0125020001