Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Sabirabad, İmişli, Biləsuvar səmasında görünən və vurularaq Saatlının Azadkənd (köhnə adı 5 dekabr) kəndinə düşən "Kukuruznik"
Ermənistan rəsmiləri Qarabağın cənubunda döyüşlərin davam etdiyini açıqlayıb
Ermənistan prezidenti deyib ki, Yeravan Türkiyə tərəfindən dəstəklənən Bakının danışıqlara getməyəcəyini anlayarsa, “Dağlıq Qarabağ Respublikası”nı tanıyacaq. Deyəsən Azərbaycan Ordusu torpaqları geri qaytarandan sonra tanıyacaqlar.
ABŞ-da Qarabağa dəstək aksiyasından
Ermənistan NATO-ya müraciət edib ki, bəs Bayraktar sizin silahdir, niyə qoyursuz Azərbaycan istifadə etsin?!🤦‍♂️ HAROP inciyəcək.
Cəbrayılın 13 kəndi işğaldan azad edilib: Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri.
🇱🇹 Litva
Cəbrayılda ümumi olaraq 97 yaşayış məntəqəsi var. Onlardan biri şəhər, dördü qəsəbə, 92 ədəd isə kənddir. Azərbaycan Ordusu indiyə qədər Cəbrayıl şəhəri ilə birlikdə, 38 kəndi işğaldan azad edib. Yerdə qaldı 54 kənd. Al-al, bitmir...
Ermənistanın işğalı altında olan səngərdə qadın maniken 😎

Fotonu jurnalist Dilan Kollins ön cəbhə xəttindən çəkib.
Rəşad Alızadə yazır: "Mən və ailəm Kəlbəcərdən bu Qaz-69 (67 min yürüyüşü var) ilə köçkün düşmüşük. Bu maşın valideyinlərim ilə yaşıdır, 1961-il istehsalıdır. 1993-cü ildən bu günə kimi bir dəfə də olsun mühərrik işə salınmayıb, heç açığı o halda da deyil artıq. İki il bundan qabaq maşını təmir etdirib ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı. 27 ildir evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu 4 qapı Qaz-69 Kəlbəcərə getmək üçün təmirə gedir. Mən ömrümün 5 ilini yaşamışam "cənnətdə" və o 5 ilin davamını yaşamağa bu maşınla gedəcəm".
🔥 Ermənistan Ordusu Tərtər ərazisindəki pambıq fabrikini raketlə vurub. Fabrikə 2 dəfə dalbadal atış edilib. Hal-hazırda fabrikdə yanğın baş verir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq fabrikini atəşə tutub
💛❤️Galatasaray stadionunda Azərbaycana dəstək şüarları asılıb
Nikol Paşinyan Dağlıq Qarabağla bağlı İlham Əliyevlə görüşmək üçün Moskvaya gəlməyə hazır olduğunu bildirib. Mənbə: TASS Agentliyi
İlham Əliyev də Paşinyanla Moskvada yaxud başqa məkanda görüşmək üçün danışıqlara hazır olduğunu bildirib. Mənbə: TASS Agentliyi
Mənə çox maraqlıdır. Bu gün Azərbaycan Baş Prokurorluğu ilk öncə fotoda gördüyünüz sağdakı xəritəni yayımladı. Xəritə hardasa 5-10 dəqiqə saytda durdu. Sonra silindi, dəyişdirilərək soldakı xəritə yayımlandı. Bu nə deməkdir? Sağdakı torpaqlar azad edilib, açıqlamırlar, yoxsa nə? Bu boyda yanlışlıq və səhv edilməsi mümkün deyil, çünki xəritənin üzərində işlənilib, azad olunan rayonlar qeyd filan edilib. Nə hoqqa çıxarırsız? Bu barədə baş prokurorluq ictimaiyyətə açıqlama verməlidir.
Kanada - Torontoda Azərbaycan Ordusuna dəstək aksiyasında açılmış maraqlı ışüarlardan biri: "Şuşan, evsiz olmaq necə hissdir?"

Xatırladım ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Hadrutda doğulub. Azərbaycan hərbçiləri Hadrutu ötən həftə işğaldan azad ediblər.
Azərbaycan Ordusu cəbhənin cənub bölgəsindən, Zəngilanın Babaylı kəndini nəzarət altına alıb. Qubadlının Xanlıq kəndində isə qızğın döyüşlər gedir. Hər 2 rayona da artıq daxil olunub. İrəliləyiş o qədərdir ki, artıq Laçın karidorunun artilleriya zərbələrinə məruz qaldığı deyilir.
Azərbaycanı və İranı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhristanı arasında yerləşən, Araz çayı üzərində salınmış iki körpü var. Hər ikisi də Xudafərin adlanır. Amma bu körpülərdən birini həm də Həsrət körpüsü adlandırırlar. 1027-ci ildə tikilən körpülərin biri sağlamdır, 15 aşırımdan ibarətdir, digərinin isə sadəcə 3 aşırımı var.
Erməni rəsmilərinin verdiyi məlumata görə, Azərbaycan ordusi şimal istiqamətində aviasiya və artilleriyadan istifadə edir, cənubda da ağır döyüşlər gedir. Azərbaycan Müdafiə Nazirliyinin son açıqlanmasında döyüşlərin Qubadlı və Zəngilanda getdiyi təsdiqlənir.
📺 Rusiyanın “Dojd” kanalının Xankəndindəki müxbiri Aleksey Korostelyov dünən Qarabağdakı vəziyyətlə bağlı danışıb. Onun çıxışından əsas başlıqlar:

▪️Xankəndi demək olar boşalıb. Xocavənd və Ağdərə rayonlarının mərkəzləri də boşalıb, az sayda qoca kişilər qalıb. Hamı deyir Azərbaycan əsgərlərini gözləyirlər, əllərində avtomat "vətən"lərini qoruyacaqlarını deyirlər.
▪️Erməni ordusunun sıraları hazırda Ermənistandan gələn könüllülər hesabına doldurulur, itki çoxdur, hər gün meyitlər daşınır.
▪️Hərbçilərdən müsahibə almaq, şəklini çəkmək, hərbi texnikanın fotosunu çəkmək qəti qadağandır.
▪️Rusiyaya, Putinə hələ də ümidləri var və işə qarışacağını düşünürlər.