Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə bildirib ki, məlumat doğru deyil. Buna görə məlumatı silirəm və hərbçinin ailəsi ilə bərabər, hər birinizdən üzr istəyirəm. 😒
🇦🇿 İlham Əliyev də rəsmi olaraq Xudafərin körpüsünə Azərbaycan bayrağının sancılmağını təsfiqlədi.
Qondarma rejimin pullarının üstündə Xudafərin körpüsünün şəkli. Körpü bugündən Azərbaycan Ordusunun nəzarətindədir @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Sabirabad, İmişli, Biləsuvar səmasında görünən və vurularaq Saatlının Azadkənd (köhnə adı 5 dekabr) kəndinə düşən "Kukuruznik"
Ermənistan rəsmiləri Qarabağın cənubunda döyüşlərin davam etdiyini açıqlayıb
Ermənistan prezidenti deyib ki, Yeravan Türkiyə tərəfindən dəstəklənən Bakının danışıqlara getməyəcəyini anlayarsa, “Dağlıq Qarabağ Respublikası”nı tanıyacaq. Deyəsən Azərbaycan Ordusu torpaqları geri qaytarandan sonra tanıyacaqlar.
Ermənistan NATO-ya müraciət edib ki, bəs Bayraktar sizin silahdir, niyə qoyursuz Azərbaycan istifadə etsin?!🤦♂️ HAROP inciyəcək.
Cəbrayılda ümumi olaraq 97 yaşayış məntəqəsi var. Onlardan biri şəhər, dördü qəsəbə, 92 ədəd isə kənddir. Azərbaycan Ordusu indiyə qədər Cəbrayıl şəhəri ilə birlikdə, 38 kəndi işğaldan azad edib. Yerdə qaldı 54 kənd. Al-al, bitmir...
Rəşad Alızadə yazır: "Mən və ailəm Kəlbəcərdən bu Qaz-69 (67 min yürüyüşü var) ilə köçkün düşmüşük. Bu maşın valideyinlərim ilə yaşıdır, 1961-il istehsalıdır. 1993-cü ildən bu günə kimi bir dəfə də olsun mühərrik işə salınmayıb, heç açığı o halda da deyil artıq. İki il bundan qabaq maşını təmir etdirib ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı. 27 ildir evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu 4 qapı Qaz-69 Kəlbəcərə getmək üçün təmirə gedir. Mən ömrümün 5 ilini yaşamışam "cənnətdə" və o 5 ilin davamını yaşamağa bu maşınla gedəcəm".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq fabrikini atəşə tutub
Nikol Paşinyan Dağlıq Qarabağla bağlı İlham Əliyevlə görüşmək üçün Moskvaya gəlməyə hazır olduğunu bildirib. Mənbə: TASS Agentliyi
İlham Əliyev də Paşinyanla Moskvada yaxud başqa məkanda görüşmək üçün danışıqlara hazır olduğunu bildirib. Mənbə: TASS Agentliyi
Mənə çox maraqlıdır. Bu gün Azərbaycan Baş Prokurorluğu ilk öncə fotoda gördüyünüz sağdakı xəritəni yayımladı. Xəritə hardasa 5-10 dəqiqə saytda durdu. Sonra silindi, dəyişdirilərək soldakı xəritə yayımlandı. Bu nə deməkdir? Sağdakı torpaqlar azad edilib, açıqlamırlar, yoxsa nə? Bu boyda yanlışlıq və səhv edilməsi mümkün deyil, çünki xəritənin üzərində işlənilib, azad olunan rayonlar qeyd filan edilib. Nə hoqqa çıxarırsız? Bu barədə baş prokurorluq ictimaiyyətə açıqlama verməlidir.