Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Paşinyan bugünkü açıqlamasında gələn il Ermənistanın dövlət büdcəsində müdafiə sektorunun xərclərində, 2018-ci illə müqayisədə 113% artım olacağını bildirib. Həmçinin hərbçilərin maaşlarının minimum 2 yaxud 3 dəfə artırılacağının anonsunu verib. Bildirib ki, peşəkar orduya keçidi belə həyata keçirəcəyik. Hərbi peşəni seçən və hərbi təhsil müəssisəsini bitirdikdən sonra gənclərin mənzillə təmin olunacaqlarını da vurğulayıb.
Azərbaycan Milli Məclisi Fransa Senatının Azərbaycan əleyhinə olan qətnaməsi ilə bağlı Bəyanat qəbul edib. Bəyanata görə Azərbaycanda Fransa rəsmilərinə aid hər hansı aktivləri, mülk və.s aşkar edilərsə dondurulsun və Fransa şirkətlərinin enerji sektorunda əməkdaşlığına yenidən baxılsın.
2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi planlaşdırılır. Bu, İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb. Bundan əlavə işğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri tikiləcək. Bu arada işğal olunmayan ərazilərdə həmin komplekslər işlək vəziyyətdədirmi?
Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Silahlı Qüvvələrində xarici vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb. Müvafiq fərmana əsasən, xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırılacaqlar. İndiyədək ancaq Rusiya vətəndaşı olan şəxslər bu ölkədə hərbi xidmətə çağırılırdı. Bu Rusiyada yaşayan ikilivətandaşlığı olan azərbaycanlıları da təhlükəyə atır.
Azərbaycanda kənd yumurtasının qiyməti artıb. Bakının bəzi marketlərində yumurtanın qiyməti 40 qəpik olub. Bir neçə mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğu müşahidə olunur. Bəs siz yumurtanı neçəyə alırsınız?
İlham Əliyev: "Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Əgər onlar Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Replika: Mənim fikrimcə həm Paşinyanın, həm də Əliyevin son açıqlamaları onu deməyə əsas verir ki, sülh sazişinin imzalanması mümkünsüzləşir, ehtimallar azalır. Ermənistan ciddi şəkildə silahlanır, müdafiə xərclərini artırır, Azərbaycan da həmçinin. Bu gedişlə bölgədə sabitlik olacağı real görünmür.
Bir çox banklarda yüksək vəzifələrdə işləmiş, eks millət vəkili Nurəddin Əhədovun oğlu, əvvəl Mehriban Əliyevanın köməkçisi olan Xalid Nurəddin oğlu Əhədov İlham Əliyevin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Atası bir zamanlar Müsavat Partiyası Divanının üzvü olub, rayon təşkilatı sədri olub. Hazırda da Müsavatın üzvüdür. Nurəddin Əhədov Ali dərəcəli Həkimdir, “YAŞAM” Tibb Mərkəzinin kardioloqudur.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə atəşkəsin pozulduğu və bir erməni əsgərin yaralandığı barədə məlumat yayıb. Azərbaycan MN Ermənistan hərbiçisinin yaralanması barədə məlumatı yalan adlandırıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tovuz sakini: ”Prezidentə çatdırmaq lazımdır ki, insanı bu qədər əzmək olmaz”.
Azərbaycan MN məlumat yayaraq bildirir ki, Rusiya sülhməramlının müvəqqəti yerləşdiyi Ağdam və Xocalı ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələri döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra edirlər. Azərbaycan Ordusu bunun qarşısını alınmaq üçün zəruri tədbirlər görüb.
Azərbaycan hərbçisi mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etdiyi deyilir. Digər hərbçi Hümmətyarov Ruslan Şükür oğlunun isə meningitdən müalicə aldığı Baş Klinik Hospitalında həkimlərin səyinə baxmayaraq vəfat etdiyi bildirilir. Hər iki məlumat da rəsmi təsdiqlənib.
Şəki sakini Məmməd Məmmədov yazır: "1988-ci ilin noyabr ayında Şəkidə indiki Cümə məscidinin yerində fəaliyyət göstərmiş Uşaq-Gənclər İdman Məktəbinin yerləşdiyi bina yanaraq yararsız hala düşüb. Həmin vaxtdan idman məktəbi 19 saylı orta məktəbin şəraitsiz idman zalında fəaliyyət göstərir. Şəkidə fəaliyyət göstərmiş "Məhsul" idman cəmiyyətinin zalı sökülərək, yerində hotel tikilib. Şəkidə Fizuli parkının həyətində fəaliyyət göstərmiş Əl Oyunları Stadionu "Billur Saray" şadlıq evinin avtomobil dayanacağı kimi fəaliyyət göstərir. Şəki Uşaq Şahmat Məktəbi binasının isə qəzalı vəziyyətdə olduğu deyilir. Amma əsas olan odur ki, Şəkidə İdman Bayramı keçirilir".
Dünən İlham Əliyev Qarabağdakı ermənilərlə birbaşa danışıqlar aparmaq istədiklərini, bu prosesin artıq başladığını bildirmişdi. Bu gün qondarma rejimin xarici işlər naziri David Babayan birbaşa danışıq təklifi ilə razı olmadıqlarını, ancaq beynəlxalq formatda, vasitəçilərin iştirakı ilə mümkünlüyünü dilə gətirib.
Əziz Azərbaycan xalqı, diqqətlə oxuyun, maksimum paylaşın:

Yenidənqurma, təmir, tikinti adıyla işğaldan azad olunan ərazilərə dövlət büdcəsindən milyardlarla vəsait ayrılır. Bunun sayəsində iri miqyaslı meqa layihələr həyata keçirilir. Geniş obyektlər, magistral yollar, körpülər tikilir, kəndlər, şəhərlər salınır. Ayrılan vəsaitdən oğurlayırlar, korrupsiya ilə məşğuldurlar.

Korrupsiya — dövlətin hər hansısa qurumunda çalışan şəxsə etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halıdır. Əgər prosesdə tanışlıq, qohumluq, maraqların toqquşması varsa bu korrupsiya sayılır.

Sistem belədir, irimiqyaslı tender layihələri həyata keçirilir, bu tenderləri özlərinə yaxın adamlar, qohumlar qazanırlar. Bunun da sayəsində çox rahatlıqla maliyyə maxinasiyaları ilə məşğul ola bilirlər. Külli miqdarda maliyyə vergi fırıldaqları ilə pulları mənimsəyirlər.
Milyonlarla vəsaiti “Əmtəəsiz əməliyyatlar” aparmaqla “nağdlaşdırma” əməliyyatlarını həyata keçirib, dövlət büdcəsinə ödənilməli vergilərdən yayınırlar. Bu əməliyyat beynəlxalq aləmdə "pulyuma" adlanır.

Bundan əlavə nəzərdə tutulan vəsait sənəddə çox göstərilsə də alınan materialların, malların keyfiyyəti aşağı olur. Keyfiyyətdən qırpırlar, fəhlənin pulun kəsirlər, bəzi ərazilərdə əsgərlərin əməyini istismar edirlər, onları pulsuz işlərə cəlb edirlər. Ayrılan vəsaiti də yeyirlər.
O ərazilərdə milyardlıq layihələr icra olunur, amma rəsmi statistikaya nəzər salanda yeni açılan iş yerlərinin sayı əvvəlki illərdən çox-çox aşağıdır. Sual olunur, niyə, bu necə olur?

"Əcəb edirlər, yaxşı edirlər, bomba edirlər" deməklə bu qanunsuzluqlara haqq qazandıranlar var. Dövlət büdcəsindən ayrılan hər bir qəpik bahalaşmaya, maaşların, pensiyaların azlığına, sizin cibinizə, sağlamlığınıza təsir edir, övladınızın boğazından kəsilən pullardır. Bu pullar sayəsində yuxarıdakılar daha çox varlanır, daha çox rahat həyat yaşayır. Siz isə dilənçi günündə, "sabaha necə sağ çıxa bilərəm?" qayğısı ilə keçinib, sürünürsünüz.

10 minlərlə əsgər döyüşdü, 3 mindən artıq şəhid verildi ki, bunlar həmin ərazilərdə oğurluqla məşğul olsunlar? Bütün yuxarıda sadaladıqlarımı mütəmadi araşdırdığım zaman dəhşətə gəlirəm. Hər birinin sənədlərlə, faktlarla, sübutlarla, şahidlərin dilindən təsdiqi var. Zamanla böyük araşdırmalarla sizi tanış edəcəyəm.
Sabahdan bir aylıq futbol karnavalı başlayır. 1994-cü ildən azarkeşi olduğum ölkə Braziliyadır. Bu çempionatda da Braziliya millisi güclüdür, gənclərdən ibarət maraqlı komandaları var. Favoritlərim: Braziliya, Argentina və Fransadır. Siz də öz təxminlərinizi və azarkeşi olduğunuz ölkə millisini yaza bilərsiz.
BMT Baş Assambleyası İran hökumətinin insan haqları pozuntularını pisləyən qətnamə qəbul edib. Ermənistan, Rusiya qətnamənin əleyhinə çıxıb. Türkiyə və Gürcüstan səsvermədə ümumiyyətlə iştirak etməyib. Azərbaycan isə səsvermədə bitərəf mövqe nümayiş etdirib. Bütün gün Təbrizin hava proqnozundan danışmaqla deyil ki.
İran rəsmisi: “Azərbaycan xalqı bizim gözümüzün işığıdır. Son həftələr kimlərsə cəhalətdən, kimlərsə qərəzdən İranın Azərbaycanla müharibə etmək istədiyi barədə şayiələr yayır. Bu, İrana qarşı çirkin böhtandır. İran istər Qafqazda, istərsə də başqa yerdə qonşuları da daxil olmaqla, heç bir ölkəyə hücum etmək fikrində deyil. Azərbaycan hansısa dövlətin hücumuna məruz qalacağı təqdirdə İran Azərbaycanı dəstəkləyəcək".

Azərbaycan rəsmisi: "Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İranın bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb".
Bu gün özünü müxalifət partiyası adlandıran təşkilatların rəhbərləri İlham Əliyevin sədri olduğu YAP-ın 30 illik yubiley tədbirində iştirak etmək üçün qatılıblar. İlham Əliyevin məhkəmələri siyasi fəaliyyətlərinə görə Haqq və Ədalət Partiyasının sədri Əli İnsanova 14 il həbs, REAL Partiyasının sədri İlqar Məmmədova 6 il həbs, Ağ Partiyanın sədri Tural Abbaslıya 2 il 6 ay həbs, Ümid Partiyasının sədri İqbal Ağazadəyə isə 17 ay həbs cəzası kəsmişdi.
Berlində yaşayan siyasi tənqidçi bloger Orxan Ağayevin evinin önündə bıçaqlı şəxslər tərəfindən hücuma məruz qaldığı bildirilir. O, başından yaralanıb, hazırda xəstəxanadadır. Bloger bu hücumun onun çıxışlarına görə olduğunu və bunda Azərbaycan hakimiyyətini ittiham edir.
3 gün öncə, Azərbaycan hərbçisi Beyləqanın Yeni Mil qəsəbə sakini, 1990-cı il təvəllüd MAXE Fərhad Yusif oğlu Savalanovun hərbi hissələrin birində əsgər yoldaşı tərəfindən öldürüldüyü bildirilir. O, ikinci Qarabağ müharibəsi iştirakçısı kimi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Hadisə ilə əlaqədar rəsmi məlumat yayılmayıb.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə 3 il 6 ay həbs cəzası verildi. O, kamera yoldaşını vurub xəsarət yetirməkdə ittiham olunurdu. Partiya sədri isə ona şər atıldığını və həbsin siyasi sifariş olduğunu bildirir.