Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Fransa senatının aşağı palatası Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib, əks təqdirdə bunlar tələb olunur:

• Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir.
• Bütün erməni hərbi əsirlər qaytarılmalıdır.
• Erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməlidir.
• Fransa hökuməti "Dağlıq Qarabağ"da humanitar büro açmalıdır.
• "Artsax"ın müstəqilliyi tanınmalıdır.
• Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir.

Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Qeyd edim ki, qətnamə məsləhət xarakterlidir və Fransa hökuməti üçün hələlik hüquqi qüvvəyə malik deyil.
Bu gün Ukraynanın 18 vilayətinə, təxminən 90-a yaxın raket zərbəsi endirilib. Raketlərin 70-ə yaxını HHM tərəfindən zərərsizləşdirilib. Raket hücumları nəticəsində ölkənin enerji sistemi sıradan çıxıb. Müharibə başlayandan Rusiyanın ən ağır raket hücum əməliyyatlarından sayılır. Raketlərdən biri Polşa sərhəddinə düşüb, bir traktor partlayıb, 2 nəfər ölüb. Təcili olaraq Polşa Təhlükəsizlik Şurası iclas çağırıb.
Polşa NATO-ya müraciət etməyə hazırlaşır. Bu arada Macarıstan da Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Rusiya Müdafiə Nazirliyi Polşaya 2 rus raketinin düşməsi ilə bağlı xəbərləri təkzib edərək, təxribat adlandırıb. Bildirilib ki, Rusiya tərəfi Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirməyib.
Zelenski bildirib ki, Ukrayna Polşanı dəstəkləyir. Baş verən hadisənin eskalasiya (hərbi qarşıdurma) olduğunu və "hərəkətə keçmək" zamanı çatdığını bildirib. Ağ Ev isə rəsmi açıqlama yayaraq Polşanın yanında olduğunu, uyğun addımların atılacağını açıqlayıb.
Polşadakı məlum insidentə görə NATO səfirlərinin təcili iclası keçiriləcək, Alyansın nizamnaməsinin 4-cü maddəsi aktivləşdirilir. Bu maddə NATO üzvü olan ölkələrdən biri, öz ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur.
ABŞ prezidenti Bayden Polşadakı partlayışa Ukraynanın Hava Hücumundan Müdafiə raketinin səbəb olduğunu söyləyib. Ərdoğan da bu məsələdə Rusiyaya inandığını açıqlayıb. Polşa isə ölkə ərazisinə raketlərin düşməyinə görə Rusiyanı günahlandırıb, buna görə də Polşa XİN Rusiya səfirini çağıraraq nota verib.
Bakının Səbail rayonunda İlkin adlı 15 yaşlı uşaq, Dilbər adlı 25 yaşlı sevgilisi olduğu iddia etdiyi qadını qısqanclıq zəminində bıçaqlayıb. İlkin deyir ki, Dilbər Whatsappda tez-tez onlayn olsa da, ona gec-gec cavab yazırmış. 3 uşaq anası olan Dilbər isə iddia edir ki, İlkin qonşusu olub, ona sevdiyini deyirdi, bu da zarafat kimi qəbul edib ki, uşaqdır. Əslində isə ərli olub, bıçaqlanma hadisəsindən sonra əri boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda İlkinə cinayət işi açılıb, məhkəməsi gedir.
4 gün sonra Qətərdə futbol üzrə dünya çempionatı başlayacaq. Artıq 2 milyon biletin satıldığı deyilir. Amma iddiaya görə gözlənilən sayda azarkeşlər gəlmədiyi üçün Qətər hökuməti gündəlik 10 dollar, pulsuz yemək və qalmaq müqabilində Pakistandan onminlərlə "saxta" azarkeş gətizdirib.
Dünya Bankının son hesabatına görə Cənubi Qafqazda qiymətlərin ən çox bahalaşdığı ölkə Azərbaycandır. Belə ki, Ermənistanda 13,7%, Gürcüstanda 17,6%, Azərbaycanda isə qiymətlər 22,5% bahalaşıb. Bəs bahalaşma sizin gündəlik həyatınıza necə təsir göstərib?
Paşinyan bugünkü açıqlamasında gələn il Ermənistanın dövlət büdcəsində müdafiə sektorunun xərclərində, 2018-ci illə müqayisədə 113% artım olacağını bildirib. Həmçinin hərbçilərin maaşlarının minimum 2 yaxud 3 dəfə artırılacağının anonsunu verib. Bildirib ki, peşəkar orduya keçidi belə həyata keçirəcəyik. Hərbi peşəni seçən və hərbi təhsil müəssisəsini bitirdikdən sonra gənclərin mənzillə təmin olunacaqlarını da vurğulayıb.
Azərbaycan Milli Məclisi Fransa Senatının Azərbaycan əleyhinə olan qətnaməsi ilə bağlı Bəyanat qəbul edib. Bəyanata görə Azərbaycanda Fransa rəsmilərinə aid hər hansı aktivləri, mülk və.s aşkar edilərsə dondurulsun və Fransa şirkətlərinin enerji sektorunda əməkdaşlığına yenidən baxılsın.
2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi planlaşdırılır. Bu, İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb. Bundan əlavə işğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri tikiləcək. Bu arada işğal olunmayan ərazilərdə həmin komplekslər işlək vəziyyətdədirmi?
Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Silahlı Qüvvələrində xarici vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb. Müvafiq fərmana əsasən, xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırılacaqlar. İndiyədək ancaq Rusiya vətəndaşı olan şəxslər bu ölkədə hərbi xidmətə çağırılırdı. Bu Rusiyada yaşayan ikilivətandaşlığı olan azərbaycanlıları da təhlükəyə atır.
Azərbaycanda kənd yumurtasının qiyməti artıb. Bakının bəzi marketlərində yumurtanın qiyməti 40 qəpik olub. Bir neçə mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğu müşahidə olunur. Bəs siz yumurtanı neçəyə alırsınız?
İlham Əliyev: "Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Əgər onlar Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Replika: Mənim fikrimcə həm Paşinyanın, həm də Əliyevin son açıqlamaları onu deməyə əsas verir ki, sülh sazişinin imzalanması mümkünsüzləşir, ehtimallar azalır. Ermənistan ciddi şəkildə silahlanır, müdafiə xərclərini artırır, Azərbaycan da həmçinin. Bu gedişlə bölgədə sabitlik olacağı real görünmür.
Bir çox banklarda yüksək vəzifələrdə işləmiş, eks millət vəkili Nurəddin Əhədovun oğlu, əvvəl Mehriban Əliyevanın köməkçisi olan Xalid Nurəddin oğlu Əhədov İlham Əliyevin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Atası bir zamanlar Müsavat Partiyası Divanının üzvü olub, rayon təşkilatı sədri olub. Hazırda da Müsavatın üzvüdür. Nurəddin Əhədov Ali dərəcəli Həkimdir, “YAŞAM” Tibb Mərkəzinin kardioloqudur.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə atəşkəsin pozulduğu və bir erməni əsgərin yaralandığı barədə məlumat yayıb. Azərbaycan MN Ermənistan hərbiçisinin yaralanması barədə məlumatı yalan adlandırıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tovuz sakini: ”Prezidentə çatdırmaq lazımdır ki, insanı bu qədər əzmək olmaz”.
Azərbaycan MN məlumat yayaraq bildirir ki, Rusiya sülhməramlının müvəqqəti yerləşdiyi Ağdam və Xocalı ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələri döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra edirlər. Azərbaycan Ordusu bunun qarşısını alınmaq üçün zəruri tədbirlər görüb.
Azərbaycan hərbçisi mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etdiyi deyilir. Digər hərbçi Hümmətyarov Ruslan Şükür oğlunun isə meningitdən müalicə aldığı Baş Klinik Hospitalında həkimlərin səyinə baxmayaraq vəfat etdiyi bildirilir. Hər iki məlumat da rəsmi təsdiqlənib.