Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Gəncə şəhər sakini özündən 17 yaş kiçik həyat yoldaşının qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Və bütün bunları azyaşlı qızının gözü qarşısında edib. Hadisəni törədən şəxs daha sonra özünü bıçaqlayaraq intihar edib. Qadının gözləri müalicə aldığı xəstəxanada amputasiya olunub.
İstanbulun "İstiklal caddesi"ndə partlayış baş verib. Hadisənin terror aktı olduğu bildirilir. Ölən və yaralıların olduğu deyilir.
6 nəfərin öldüyü, 80-dən artıq şəxsin yaralandığı İstanbuldakı terror hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü bir nəfər PKK-lı qadının saxlandığı bildirilir. Bundan əlavə 46 nəfər şübhəli də saxlanılıb.
DTX məlumat yayaraq bildirib ki, İran xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən 5 nəfər şəxs vətənə xəyanət maddəsi ilə həbs ediliblər. Onlardan biri Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanıdır. İddia olunur ki, bu şəxslər Azərbaycanda mövcud olan hərbi obyektlər, avadanlıqlar haqqında məlumatlar və geolokasiyaları Whatsapp və Telegram vasitəsiylə qarşı tərəfə ötürürmüşlər.
Azərbaycanın Tehrandakı səfiri növbəti dəfə İran Xarici İşlər Nazirliyinə çağırıldı. İran Azərbaycana nota verdi. Səbəb bəzi Azərbaycan vətəndaşlarının İranda qanunsuz fəaliyyəti ilə əlaqəndirilməsidir.
Türkiyə Daxili işlər naziri Süleyman Soylunun sözündən belə çıxır ki, ABŞ-ın başsağlığı “təpəsinə dəysin”.
Ötən həftə Qarabağ qazisi, Salyanın Qaraçala kənd sakini Süleyman Dadaşov Əlillərin Bərpa Mərkəzinin qarşısında boğazını iki dəfə kəsərək intihara cəhd edib. O, buna səbəb kimi əlilliyinin verilməməsini göstərib.
PKK rəsmi olaraq İstanbuldakı terror aktını öz üzərinə götürməyərək, təkzib etdi və Türkiyə xalqına başsağlığı verdi.
BMT Baş Assambleyası Rusiya ilə bağlı qətnamə qəbul edib. Qətnaməyə əsasən Rusiya müharibəyə görə Ukraynaya təzminat ödəməlidir. Azərbaycan növbəti dəfə səsvermədə iştirak etməyib.
6 ildir Özbəkistanın prezidenti olan Şavkat Mirziyayev öz qızı Səidə Mirziyayevanı Prezident Administrasiyasının İcra Aparatının rabitə və informasiya siyasəti sektorunun müdiri təyin edib. Səidənin əri də atasının, yəni Prezident Administrasiyası rəhbərinin birinci müavinidir. Kiçik qızı Şaxnoz isə Təhsil Nazirliyində Baş İdarə rəisidir. Onun da əri atasının, yəni Prezidentin təhlükəsizlik xidmətinin rəhbəridir.
Az öncə Rusiya Ordusu paytaxt Kiyevdə yaşayış binaları daxil olmaqla, Ukraynanın digər şəhərlərini Lvov, Xarkov, Jitomir və Vinitsanı da raket hücumuna məruz qoyub. Şəhərlərdə elektrik kəsilib. Ölənlərin və yaralıların olduğu bildirilir. İtkilər barədə hələlik rəsmi məlumat yoxdur.
ABŞ dəniz donanması bu gün İrandan Yəməndəki Husi qiyamçılarına partlayıcı materialların daşındığı iddia olunan gəmini batırıb. Bu kimyəvi materiallar raket və mərmilərin yanacağının hazırlanması üçün əsas komponentlərdir. Yəməndə müharibə 2014-cü ildə İran tərəfindən dəstəklənən şiə husilərin paytaxt Sanada qiyam etməsi ilə başlayıb. Səudiyyə Ərəbistanın başçılığı ilə koalisiya hökumətə kömək etmək üçün Yəmənə hərbi müdaxilə edib. O zamandan bəri yüzminlərlə insan öldürülüb, ölkə aclığa düçar olub.
Fransa senatının aşağı palatası Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib, əks təqdirdə bunlar tələb olunur:

• Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir.
• Bütün erməni hərbi əsirlər qaytarılmalıdır.
• Erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməlidir.
• Fransa hökuməti "Dağlıq Qarabağ"da humanitar büro açmalıdır.
• "Artsax"ın müstəqilliyi tanınmalıdır.
• Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir.

Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Qeyd edim ki, qətnamə məsləhət xarakterlidir və Fransa hökuməti üçün hələlik hüquqi qüvvəyə malik deyil.
Bu gün Ukraynanın 18 vilayətinə, təxminən 90-a yaxın raket zərbəsi endirilib. Raketlərin 70-ə yaxını HHM tərəfindən zərərsizləşdirilib. Raket hücumları nəticəsində ölkənin enerji sistemi sıradan çıxıb. Müharibə başlayandan Rusiyanın ən ağır raket hücum əməliyyatlarından sayılır. Raketlərdən biri Polşa sərhəddinə düşüb, bir traktor partlayıb, 2 nəfər ölüb. Təcili olaraq Polşa Təhlükəsizlik Şurası iclas çağırıb.
Polşa NATO-ya müraciət etməyə hazırlaşır. Bu arada Macarıstan da Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Rusiya Müdafiə Nazirliyi Polşaya 2 rus raketinin düşməsi ilə bağlı xəbərləri təkzib edərək, təxribat adlandırıb. Bildirilib ki, Rusiya tərəfi Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirməyib.
Zelenski bildirib ki, Ukrayna Polşanı dəstəkləyir. Baş verən hadisənin eskalasiya (hərbi qarşıdurma) olduğunu və "hərəkətə keçmək" zamanı çatdığını bildirib. Ağ Ev isə rəsmi açıqlama yayaraq Polşanın yanında olduğunu, uyğun addımların atılacağını açıqlayıb.
Polşadakı məlum insidentə görə NATO səfirlərinin təcili iclası keçiriləcək, Alyansın nizamnaməsinin 4-cü maddəsi aktivləşdirilir. Bu maddə NATO üzvü olan ölkələrdən biri, öz ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur.
ABŞ prezidenti Bayden Polşadakı partlayışa Ukraynanın Hava Hücumundan Müdafiə raketinin səbəb olduğunu söyləyib. Ərdoğan da bu məsələdə Rusiyaya inandığını açıqlayıb. Polşa isə ölkə ərazisinə raketlərin düşməyinə görə Rusiyanı günahlandırıb, buna görə də Polşa XİN Rusiya səfirini çağıraraq nota verib.
Bakının Səbail rayonunda İlkin adlı 15 yaşlı uşaq, Dilbər adlı 25 yaşlı sevgilisi olduğu iddia etdiyi qadını qısqanclıq zəminində bıçaqlayıb. İlkin deyir ki, Dilbər Whatsappda tez-tez onlayn olsa da, ona gec-gec cavab yazırmış. 3 uşaq anası olan Dilbər isə iddia edir ki, İlkin qonşusu olub, ona sevdiyini deyirdi, bu da zarafat kimi qəbul edib ki, uşaqdır. Əslində isə ərli olub, bıçaqlanma hadisəsindən sonra əri boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda İlkinə cinayət işi açılıb, məhkəməsi gedir.
4 gün sonra Qətərdə futbol üzrə dünya çempionatı başlayacaq. Artıq 2 milyon biletin satıldığı deyilir. Amma iddiaya görə gözlənilən sayda azarkeşlər gəlmədiyi üçün Qətər hökuməti gündəlik 10 dollar, pulsuz yemək və qalmaq müqabilində Pakistandan onminlərlə "saxta" azarkeş gətizdirib.