Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Müharibədən sonra psixoloji problemə görə, PTSD sindromuna görə, qayğısızlıqdan, məmur özbaşınalığı səbəbindən 40-dan çox intihar edən qazilərin ailə üzvlərini - 80 manatlıq təqaüdlə yaşamağa çalışan qaziləri - hələ də əlillik, müharibə iştirakçısı adı ala bilməyən qaziləri - yaralı olmasına baxmayaraq hələ də dövlətin müalicəsindən kənarda qalan qaziləri - "44 günlük müharibə iştirakçısısan? Yox, onda sənə olmaz" deyib, kənarda qalaraq ayrıseçkiliyə məruz qalan birinci Qarabağ müharibəsi şəhid ailəsi və veteranlarını - övladını müharibədə itirməyinə baxmayaraq şəhid adı ala bilməyən ailələri, qardaşları - "Qarabağda quruculuq" adı ilə dövlət büdcəsindən, fondlardan ayrılan vəsaitləri oğurlanan Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Hər cür avadanlıq almağa imkanı olan dövlətin, texniki, kommunal şərait cəhətdən, hərbi təchizat və təminat baxımından çətinlik çəkərək, soyuq hava şəraitində ən ucqar təhlükəli zirvələrdə, əldəqayırma çadırlarda gecələyərək xidmət çəkən hərbçiləri də təbrik edirəm. “Dövlətimin yanındayam” deyib, bütün yuxarıda sadaladıqlarımı görməzdən gələnlər, sizin də bayramınız mübarək olsun.
Xerson istiqamətində Rusiya Ordusunun rəsmi olaraq Dnepr çayının sol sahilinə doğru geri çəkildiyi açıqlanıb. Ukrayna Ordusunun Xersonun şimal-qərbində bir çox yaşayış məntəqələrini işğaldan azad edərək irəlilədiyi bildirilir. Qeyd edim ki, bir neçə ay öncə Xerson işğal edilərək Rusiyaya birləşdirilmişdi.
Paşinyanın bugünkü çıxışından: “Dağlıq Qarabağda Ermənistan ordusu yoxdur, "Dağlıq Qarabağ"ın Müdafiə Ordusu var ki, bu da Azərbaycanın soyqırımı siyasətinin həyata keçirilməsinə ciddi maneədir. Ermənistan və erməni xalqını onlarla İslam ölkəsi və xalqları ilə qardaşlıq hissləri və tərəfdaşlıq münasibətləri bağlayır, Azərbaycan isə öz hərəkətləri ilə İslamı gözdən salan "Əl-Qaidə" və "İslam Dövləti"ni xatırladır. İlham Əliyev "Berdzor" (Laçın) dəhlizinin bağlanması üçün zəmin yaratmağa çalışır. Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqəsi açmağa hazırdır, lakin rəsmi Bakı bundan imtina edir. Sülhməramlılar "Artsax" ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana yəni qeyri-müəyyən müddətə qədər "Artsax"da (Qarabağ) qalacaqlar".
Azərbaycan hərbçisi, Xətai rayon sakini, 1984-cü il təvəllüd zabit Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən dünən axşam saatlarında ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib.
Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsi istiqamətində, əsgər P.A. Aqacanyanın Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanaraq ağır vəziyyətdə olduğunu bildirib. Azərbaycan MN məlumatı yalanlayaraq, təkzib edib.
Xalq artisti Emin Ağalarov: "Xəzər dənizdə ada tikəcəyik. Diskoteka da burada olacaq, heç kimə mane olmayacağıq. Bura dünyaca məşhur brendləri cəlb edəcəyik".
Bakının Xəzər rayon sakini 50 evdən oğurluq edib, polis də araşdırıb, axtarıb, tuta bilmirmiş. Sonuncu dəfə Sabunçu rayonunda oğurluğu zamanı səhvən evlərin birində şəxsiyyət vəsiqəsini düşürüb və artıq polis tərəfindən saxlanılıb.
Quru sərhədlər qapalı, insanlar müalicə üçün qonşu ölkələrə getməkdə çətinlik çəkirlər. Qarşıdan daha soyuq aylar, günlər gəlir, immun sistem zəyifləyir, xəstəliklər artacaq. Bunun müqabilində Azərbaycanda bir çox dərmanın qiyməti 2-3 dəfə bahalaşıb. Səhiyyə nazirinin müavinindən səbəbini soruşublar, deyib bizlik deyil, buna "Tarif Şurası" baxır. "Tarif Şurası"nın tərkibinə baxıram, bu açıqlamanı verən səhiyyə nazirinin müavini qurumun üzvüdür. Adam dolayırlar, elə bil ki, "Qiymət qaldırma Şurası"na AXCP-Müsavat cütlüyü nəzarət edir.
Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə bu gün axşam saatlarında İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirin XİN-ə çağrılmasına Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması səbəb kimi göstərilib.
Bu dəqiqələrdə Ukrayna Silahlı Qüvvələrinin Xerson şəhərinə daxil olduğu bildirilir.
Deputat Səməd Seyidov parlamentdə deputatlar üçün əlavə vəsaitin ayrılmasını, deputat Fəzail Ağamalı isə millət vəkillərinin ezamiyyə xərclərinin artırılmasını tələb edib. Qeyd edim ki, ezamiyyə üçün 22 milyon manat vəsait ayrılıb. Varsa yoxsa özləri, xalqı düşünmürlər. Niyə? Çünki xalq tərəfindən seçilməyiblər, ona görə.
İndi də İranın Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırıldı. Əliyev də Səmərqənddə Azərbaycandan kənarda yaşayan 40 milyon azərbaycanlının öz ana dilində təhsil ala bilməməsindən danışaraq mesaj ötürdü. Bu arada ABŞ İrana qarşı Azərbaycanın yanında olduğu barədə rəsmi açıqlama verib.
Paşinyan: "Əvvəllər biz təklif etmişdik ki, qoşunların çıxarılması zamanı sərhəddəki vəziyyətə Rusiya tərəfindən nəzarət edilsin. Azərbaycan bunun onlar üçün qəbuledilməz olduğunu bəyan edib. Azərbaycan yeni eskalasiya (hərbi qarşıdurma) üçün bəhanə yaratmağa çalışır. Mən Soçidə bəyan etdim ki, sülhməramlıların mandatının uzadılmasına indidən imza atmağa hazıram. Ancaq razılığa gələ bilmədik. Əliyev Soçidə sülhməramlıların vacibliyindən danışır, 8 gün sonra da bu məntiqə zidd şeylər deyir. Brüsseldə 2 ölkə arasında dəmir yolunun açılmasına dair razılaşır, sonra bundan imtina edir. Azərbaycanla imzalanacaq sülh müqaviləsinin “Rusiya variantı” bizim üçün uyğundur, ilin sonuna qədər imzalamağa çalışacağam".
Azərbaycanda "Tinder ovçusu" kimi hadisə

Anar adlı qaqaşın biri internetdə Nərgiz adlı qızla tanış olur. (adlar şərtidir) Müharibədən sonra ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstənin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. Anasını götürüb, elçi gedib, anası da oğlanın yalanına şərik olaraq Anarın zabit olduğunu deyib, lakin ailə düşünmək üçün vaxt istəyib. Daha sonra qıza DTX-da işə düzəlmək istədiyini, bunun üçün də 10 min manata ehtiyacı olduğunu bildirib. Qızdan 10 min alıb, bilərəkdən qızla münasibətini pozub, sonra aradan çıxıb. Anar saxlanılıb və sonra 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gəncə şəhər sakini özündən 17 yaş kiçik həyat yoldaşının qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Və bütün bunları azyaşlı qızının gözü qarşısında edib. Hadisəni törədən şəxs daha sonra özünü bıçaqlayaraq intihar edib. Qadının gözləri müalicə aldığı xəstəxanada amputasiya olunub.
İstanbulun "İstiklal caddesi"ndə partlayış baş verib. Hadisənin terror aktı olduğu bildirilir. Ölən və yaralıların olduğu deyilir.
6 nəfərin öldüyü, 80-dən artıq şəxsin yaralandığı İstanbuldakı terror hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü bir nəfər PKK-lı qadının saxlandığı bildirilir. Bundan əlavə 46 nəfər şübhəli də saxlanılıb.
DTX məlumat yayaraq bildirib ki, İran xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən 5 nəfər şəxs vətənə xəyanət maddəsi ilə həbs ediliblər. Onlardan biri Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanıdır. İddia olunur ki, bu şəxslər Azərbaycanda mövcud olan hərbi obyektlər, avadanlıqlar haqqında məlumatlar və geolokasiyaları Whatsapp və Telegram vasitəsiylə qarşı tərəfə ötürürmüşlər.
Azərbaycanın Tehrandakı səfiri növbəti dəfə İran Xarici İşlər Nazirliyinə çağırıldı. İran Azərbaycana nota verdi. Səbəb bəzi Azərbaycan vətəndaşlarının İranda qanunsuz fəaliyyəti ilə əlaqəndirilməsidir.
Türkiyə Daxili işlər naziri Süleyman Soylunun sözündən belə çıxır ki, ABŞ-ın başsağlığı “təpəsinə dəysin”.
Ötən həftə Qarabağ qazisi, Salyanın Qaraçala kənd sakini Süleyman Dadaşov Əlillərin Bərpa Mərkəzinin qarşısında boğazını iki dəfə kəsərək intihara cəhd edib. O, buna səbəb kimi əlilliyinin verilməməsini göstərib.