Dünən xəbər çıxdı ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev DTX tərəfindən saxlanılıb. Bu gün nazirlik rəsmi olaraq məlumatı təkzib edərək bildirdi ki, müavin işə çıxır. İndi də rəsmi olaraq sərəncam imzalandı və vəzifəsindən azad olundu. Bu arada dünən istintaqa cəlb edilən Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov Elnur Əliyevin xalası oğludur.
Azərbaycan Müdafiə naziri Zakir Həsənov və çoxunun "Bəxtiyar Paşa" kimi tanıdığı, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-leytenant Bəxtiyar Ersay İranla həmsərhəd olan cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.
17 il Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədov müalicə aldığı Türkiyədə xəstəlikdən vəfat edib. Vəzifədə olarkən kurasiyasında olan Bakının Binəqədi rayonu, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarında restoran, hotelləri, zavod və müəssisələri, biznes obyektləri sayəsində 15 milyardlıq vəsait əldə edərək ofşorlara çıxardığı bildirilir.
44 günlük müharibənin komandanlarından biri olan Mayis Bərxudarova general-leytenant rütbəsi, Hərbi Dəniz Qüvvələrinin Komandanı Sübhan Bəkirova isə vitse-admiral ali hərbi rütbəsi verildi.
Rəsmi olaraq Azərbaycanda "TikTok"un fəaliyyətinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığı bildirilir.
Eks Səhiyyə naziri Əli İnsanov İlham Əliyevin əsasən Qarabağ və xarici siyasətini dəstəklədiyini bildirərək, ölkədəki islahatları yüksək qiymətləndirdiyini bildirib. O, 14 il həbsdən çıxdıqdan sonra hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaratmışdı.
Kürdəmirdə 15 yaşında valideynləri tərfindən ərə verilən Şəbnur İsmiyeva 17 yaşında doğuş zamanı vəfat edib. Onun dünyaya gətirdiyi körpə sağdır, lakin vəziyyəti yaxşı deyil. Ailə isə yeniyetmə qızın ölümünə görə həkimləri günahlandırır. Bildirilir ki, evlilərin rəsmi nikahı olmayıb.
Əvvəcə MN-nin qeyri-rəsmi sosial media kanalı xəbər yaydı ki, ruslar Laçın dəhlizindən Qarabağa silah daşıyır. Sonra xəbər yayıldı ki, Azərbaycan Rusiyadan Ermənistana gedən təyyarəyə silah daşıdığı üçün öz ərazisindən uçmağa icazə verməyib. Sonra Aztv dilləndi ki, Qarabağda bir dənə də rus əsgəri qalmayacaq. Görünür Əliyev Soçidən xeyli narazı qayıdıb, vəziyyət ruscadır.
Gəncənin Dədə Qorqud küçəsində yaşayan qadının evinə 10 il ərzində dəfələrlə su damır, aidiyyatı qurumlara müraciət edir ki, bəs gəlin üst qonşunun evinə baxın, məhkəmələr filan, xeyri olmur. 10 il sonra qonşu özü qapını sındırıb girir içəri və görür ki, 93 yaşlı tənha rus qadın Yelifolida Strelkovanın çürümüş cəsədi yerdədir. Polis, JEK, bələdiyyə, prokurorluq zad indi əl-ayağa düşüb araşdırma aparırlar.
Almaniyada yeni sosial yardım qanun layihəsinə görə 2 uşaqlı ailənin valideynləri dövlətdən 902 avro, uşaqlar üçün isə 696 avro sosial müavinət ala biləcəklər. Bununla da bir ailə heç çalışmadan ayda 1598 avro pul əldə edə biləcək. Bundan başqa evin kirayə pulu və bəzi kommunal ödəmələr də qarşılanacaq. İndi almanlar etiraz edirlər ki, daha niyə işləyirik, doğub pulumuzu alaq da?! Camaatın dərd-sərinə bax da.
Əliyev Zəfər Günü ilə əlaqədar Şuşadakı çıxışında sülhməramlıların Qarabağda müvəqqəti olduğunu xatırladaraq Rusiyaya, Ermənistana dəstək olaraq hərbi təlim keçirənləri qınayaraq İrana, "Yenə də nəsə banlasalar" deyərək də Fransaya mesajını ötürdü. Ermənistana da öhdəlikləri yerinə yetirməsə lazımı addımlar atacağını dedi.
İlham Əliyev: "Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək".
İkicə dəqiqəmi ayırdım ki, baxım düz deyir ya yox, bunlar çıxdı qabağıma:
- 2022-ci il fevralın 4-də Avropa İttifaqı Azərbaycana 2 milyard avro vəsait ayırıb.
- 2021-ci il Dünya Bankı Azərbaycanın yol layihəsinə 65 milyon dollar kredit ayırıb.
- 2021-ci il B.Britaniya Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramı çərçivəsində 500 min funt sterlinq maliyyə ayırıb.
- 2021-ci il BMT münaqişədən zərər çəkmiş bölgələrdə humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ayırıb.
- 2021-ci il Yaponiya Azərbaycana müharibədən sonra humanitar böhranla bağlı 1,2 milyon dollar humanitar yardım ayırdı.
- 2021-ci il Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycana 100 milyon dollar kredit ayırıb.
- 2021-ci il ABŞ COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycana 6 milyon dollar yardım ayırıb.
- 2020-ci il ərzində Dünya Bankı Azərbaycanda 150 mln. dollar həcmində vəsait ayırıb.
İkicə dəqiqəmi ayırdım ki, baxım düz deyir ya yox, bunlar çıxdı qabağıma:
- 2022-ci il fevralın 4-də Avropa İttifaqı Azərbaycana 2 milyard avro vəsait ayırıb.
- 2021-ci il Dünya Bankı Azərbaycanın yol layihəsinə 65 milyon dollar kredit ayırıb.
- 2021-ci il B.Britaniya Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramı çərçivəsində 500 min funt sterlinq maliyyə ayırıb.
- 2021-ci il BMT münaqişədən zərər çəkmiş bölgələrdə humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ayırıb.
- 2021-ci il Yaponiya Azərbaycana müharibədən sonra humanitar böhranla bağlı 1,2 milyon dollar humanitar yardım ayırdı.
- 2021-ci il Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycana 100 milyon dollar kredit ayırıb.
- 2021-ci il ABŞ COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycana 6 milyon dollar yardım ayırıb.
- 2020-ci il ərzində Dünya Bankı Azərbaycanda 150 mln. dollar həcmində vəsait ayırıb.
Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz həyat yoldaşına yüksək maaşlı iş təşkil edən Frankfurt şəhərinin bələdiyyə sədri vəzifəsindən azad olunub. Bunu nə üçün yazıram? Normal ölkələrdə belə olur. Mən hər dəfə bizim məmurların qohum-tanışlarına yüksək vəzifə verildiyini yazanda, altında "Bəlkə layiqli biridir? İndi qohumudur deyə işsiz qalmalıdır? Məmurun qohum-əqrabası işləməməlidir?" kimi yazanların menyusuna gəlsin.
Müharibədən sonra psixoloji problemə görə, PTSD sindromuna görə, qayğısızlıqdan, məmur özbaşınalığı səbəbindən 40-dan çox intihar edən qazilərin ailə üzvlərini - 80 manatlıq təqaüdlə yaşamağa çalışan qaziləri - hələ də əlillik, müharibə iştirakçısı adı ala bilməyən qaziləri - yaralı olmasına baxmayaraq hələ də dövlətin müalicəsindən kənarda qalan qaziləri - "44 günlük müharibə iştirakçısısan? Yox, onda sənə olmaz" deyib, kənarda qalaraq ayrıseçkiliyə məruz qalan birinci Qarabağ müharibəsi şəhid ailəsi və veteranlarını - övladını müharibədə itirməyinə baxmayaraq şəhid adı ala bilməyən ailələri, qardaşları - "Qarabağda quruculuq" adı ilə dövlət büdcəsindən, fondlardan ayrılan vəsaitləri oğurlanan Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Hər cür avadanlıq almağa imkanı olan dövlətin, texniki, kommunal şərait cəhətdən, hərbi təchizat və təminat baxımından çətinlik çəkərək, soyuq hava şəraitində ən ucqar təhlükəli zirvələrdə, əldəqayırma çadırlarda gecələyərək xidmət çəkən hərbçiləri də təbrik edirəm. “Dövlətimin yanındayam” deyib, bütün yuxarıda sadaladıqlarımı görməzdən gələnlər, sizin də bayramınız mübarək olsun.
Xerson istiqamətində Rusiya Ordusunun rəsmi olaraq Dnepr çayının sol sahilinə doğru geri çəkildiyi açıqlanıb. Ukrayna Ordusunun Xersonun şimal-qərbində bir çox yaşayış məntəqələrini işğaldan azad edərək irəlilədiyi bildirilir. Qeyd edim ki, bir neçə ay öncə Xerson işğal edilərək Rusiyaya birləşdirilmişdi.
Paşinyanın bugünkü çıxışından: “Dağlıq Qarabağda Ermənistan ordusu yoxdur, "Dağlıq Qarabağ"ın Müdafiə Ordusu var ki, bu da Azərbaycanın soyqırımı siyasətinin həyata keçirilməsinə ciddi maneədir. Ermənistan və erməni xalqını onlarla İslam ölkəsi və xalqları ilə qardaşlıq hissləri və tərəfdaşlıq münasibətləri bağlayır, Azərbaycan isə öz hərəkətləri ilə İslamı gözdən salan "Əl-Qaidə" və "İslam Dövləti"ni xatırladır. İlham Əliyev "Berdzor" (Laçın) dəhlizinin bağlanması üçün zəmin yaratmağa çalışır. Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqəsi açmağa hazırdır, lakin rəsmi Bakı bundan imtina edir. Sülhməramlılar "Artsax" ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana yəni qeyri-müəyyən müddətə qədər "Artsax"da (Qarabağ) qalacaqlar".
Azərbaycan hərbçisi, Xətai rayon sakini, 1984-cü il təvəllüd zabit Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən dünən axşam saatlarında ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib.
Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsi istiqamətində, əsgər P.A. Aqacanyanın Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanaraq ağır vəziyyətdə olduğunu bildirib. Azərbaycan MN məlumatı yalanlayaraq, təkzib edib.
Xalq artisti Emin Ağalarov: "Xəzər dənizdə ada tikəcəyik. Diskoteka da burada olacaq, heç kimə mane olmayacağıq. Bura dünyaca məşhur brendləri cəlb edəcəyik".
Bakının Xəzər rayon sakini 50 evdən oğurluq edib, polis də araşdırıb, axtarıb, tuta bilmirmiş. Sonuncu dəfə Sabunçu rayonunda oğurluğu zamanı səhvən evlərin birində şəxsiyyət vəsiqəsini düşürüb və artıq polis tərəfindən saxlanılıb.
Quru sərhədlər qapalı, insanlar müalicə üçün qonşu ölkələrə getməkdə çətinlik çəkirlər. Qarşıdan daha soyuq aylar, günlər gəlir, immun sistem zəyifləyir, xəstəliklər artacaq. Bunun müqabilində Azərbaycanda bir çox dərmanın qiyməti 2-3 dəfə bahalaşıb. Səhiyyə nazirinin müavinindən səbəbini soruşublar, deyib bizlik deyil, buna "Tarif Şurası" baxır. "Tarif Şurası"nın tərkibinə baxıram, bu açıqlamanı verən səhiyyə nazirinin müavini qurumun üzvüdür. Adam dolayırlar, elə bil ki, "Qiymət qaldırma Şurası"na AXCP-Müsavat cütlüyü nəzarət edir.