Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin mühəndis işlərinə müdaxilə etməyə çalışdığını iddia edib. Azərbaycan Müdafiə Nazirliyi isə İstisu istiqamətində atışmalar nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi barədə məlumatı yalanlayıb və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin əməliyyat şəraitindən xəbərsiz olduğunu iddia edib. Həmçinin nazirlik bildirib ki, Azərbaycan bölmələri əvvəlki mövqelərində döyüş növbətçiliyini davam etdirir. Bu arada Ermənistanın baş qərargah rəisi iddia edib ki, Azərbaycan Ermənistanın 130 kv.km-dən çox ərazisini işğal edib.
Putin, Əliyev və Paşinyan arasında birgə bəyanat razılaşdırılsa da, Qarabağla bağlı bütün məsələlər üzrə razılıq əldə etmək mümkün olmayıb. Buna baxmayaraq Putin rəsmi Moskvanın münaqişənin yekun və hərtərəfli həllinə nail olmaq üçün hər şey edəcəyini bildirib.
Soçidə imzalanan bəyanatdakı vacib məqamlar:
1. Əvvəlki sazişlərə əməl etməyə sadiqlik.
2. Rus sülhməramlılarının işinin vacibliyi.
3. Hərbi güc tətbiq etmədən tərəflərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının vacibliyi.
4. Sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi.
5. Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, icmalar və dini liderlər arasında dialoqun davam erməsi və müsbət atmosferin yaradılmasının vacibliyi.
1. Əvvəlki sazişlərə əməl etməyə sadiqlik.
2. Rus sülhməramlılarının işinin vacibliyi.
3. Hərbi güc tətbiq etmədən tərəflərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının vacibliyi.
4. Sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi.
5. Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, icmalar və dini liderlər arasında dialoqun davam erməsi və müsbət atmosferin yaradılmasının vacibliyi.
Belə başa düşdüm ki, bu gün Soçidə "Vaşinqton planı"nın halvasını yeməyə yığışmışdılar, başqa heç nə.
DTX-nın Mədəniyyət Nazirliyində, əsasən maliyyə işləri ilə bağlı xüsusi əməliyyat keçirdiyi, vəzifəli şəxslərin saxlanıldığı bildirilir.
Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib, əvəzində isə Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Bakıda DTX-nın idarə rəisi olan, polkovnik Möhsün Aşurov rəis təyin edilib. Məndə olan məlumata görə Naxçıvandakı bütün strukturları Bakıdakı nazirliklərə tabe etməyə başlayacaqlar.
DTX-nın əməliyyatı nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin saxlanıldığı deyilir. O, İlham Əliyevin sərəncamı ilə 2021-ci ildə müavin təyin edilmişdi. Elnur Əliyevdən başqa daha bir neçə şəxsin saxlandığı bildirilir.
Şəhid Səbuhi Əhmədovun qardaşına "şəhid ailəsi statusu"nun verilməsi ilə bağlı rəsmi müraciətinə təkrar baxılıb və bu gün ona yenidən şəhid ailəsi statusu VERİLMƏYİB.
DTX-nın Azərbaycanda İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradıldıldığı iddia edilən qanunsuz silahlı birləşmənin ifşa edildiyi və 19 nəfər şəxsin saxlanaraq istintaqa cəlb edildiyi bildirilir.
Paşinyan: "Rusiya tərəfi "Qarabağın statusu" məsələsini gələcəyə buraxmağı təklif edib və Ermənistan bununla təmamən razıdır. Erməni tərəfi sülhməramlıların Qarabağda qalma müddətinin 5-15-20 ilə uzadılması təklifi ilə çıxış edib, amma bu təklif rədd edilib".
Dünən Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə məxsus olan hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılması ilə bağlı qanun layihəsini qəbul etdi.
İranın Azərbaycanla sərhəddəki təlimlərindən sonra Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə İranla cənub sərhədlərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin təlimləri keçirilir.
Milyonlarla dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Şəmkirin 7 il icra başçısı olmuş, hazırda həbsxanada olan Alimpaşa Məmmədovun 10 milyon manat dəyərindəki əmlakları üzərinə həbs qoyulub:
1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)
2. "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)
3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)
1. "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)
2. "Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)
3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)
Goranboyda 44 günlük müharibədə şəhid olan hərbçinin adına küçə verilib. Şəhidin qaynatası götürüb şəhidin şəklini küçədən asmaq istəyib, şəhidin atası onun mənəvi haqqının olmadığını bildirərək, buna mane olub. Mübahisə böyüyüb, şəhidin atası əvvəlcə küt alətlə qudasına zərbə yetirib sonra “Niva” markalı maşınla üstündən keçərək qətlə yetirib. 66 yaşlı Ə.Nağlyevə 14 il 6 ay müddətinə həbs cəzası verilib.
Dünən xəbər çıxdı ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev DTX tərəfindən saxlanılıb. Bu gün nazirlik rəsmi olaraq məlumatı təkzib edərək bildirdi ki, müavin işə çıxır. İndi də rəsmi olaraq sərəncam imzalandı və vəzifəsindən azad olundu. Bu arada dünən istintaqa cəlb edilən Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov Elnur Əliyevin xalası oğludur.
Azərbaycan Müdafiə naziri Zakir Həsənov və çoxunun "Bəxtiyar Paşa" kimi tanıdığı, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-leytenant Bəxtiyar Ersay İranla həmsərhəd olan cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.
17 il Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədov müalicə aldığı Türkiyədə xəstəlikdən vəfat edib. Vəzifədə olarkən kurasiyasında olan Bakının Binəqədi rayonu, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarında restoran, hotelləri, zavod və müəssisələri, biznes obyektləri sayəsində 15 milyardlıq vəsait əldə edərək ofşorlara çıxardığı bildirilir.
44 günlük müharibənin komandanlarından biri olan Mayis Bərxudarova general-leytenant rütbəsi, Hərbi Dəniz Qüvvələrinin Komandanı Sübhan Bəkirova isə vitse-admiral ali hərbi rütbəsi verildi.
Rəsmi olaraq Azərbaycanda "TikTok"un fəaliyyətinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığı bildirilir.
Eks Səhiyyə naziri Əli İnsanov İlham Əliyevin əsasən Qarabağ və xarici siyasətini dəstəklədiyini bildirərək, ölkədəki islahatları yüksək qiymətləndirdiyini bildirib. O, 14 il həbsdən çıxdıqdan sonra hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaratmışdı.
Kürdəmirdə 15 yaşında valideynləri tərfindən ərə verilən Şəbnur İsmiyeva 17 yaşında doğuş zamanı vəfat edib. Onun dünyaya gətirdiyi körpə sağdır, lakin vəziyyəti yaxşı deyil. Ailə isə yeniyetmə qızın ölümünə görə həkimləri günahlandırır. Bildirilir ki, evlilərin rəsmi nikahı olmayıb.