Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
20 ildir deputat qoyulan, 73 yaşlı İsa Həbibbəyli AMEA-nın prezidenti təyin edildi. Bir oğlu Ərəstü Həbibbəyli Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiridir, digər oğlu Səhət Həbibbəyli Naxçıvan Dövlət Gömrük Komitəsinin sədridir. Qızı Günay Məsimova isə Ədliyyə nazirliyinin 2 saylı Notariat Kontorunun xüsusi notariusu vəzifəsində çalışır. Qardaşı oğlu Üzeyir Həbibbəyli də “SOCAR Petroleum”un mətbuat katibidir.
Zəngilanda İlham Əliyev və Ərdoğan 100 milyonluq “Dost Aqropark”ın təməlini qoydular. "Dost Aqropark" şirkəti Bakıda qeydiyyatdan keçib, təmsilçisi isə Mehmet Zeki Tuğrul adında bir Türkiyə vətəndaşıdır. Təsadüfə bax ki, AKP Gənclər Təşkilatının mərkəzi qararvermə idarə heyətinin sədri imiş. "Dost Aqropark"-ın sərmayəçisi bir-başa Türkiyədəki "Dost Ziraat İşletmeleri" holdinqidir, rəsmi sənədlərlə sübut olunub. Holdinqin bir şəriki Tayyib Ərdoğanın qardaşı oğlu Üsame Ərdoğandır, digər şəriki isə Ərdoğanın qardaşı qızı ilə evlənən Abdulkadir Karagözdür. Ərdoğan ailəsi ilə quda olan atası Şengül Karagöz AKP-nin Kocaeli rayon təşkilatının qurucularından və idarəçilərindəndir. Layihəyənin Azərbaycan tərəfindən sərmayəçisi isə “Pasha Holding”ə daxil olan “PASHA Investments”dir. Düz deyirmişlər, bir millət, iki dövlət, iki ailə biznesi...
Keçən il rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmiş Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edildi. Ondan əvvəl 7 il Cavid Qurbanov sədr idi, o da nazirliyə müavin getdi. Bir sözlə növbəti yerdəyişmə sərəncamı.

Bu arada atası Mürvət Rüstəmov İmişli Regional AzərPoçt Filialının rəisi olub. Korrupsiyada günahlandırılaraq vəzifədən azad olunub. Lakin bir neçə ay sonra yenidən başqa vəzifəyə təyin edilib. Üç oğlunun üçü də nazirlikdə vəzifə sahibidir.
Tarif Şurasının qərarı ilə Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırıldı. Şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirildi. Bir sözlə eyni rayon-şəhərdəki zənglər aylıq 1 manat bahalaşıb, ayrı rayon-şəhərlərə zənglər 2 qəpik ucuzlaşıb.
Dələduzluqda təqsirləndirilən siyasi-ictimai fəal Ramin Hacılıya hökm oxunub və o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. O saxta sənədlərin hazırlanması və "mühacir alveri"ndə ittiham olunurdu.
35 ildir Yazıçılar Birliyinin sədri olan, 84 yaşlı Anar Rzayev yenidən 5 illiyə birliyin sədri təyin olundu. Yazıçının oğlu Tural Rzayev Əlcəzairdə səfir, qızı Günel Anarqızı Bakı Kitab Mərkəzinin direktorudur. Həyat yoldaşı Zemfira Səfərova isə AMEA-da Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiridir.
35 ildir Yazıçılar Birliyində sədr olan və daha növbəti 5 il seçilməsi üçün qurultay toplayan 84 yaşlı Anara büdcədən qurultayın keçirilməsinə nə az, nə çox 203 min manat vəsait xərclənib. Şəhid, qazi, ehtiyaclı ailələrə çatanda pul yoxdur, qocaların kresloda ölməyinə gələndə yüzminlər...
İranda hicaba görə polis tərəfindən qətlə yetirildiyi deyilən 22 yaşlı Mahsa Amininin ölümünün qırxıncı günündə ölkənin müxtəlif şəhərlərində etirazlar xüsusilə güclənib. Etirazçılar dini lider Əli Xameneyini nəzərdə tutaraq “Qadın, həyat, azadlıq”, “Diktatora ölüm” şüarları səsləndirirlər. Ümumilikdə etirazlarda azı 230 nəfərdən çox şəxsin, o cümlədən 27 uşağın öldürüldüyü bildirilir.
Mirşahin İran əleyhinə reportaj hazırlayıb. Bu reportajda o, dünyada, həmçinin Azərbaycanda yaşayan milyonlarla şiə məzhəbinə mənsub şəxslərin dini inanclarını, onların müqəddəs saydığı şəxsləri lağa qoyaraq çıxışında "İmam Hüseynova bacıları" və "Bir əlində Paşinyanın, bir əlində Həzrət Abbasın qolu" ifadələrini işlədərək təhqir edib.
44 günlük müharibə zamanı Kəlbəcər uğrunda gedən döyüşlərdə yuxarı komandanlığın səriştəsizliyi ucbatından hərbçilərin köməksiz vəziyyətdə qalaraq şəhid olmaları və digər xüsusatlarla bağlı Hərbi prokurorluqda keçən ilin aprel ayında cinayət işi açılıb. Söhbət məlum Murov Dağı istiqamətində pusquya düşmüş onlarla XTQ hərbçisinin uğursuz əməliyyatından gedir. Əməliyyatdan sonra Korpus кomandiri Xəqani Cəbrayılov uzaqlaşdırılır. Sonra кorpusu Azər Əliyev, Sarı Xəlilov və Ənvər Əfəndiyev idarə edirlər. Uğursuz əməliyyatlar ard-arda davam edir, xeyli sayda itkilər olur. Nə isə, cinayət işində adı keçən, dindirilən general Azər Əliyev ötən ilin iyul ayında İlham Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrin Əməliyyat Baş İdarəsinin rəisi, həm də "genştab" müavini təyin edilir. Zakir Həsənov da çıxıb deyir ki, Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılır. Budur uyğunlaşdırılma? Cinayət işində adı keçən və hələ də qapadılmayan işdə adı hallanan Azər Əliyevə general-leytenant rütbəsi də verdilər.
Putin: "Əgər Ermənistan xalqı ABŞ-ın təqdim etdiyi variantı, yəni Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımağla sülh sazişinə imza atmaq istəyirsə, biz bunu da dəstəkləyirik. Biz Ermənistana heç nə diktə etmək fikrində deyilik, biz erməni xalqının istənilən fikrini dəstəkləyəcəyik".
Azərbaycanda 2020-2021-ci illərdə 79 filmin çəkilməsi və filmlərlə bağlı 71 tədbirin həyata keçirilməsi üçün dövlət büdcəsindən 11 milyon manatdan çox vəsait ayrılsa da, bu filmlər toplamda 1905 manat gəlir gətirib. Bu rəqəmlər dövlət film sektorunda pozuntularla bağlı "Hesablama Palatası"nın rəsmi hesabatında öz əksini tapıb.
Azərbaycanda daha bir qəribə hadisə: Aydın Qəhrəmanov adlı şəxs qeyri-rəsmi nikahda yaşadığı qadın və onun qardaşı qızını öldürməkdə ittiham edilərək ömürlük cəza alıb. Həbsindən 9 il sonra günahsız olduğu sübut olunaraq bəraət alıb və azadlığa buraxılıb.
Azərbaycana gələn Ukrayna vətəndaşları ölkədə əvvəllər 90 gün qala bilirdilərsə, hazırkı vəziyyətə görə artıq limit aradan qaldırılıb, rəsmi olaraq müddətsiz qala bilərlər.
Paşinyan:

- Bütün dövlətlər istisnasız olaraq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

- Biz heç kimə Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Bu, əsaslı və dönməz mövqeyimizdir.

- Rusiyanın təklif etdiyi 15 bəndlik sülh müqaviləsini imzalamağa hazıram.

- Sərhəd xidmətinin səlahiyyətlərini Rusiya sərhəd qoşunlarına verməyə hazırıq.
Xankəndində yaşayan ermənilər bu gün geniş etiraz aksiyası keçirərək, Azərbaycanın tərkib hissəsi olmaq istəmədiklərini bildiriblər. Bundan sonra ərazidəki qondarma rejim Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağını bildirən bəyanat qəbul edib.
8 oktyabr 2022 ci il tarixində Bilgəh-Nardaran istiqamətində Range Rover markalı avtomobili yüksək sürətlə idarə edən şəxs qarşıdan gələn KİA markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində qarşıdakı avtomobildə olan 2 nəfər gənc, Göygöl sakinləri 2002-ci il təvəllüd Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüd Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olublar, digər gənc 1997-ci il təvəllüd Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanaraq, 22 gündür komadadır.

Qəza olan zaman polislər "Range Rover"in dövlət nömrə nişanlarını söküblər və ərazidə nə qədər mağaza, obyekt var gecə ilə gəlib hamısının kameralarını hədə-qorxu ilə söküb aparıblar. Müstəntiq də “Təhlükəsiz Şəhər” kamerasından görüntülərin verilməsi üçün sorğu göndərib, amma indiyə qədər görüntülər verilmir.

Araşdırdım və məlum oldu ki, "Range Rover"in üzərində "10DF090" dövlət nişanı olub, bu da 1978-ci il təvəllüd, Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsin adına qeydiyyatdadır. Özü də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmuru, polkovnik rütbəli şəxsdir, 2013-cü ildə İlham Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Polkovnikin adına 90ND700 nömrəli MINI COOPER, 10GV700 nömrəli LEXUS LX570, 10BS700 nömrəli BMW 740LI, 10DF090 nömrəli RANGE ROVER, 10HA700 nömrəli PORSCHE PANAMERA, 90HD700 nömrəli KIA OPTIMA markalı avtomobillər var.

Cinayəti törətdikdən sonra başqa bir şəxs tapıb və qəzanı o üzərinə götürüb, özü isə cinayətdən yayınaraq məsələni ört-basdır etməyə çalışır. Ölkədə hüquq mühafizə orqanları görün nə durumdadır ki, qatili gizlətmək üçün nömrə sökürlər, kamera gizlədirlər, əllərindən gələni edirlər ki, cinayətkar cəzasız qalsın. Nədir-nədir vəzifəlidir, Əliyevdən medal alıb. Paylaşaq, ictimailəşdirək.
Paşinyanın Soçidə səsləndirdiyi bəyanatdan:

▪️ Bizim üçün Qarabağ məsələsində Rusiyanın yanaşmaları məqbuldur.
▪️ Azərbaycan və Ermənistan sərhədində təhlükəsizlik gücləndirilməlidir.
▪️ Azərbaycan qoşunları Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılmalıdır.
▪️ Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazilərindən çıxarılmalıdır.
▪️ Erməni əsirlərin qaytarılması məsələsi həll olunmalıdır.
▪️ Ermənistan ərazisindən keçən bütün kommunikasiya xəttləri rəsmi Yerevanın nəzarətində olmalıdır.
Ermənistan 2023-cü il büdcəsindən Qarabağdakı ermənilər üçün 360 milyon dollar maliyyə ayırır.
İlham Əliyev Putinlə görüşdə:

▪️ Qarabağ münaqişəsi tarixdir. Bu kontekstdə müzakirə olunacaq bir şey yoxdur.
▪️ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb.
▪️ Bakı Yerevanla münasibətlərin normallaşması üçün 5 əsas prinsip irəli sürüb, bunun əsasında normallaşmaya nail olmaq olar.
Bütün dünyada Instagramda kütləvi şəkildə profillər bağlanıb. Səbəbin təhlükəsizlik yoxlanışı olduğu bildirilir. Rəsmi açıqlama yayaraq bildiriblər ki, bu problemin fərqindəyik, araşdırırıq, narahatlıq verdiyimiz üçün də üzr istəyirik. Kimdə belə bir hal yaşanıb?