Hebib Müntezir
13K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Abşeron rayonu Hökməli qəsəbəsində, məscidin qarşısında 26 yaşlı oğlan qısqanclıq zəminində nişanlısı, 16 yaşlı qızın başını kəsərək öldürüb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əliyev də deyir yaxşı. Konstitusiyanı dəyişdirin, "birdəfəlik" prezident.
Türkiyə mətbuatı yazır ki, AKP-li siyasətçi Binali Yıldırım Azərbaycanın Cəbrayıl rayonunda avtoqəza keçirib. Qəzadan sonra maşından çıxarılan Binəli Yıldırımın ambulansla xəstəxanaya aparıldığı deyilir.
Binali Yıldırım havalimanına gedərkən qəzaya düşdüyü avtomobil. Qəza nəticəsində başının yarıldığı deyilir.
Səhər yenə sərhəddə atəşkəsin pozulduğu, bir Azərbaycan Ordusuna aid təminat daşıyan avtomobilin atəşə məruz qaldığı bildirilir. Bu arada Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri Arayik Arutyunyan Rusiyadan dəstək gözlədiklərini, gələcək üçün onlara güvəndiklərini deyərək, müdafiə ordularını təkmilləşdirməyə davam edəcəklərini açıqlayıb.
Türkiyə Şuşada, İran isə Ermənistanın Qafan şəhərində konsulluq açır.
Bu gün İranın Qafanda açılan konsulluğunun binasıdır. Görünür ki, hər iki dövlət də əməlli tələsiblər, Türkiyə və Azərbaycana cavab üçün. Fəqət bu formada.
Saray qəsəbəsində ata 7 yaşlı qızını yaşadıqları evdə döyərkən, həyat yoldaşı müdaxilə etmək istəyib, kişi də hamilə arvadını dəmirlə vuraraq öldürüb.
"WhatsApp"da müəllimlərə səs ataraq hər birindən 50 manat tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıtdakı 32 saylı məktəbin sabiq direktoru Esmira İbrahimova Sumqayıt üzrə təhsil şöbəsində metodist vəzifəsinə düzəlib. Azərbaycanda idarəetmə sisteminin cəzalandırma metodu.
44 günlük müharibəyə hazırlıq...
Çatışmazlıqlar...
Orduda yerlibazlıq...
İtkilər az ola bilərdimi?
Səfərbərlik düzgün idarə edildimi?

Bunların hamısını İkinci Qarabağ müharibəsində bir-başa iştirak edən komandir danışır. Çoxluğun bilmədiyi mövzulardan bəhs edir. Sonuna qədər dinləyin, nələrin, necə baş verdiyini eşidəcəksiniz. LİNK
Azərbaycanın işğal altında olan ərazilərinə sülhü bərqərar etmək məqsədi ilə sülhməramlı göndərən ölkənin dövlət kanalı rəsmi ləğv olunmuş "Dağlıq Qarabağ" ərazisini yenidən respublika kimi təqdim edib.
44 günlük müharibədən tanıdığımız propaqandist, rus vlogger Semyon Peqovun Donetsk yaxınlığında yaralandığı bildirilir.
AZTV: "Biz bu günə qədər məsələnin həssaslığını nəzərə alaraq problemə olduqca balanslı yanaşırdıq. Kimisə açıq ittiham etmirdik. Amma reallıq odur ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibə zorakılıqdır, işğalçılıq müharibəsidir. Qarşı tərəfin ərazi bütövlüyünə açıq təhdiddir! Odur ki, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi işğal faktıdır".
Cəlilabadın Günəşli kəndində hərbi xidmətdən məzuniyyətə gələn əsgər, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlunun yaşadığı evdə özünü asaraq intihar etdiyi deyilir. İntiharın səbəbi hələlik məlum deyil.
Meydan TV polkovnik Babək Səmidlinin Azərbaycan Ordusundakı qanunsuzluqlar və çatışmazlıqlarla bağlı ikinci səs yazısını yayımlayacaq.
Naxçıvanın Şahbuz rayon Türkeş kənd sakini, MAXE hərbçi Mayıl Kazımlının bu gün səhər hərbi hissədə özünü vuraraq intihar etdiyi deyilir. İntiharın səbəbi isə bəlli deyil. Bu barədə rəsmi məlumat yayılmayıb. Bu bugünə olan artıq ikinci əsgər intihar xəbəridir.
Rusiyanın birinci kanalında Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması və xəritəsinin təhrif edilməsinə görə Azərbaycan Rusiyaya nota verib.
20 ildir deputat qoyulan, 73 yaşlı İsa Həbibbəyli AMEA-nın prezidenti təyin edildi. Bir oğlu Ərəstü Həbibbəyli Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiridir, digər oğlu Səhət Həbibbəyli Naxçıvan Dövlət Gömrük Komitəsinin sədridir. Qızı Günay Məsimova isə Ədliyyə nazirliyinin 2 saylı Notariat Kontorunun xüsusi notariusu vəzifəsində çalışır. Qardaşı oğlu Üzeyir Həbibbəyli də “SOCAR Petroleum”un mətbuat katibidir.
Zəngilanda İlham Əliyev və Ərdoğan 100 milyonluq “Dost Aqropark”ın təməlini qoydular. "Dost Aqropark" şirkəti Bakıda qeydiyyatdan keçib, təmsilçisi isə Mehmet Zeki Tuğrul adında bir Türkiyə vətəndaşıdır. Təsadüfə bax ki, AKP Gənclər Təşkilatının mərkəzi qararvermə idarə heyətinin sədri imiş. "Dost Aqropark"-ın sərmayəçisi bir-başa Türkiyədəki "Dost Ziraat İşletmeleri" holdinqidir, rəsmi sənədlərlə sübut olunub. Holdinqin bir şəriki Tayyib Ərdoğanın qardaşı oğlu Üsame Ərdoğandır, digər şəriki isə Ərdoğanın qardaşı qızı ilə evlənən Abdulkadir Karagözdür. Ərdoğan ailəsi ilə quda olan atası Şengül Karagöz AKP-nin Kocaeli rayon təşkilatının qurucularından və idarəçilərindəndir. Layihəyənin Azərbaycan tərəfindən sərmayəçisi isə “Pasha Holding”ə daxil olan “PASHA Investments”dir. Düz deyirmişlər, bir millət, iki dövlət, iki ailə biznesi...
Keçən il rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmiş Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edildi. Ondan əvvəl 7 il Cavid Qurbanov sədr idi, o da nazirliyə müavin getdi. Bir sözlə növbəti yerdəyişmə sərəncamı.

Bu arada atası Mürvət Rüstəmov İmişli Regional AzərPoçt Filialının rəisi olub. Korrupsiyada günahlandırılaraq vəzifədən azad olunub. Lakin bir neçə ay sonra yenidən başqa vəzifəyə təyin edilib. Üç oğlunun üçü də nazirlikdə vəzifə sahibidir.
Tarif Şurasının qərarı ilə Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırıldı. Şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirildi. Bir sözlə eyni rayon-şəhərdəki zənglər aylıq 1 manat bahalaşıb, ayrı rayon-şəhərlərə zənglər 2 qəpik ucuzlaşıb.