Çeçenistandakı yeni idman kompleksinə Ramzan Kadırovun 15 yaşlı oğlunun, Əli Kadırovun adı verilib. Ramzan Kadırovun 16 yaşlı oğlu Əhməd Kadırov isə regionun bütün gənclər və uşaq təşkilatları birliyinin rəhbəri təyin edilib. Qızı Ayşat Kadırova isə ölkənin mədəniyyət naziridir.
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib ki, sentyabr toqquşmaları zamanı atəşkəsi təşkil edən məhz Rusiya olub, başqa heç bir ölkə. Və bunu xüsusi vurğulayıb. Onu da deyib ki, Avropa İttifaqının Azərbaycana missiya göndərmək cəhdlərini şəxsən özü qətiyyətlə rədd edib. Həmçinin Ermənistanı təhdid edərək bildirib ki, noyabr Bəyanatının 2 bəndini, erməni silahlı qüvvələrinin çıxarılması və maneəsiz gediş-gəliş (Zəngəzur Dəhlizi) məsələsi həll edilməlidir, yoxsa adekvat tədbirlər görüləcək.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan Ordusu Daşkəsən istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə üzbəüz mövqelərinə hərbi texnika, canlı qüvvə və 4 ədəd artilleriya qurğusunu cəmləşdirib. Nazirlik yarana biləcək hər hansı gərginliyə görə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə ataraq, xəbərdarlıq edir. Qeyd edim ki, Praqa görüşündən sonra demək olar ki, hər gün atəşkəsin pozulması məlumatı hər iki tərəfdən də yayılır.
Paşinyan Azərbaycana Ermənistan ərazisindən keçməklə, Naxçıvanı birləşdirən 3 ədəd nəzarət-buraxılış məntəqəsi qurulmasını təklif edib. Azərbaycan XİN isə Ermənistanı Zəngəzur dəhlizindən yayınmaq üçün saxta bəhanələrə son qoymağa çağırıb və bu variantın düzgün siyasət olmadığını bildirib.
İlham Əliyevin bu gün imzaladığı bir çox sərəncamlara əsasən dövlət məmurları və səfirlər arasında yerdəyişmələr olub. Ən maraqlısı isə XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın Fransaya səfir təyin edilməsidir. Görünür son günlər Əliyevlə Makron arasındakı baş verənlər bu dəyişikliyə təsir edib. Qeyd edim ki, Leyla Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindədir.
Bu gün Azərbaycan MN Ermənistanın sərhədə canlı və texniki hərbi qüvvə cəmləşdirdiyini bildirmişdi. Ermənistan MN öz növbəsində məlumatı təsdiqləyərək bildirib ki, Azərbaycan Ordusu sərhədə əlavə qüvvə və texnika cəmləşdirdiyi üçün biz də adekvat addım atmışıq, əgər Azərbaycan geri çəksə, biz də çəkərik, bu sırf müdafiə xarakterlidir. Ermənistan tərəfi bu məsələ ilə bağlı danışıqlara hazır olduğunu bildirib.
AXCP oktyabrın 24-ü, saat 16:00 üçün Bakı Şəhər İcra Hakimiyyətinin önündə "Köklü demokratik dəyişikliklər" tələbi ilə aksiya keçirmək qərarı verib. BŞİH rədd cavabı versə də, partiya aksiyanı keçirəcəyini bildirir. Necə düşünürsünüz, aksiyalar labüddürmü və iştirak edəcəksinizmi?
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib. Tədbir zamanı da belə bir slayd sərgilənib. Foto nazirliyin saytından yığışdırılsa da, linki hələ də durur. Gəlin səhvlərə baxaq:
1. İlk cümlədə "səviyyələtinə" yox, "səviyyələrini" olmalıdır.
2. Elə həmin cümlədə "tövsiyyə", yox "tövsiyə" olmalıdır, bir "y".
3. İlk bənddə cümlənin nə məna kəsb etdiyi bəlli deyil.
4. İkinci bənddə "Şagirdlərlə" yazılmalıdır.
5. Beşinci bənddə "Valideyin" yox, "Valideyn" yazılmalıdır.
6. Altıncı bənddə "saxlanması" yox "saxlanılması"
7. Yeddinci bənddə "Pisxoloqa" yox, "Psixoloqa" yazılmalıdır.
Müəllimləri “şaftalı”, “asfalt” sözünü düzgün yaza bilmədiyinə görə tənqid edən nazir Emin Əmrullayevin görəsən 2-3 cümləlik rəsmi təqdimatda öz işçilərinin, yəni nazirlik əməkdaşlarının bu qədər səhv buraxmasına münasibəti necədir?
1. İlk cümlədə "səviyyələtinə" yox, "səviyyələrini" olmalıdır.
2. Elə həmin cümlədə "tövsiyyə", yox "tövsiyə" olmalıdır, bir "y".
3. İlk bənddə cümlənin nə məna kəsb etdiyi bəlli deyil.
4. İkinci bənddə "Şagirdlərlə" yazılmalıdır.
5. Beşinci bənddə "Valideyin" yox, "Valideyn" yazılmalıdır.
6. Altıncı bənddə "saxlanması" yox "saxlanılması"
7. Yeddinci bənddə "Pisxoloqa" yox, "Psixoloqa" yazılmalıdır.
Müəllimləri “şaftalı”, “asfalt” sözünü düzgün yaza bilmədiyinə görə tənqid edən nazir Emin Əmrullayevin görəsən 2-3 cümləlik rəsmi təqdimatda öz işçilərinin, yəni nazirlik əməkdaşlarının bu qədər səhv buraxmasına münasibəti necədir?
Putin Ukraynanın işğal edilmiş və Rusiyaya birləşdirilmiş 4 regionunda hərbi vəziyyət elan edilməsi barədə sərəncam imzaladı.
Abşeron rayonu Hökməli qəsəbəsində, məscidin qarşısında 26 yaşlı oğlan qısqanclıq zəminində nişanlısı, 16 yaşlı qızın başını kəsərək öldürüb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əliyev də deyir yaxşı. Konstitusiyanı dəyişdirin, "birdəfəlik" prezident.
Türkiyə mətbuatı yazır ki, AKP-li siyasətçi Binali Yıldırım Azərbaycanın Cəbrayıl rayonunda avtoqəza keçirib. Qəzadan sonra maşından çıxarılan Binəli Yıldırımın ambulansla xəstəxanaya aparıldığı deyilir.
Səhər yenə sərhəddə atəşkəsin pozulduğu, bir Azərbaycan Ordusuna aid təminat daşıyan avtomobilin atəşə məruz qaldığı bildirilir. Bu arada Qarabağdakı qanunsuz silahlı birləşmələrin rəhbəri Arayik Arutyunyan Rusiyadan dəstək gözlədiklərini, gələcək üçün onlara güvəndiklərini deyərək, müdafiə ordularını təkmilləşdirməyə davam edəcəklərini açıqlayıb.
Saray qəsəbəsində ata 7 yaşlı qızını yaşadıqları evdə döyərkən, həyat yoldaşı müdaxilə etmək istəyib, kişi də hamilə arvadını dəmirlə vuraraq öldürüb.
"WhatsApp"da müəllimlərə səs ataraq hər birindən 50 manat tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıtdakı 32 saylı məktəbin sabiq direktoru Esmira İbrahimova Sumqayıt üzrə təhsil şöbəsində metodist vəzifəsinə düzəlib. Azərbaycanda idarəetmə sisteminin cəzalandırma metodu.
44 günlük müharibəyə hazırlıq...
Çatışmazlıqlar...
Orduda yerlibazlıq...
İtkilər az ola bilərdimi?
Səfərbərlik düzgün idarə edildimi?
Bunların hamısını İkinci Qarabağ müharibəsində bir-başa iştirak edən komandir danışır. Çoxluğun bilmədiyi mövzulardan bəhs edir. Sonuna qədər dinləyin, nələrin, necə baş verdiyini eşidəcəksiniz. LİNK
Çatışmazlıqlar...
Orduda yerlibazlıq...
İtkilər az ola bilərdimi?
Səfərbərlik düzgün idarə edildimi?
Bunların hamısını İkinci Qarabağ müharibəsində bir-başa iştirak edən komandir danışır. Çoxluğun bilmədiyi mövzulardan bəhs edir. Sonuna qədər dinləyin, nələrin, necə baş verdiyini eşidəcəksiniz. LİNK
44 günlük müharibədən tanıdığımız propaqandist, rus vlogger Semyon Peqovun Donetsk yaxınlığında yaralandığı bildirilir.