Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
"Dojd" telekanalının əməkdaşı Vasiliy Polonskinin cəbhədən (Ağcabədi) verdiyi məlumat çox vacibdir: "Bu gün çox maraqlı səyahətim oldu, cənub cəbhəsinə getdim. Orada diqqətimi ilk çəkən məqam Qrat, Smerç və ya PVO səslərinin eşidilməməsi idi. Belə bir təəssürat yaranır ki, burada Azərbaycan Ordusu Qarabağ istiqamətində dərinliklərə doğru irəliləyib. Məsələn, Tərtər istiqamətində belə bir hissiyat yox idi. Hələlik jurnalistlərə arxa cəbhəni, hərbiçiləri, eləcə də ağ ciplərdə olanları çəkməyə icazə vermirlər. Fikrimcə, ağ ciplərdə hərəkət edən "suriyalı terrorçu"lar son 2 həftənin əsas mövzusu olub. Bəxtim gətirdi, bu gün 3 ədəd belə cip gördüm. Onlardan 2-si cəbhəyə getməyə hazırlaşırdı. Onlardan birində Rusiya istehsalı olan Pulemyot vardı, diqqətlə baxdım. Digəri isə adi pikap idi. Bu maşınlarda 8-9 cavan əyləşmişdi. Zənnimcə, onlar azərbaycanlılar idi, qətiyyən suriyalılara oxşamırdılar, Azərbaycan dilində danışırdılar və Azərbaycan ordusunun geyimində idilər. Onları yaxından izləyə bildim. Əlbəttə, gördüklərim burada muzdlu döyüşçülərinin olmadığını isbatlamır. Ancaq bu, ağ ciplərdə olanların döyüşmək üçün Azərbaycana gələn suriyalılar olmaması baxımından yaxşı bir nümunədir".
Ermənistan rəsmiləri o qədər talış, talış dedilər ki, talış balaları Hadrutun mərkəzi küçələrini "Astara, Qarabağ, Azərbaycan" şüarları ilə bəzəyiblər. Əvvəl Hadrut nəzarətdə idisə, hazırda qəsəbə, küçələri tamamiylə Azərbaycan Ordusunun əlindədir. Yüksəkliklər də azad edilib.
🔥 Ermənistan Ordusu Ordubada raket zərbəsi endirib. Gördülər Rusiyanı çəkə bilmirlər, deyəsən indi söhbətə Türkiyəni bir-başa daxil etmək istəyirlər.
Tərtərdə evləri raket atəşinə tutulmuş azərbaycanlı ailənin üzvləri

Foto: AP
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azad olunandan sonra Cəbrayılda ilk azan verilir. Video: Jurnalist Müzadil Həsənov
İlham Əliyev son müsahibəsindən vacib başlıqlar:

- Atəşkəsdən sonra Hadruta 3 dəfə hücum ediblər, üçündə də məğlub olublar.
- İrandan Ermənistana silah göndərilməsi ilə bağlı bizdə məlumat və sübut yoxdur.
- Erməni tərəfdə vuruşub ölən muzdlu əsgərlər var.
- Ermənistanda hərbi hədəfimiz yoxdu. Başqa torpaqda gözümüz yoxdu. Amma Ermənistandan şəhərlərimizi vursalar, cavabları veriləcək.
- Şuşanı işğaldan azad etməsək, işimiz yarımçıq qalar.
- Füzuli şəhərini görürük, inşallah xoş xəbərlər gələcək.
- Sülhməramlıların göndərilməsi hər 2 tərəfin razılığı ilə mümkündür. Bu münaqişənin həllinin ən son mərhələsində mümkündür.
Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib.
Xocavəndin yeni alınan kəndləri xəritədə @hebmun
🚀 Gəncədə 4 dəfə partlayış səsləri eşidildiyi deyilir
💥 Gəncədə dağıntı olub, ağır yaralılar var
💥 Gəncə - Bir körpənin həlak olduğu deyilir @hebmun
💥 Gəncədə ən az 20 yaxın evin dağıldığı deyilir. Bir neçə dinc sakin həlak olub.
💥 Gəncədə ilkin məlumata görə ikisi uşaq olmaqla 5 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gəncədə yaşayış binalarının vurulma anı
💥 Gəncədə ölən mülkilərin sayı 6 nəfər oldu. (Yevlaxa bomba atılması təsdiqlənmir)
Gəncə xəstəxanasındakı yaralılar @hebmun
💥 Son məlumat: Gəncədə mülki 10 nəfər ölüb, 40 nəfər yaralanıb. @hebmun
Deməli Gəncədə iki ayrı ünvana raket zərbəsi düşüb. Biri Süleyman Rəhimov küçəsi, digəri isə Muxtar Hacı küçəsidir. Ən dəhşətli faciə Muxtar Hacıyev küçəsində yaşanıb, 12 nəfər mülki sakin ölüb, 40 nəfərdən çoxu yaralanıb. S. Rəhimov küçəsində isə 1 nəfər mülki ölüb, 10 nəfər yaralanıb.
Azərbaycan Ordusu Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli və nəhayət Füzuli şəhərini işğaldan azad edib.
Füzuli şəhəri və digər azad olunan 7 kəndin xəritədə görüntüsü. ħebmun