Hebib Müntezir
13K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Qarabağdakı qondarma rejimin parlamenti ABŞ, Fransa, Rusiya və BMT-nin bütün üzvlərini "Artsax Respublikası"nın müstəqilliyini tanımağa çağırıb. Bildiriblər ki, necə ki, Ukraynanın 4 vilayəti ilhaq edildi, necə ki, Kosova tanınıb, o cür də bizi tanıyın. Bu danışıqlara zərər verəcək.
Separatçılar iddia edirlər ki, Qarabağ ərazisində Azərbaycan əsgərləri onlara məxsus bir at və iribuynuzlu mal-qaralarını oğurlayıblar.
Ukrayna parlamenti hazırda Rusiyanın əlində olan Kuril adalarını Yaponiya ərazisi kimi tanıyıb və Rusiyanın adaları işğal etdiyi bildirib.
İlham Əliyevin də iştirak etdiyi MDB liderləri MDB məkanında 2023-cü ili "Rus Dili İli" elan etdilər. Özü də Azərbaycanda 2023-cü ili atasının adına, "Heydər Əliyev ili" elan etmişdi.
Bu gün Xersonda mülkiləri daşıyan avtobus hücumlar nəticəsində vurularaq partladılıb. Ruslar ukraynları, ukraynlar rusları ittiham edir. 14 nəfər şəxsin öldüyü bildirilir. Ölənlər arasında azərbaycanlılar, Zərdabın Məmmədqasımlı kəndindən 4 nəfərin olduğu deyilir.
Ukraynada müharibənin 227-ci günündə Kerç boğazındakı Krım körpüsü partladılıb. Rusiya onu ilhaqdan sonra tikmişdi. Ən strateji nöqtələrdən biri idi. Bir neçə həftədir ki, oradan keçən yol vasitəsi ilə minlərlə silah-sursat, yanacaq və enerji məhsulları daşınırdı. Müharibənin növbəti dönüş nöqtəsi olacaq. Bu əməliyyatın Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər sərhəddə atəşkəsin müxtəlif çaplı atıcı silahlardan pozulduğunu bildirib. Məlumatı Ermənistan MN-də təsdiqlədi.
Rusiyanın Astraxan şəhərindən Ukraynaya ağır zərbələr endirildiyi bildirilir. Kiyev, Lvov, Dnepr şəhərləri ağır bombardımana məruz qalır. Ölü və yaralılar var.
Lukaşenko və Putin Rusiya və Belarus qoşunlarının birgə hərəkət etməsi barədə razılığa gəliblər.
Rusiya son sutkada Ukraynanın 16 şəhərinə raket zərbəsi endirib. Atılan 83 raketdən 43-ü Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Moldova rəsmi olaraq Rusiyanın raketlərinin hava məkanlarını pozduğunu və bunun qəbuledilməz olduğunu açıqlayıb. Rusiya səfiri Moldova XİN-ə çağırılıb.
Putin: "Ukrayna Kursk AES-ə qarşı 3 terror aktı törədib, elektrik xətləri zədələnib, “Türk axını” qaz kəmərini partlatmağa cəhd ediblər. Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil. Kiyev rejimi özünü ən iyrənc terror qrupları ilə bir sıraya qoyub. Ukraynanın Rusiya ərazisində "terror" aktları davam edəcəyi təqdirdə, cavabımız sərt olacaq və miqyası təhdidlərin səviyyəsinə uyğun olacaq".
Zelenski: "Biz terrorçularla mübarizə aparırıq. Bizim şəhərlərimizə onlarla raket zərbələri və İran istehsalı "Şahed-136" PUA-ları ilə zərbələr endirirlər. Onların iki hədəfi var: ölkədəki enerji infrastukturu və insanlar. Bununla panika və xaos yartmaq istəyir və ölkəmizin enerji sistemini məhv etmək istəyirlər".
Şəhid Səbuhi Əhmədovun qardaşının "Komando" düzəlməsi üçün 6 min rüşvət verilməsi ilə əlaqədar 25 gündür prokurorluq araşdırma aparır. Amma hələ də heç bir nəticə yoxdur. Olacaqmı?! İnanmıram, çünki bütün sistem rüşvət çirkabının içindədir.

Müharibədən sonra Bakıda "neqodnı", yəni xəstəlik adı ilə hərbi xidmətdən yayınma pulu da ikiqat artıb. Bir gəncin hərbi xidmətdən yayınması üçün təxminən 7-10 min manat arası, hər 3 ildən bir də (35 yaşa qədər) 1500 manat verməsi lazımdır. Harasa sifarişli saldırmaq 4500 manat, gecikdirmək 1000 manatdır. "Qodnı" isə, (yəni xəstəliksiz filansız, adın xidmətdə gedir, özün isə evdə) Bakıda 70-80 min civarındadır. Tanışla filan ucuz da tapmaq olar. Bu qiymətlər regionlar və rayonlara görə dəyişir.

Məsələn, bir faktı diqqətinizə çatdırım: Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü Rəşid Yasin oğlu Çulaqov adlı biznesmen var. Onun "Poliplast" və "Tuna" adlı iki şirkəti var. Bu şirkətlər hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. İlham Əliyev Çulaqov Rəşid Yasin oğlunu “Tərəqqi” medalı ilə təltif edib. Onun, qardaşı oğlu olan Turqut Yalçın oğlu Çulaqovu 16 min manat müqabilində hərbi xidmətdən saxlatdırdığı deyilir.

Xaçmaz rayonunda qeydiyyatda olduğu üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Əlifağa oğlu Ağayevdən soruşmaq lazımdır ki, bu qanunsuzluq necə baş verib? Bu sadəcə bir nümunədir, onlarla, yüzlərlə belə faktlar var.

Bu arada MAXE olmaq üçün də müəyyən miqdar pul verib hərbi xidmətdə işə düzəlirsən. (2000-3000 arası) Bunu hərbi sistemdə bilməyən yoxdur. Hərbi hissələrdəki kadrlar şöbəsinin rəislərindən tutmuş, korpus komandirinə, ordan da MN-ə qədər bu şəbəkə uzanır.

Adamları tutub aparırsız e ki, ordunun adına ləkə yaxır, xələl gətirir filan. Ordunun və Müdafiə Nazirliyinin adını batiranlar vəzifələndirdiyiniz, mükafatlandırdığınız şəxslərdir. Bu korrupsiya və rüşvəti aradan qaldırmaq əvəzinə, vətəndaşları cəzalandırırsınız.

Özünüzə bənzər cəmiyyət yetişdirmisiz, onlar da bütün həqiqətləri yazanları, sülh istəyənləri söyüb batırırlar. Siz də gedib qırılıb batan, kasıb-kusub balalarının hesabına, onlardan oğurladığınız pullar, həyatlar üzərində villalar, malikanələr tikib, şah-bəy kimi yaşayırsınız, sizə isə güldən artıq kəlmə deyən yoxdur.
Azərbaycanda "Tiktok"a qoyulan qadağanın aradan qaldırıldığı ilə bağlı məlumat yayılıb. Amma hələ heç bir rəsmi mənbə məlumatı təsdiqləməyib.
Quru qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyevin oğlu İsaq Əfəndiyevə leytenant rutbəsi verdirərək, öz yanında, maliyyə şöbəsində işə götürdüyü deyilir. Özündən soruşdum, dedi ki, - mənə rütbəni MN verib, özüm də ixtisasca maliyyəçiyəm. Nə var ki burda? Atamı gözü götürməyənlər var, şər atırlar bizə. Mən inandım.
BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanı Ukraynadan çıxmağa çağıran qətnamə səsə qoyulub. 143 ölkə lehinə, 35-i bitərəf, 5 ölkə (Belarus, Rusiya, Şimali Koreya, Suriya, Nikaraqua) əleyhinə səs verib. 8 ölkə iştirak etməyib. Azərbaycan və İran səsvermədə iştirakdan yayınanlar sırasındadır. Ermənistan isə bitərəf qalıb. Qətnamə səs çoxluğu ilə qəbul edilib.
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində, yəni sərhəddə yenidən atəşkəsin pozulduğu barədə məlumat yayıb. Qeyd edim ki, Praqa görüşündən sonra demək olar ki, hər gün atəşkəsin pozulması məlumatı yayılır. Bu arada Ermənistan rəsmi olaraq bəyan etdi ki, tərəflər ilin sonunadək sülh sazişi imzalamaq niyyətindədir. Bu gün də Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaratdı.
Türkiyə Böyük Millət Məclisi AKP və MHP-nin səsverməsi ilə böyük müzakirələrə səbəb olan "Dezinformasiya ilə mübarizə qanunu"nu təsdiqləyib. Müxalifət bunu "senzura qanunu" olaraq xarakterizə edərək etiraz etsə də faydası olmayıb. Rəsmilər qanunu sosial medianın tənzimlənməsi kimi şərh etsələr də, müxalifət bu qanunu bir-başa internet istifadəçilərinə, əsasən də Twitter əhlinin əleyhinə çıxarılan qanun kimi izah edir və hökumətin ictimai fəallara, media işçiləri, blogerlərə təhdid vasitəsi kimi şərh edirlər. Belə ki, bu yeni qanunla iqtidar özünə təhlükə hiss etdiyi tweet-ləri, statusları yazanlardan savayı bəyənən və paylaşanları belə cinayət məsuliyyətinə cəlb edə biləcək. Bu arada artıq Azərbaycanda da Türkiyədə qəbul edilən bu qanuna oxşar qanunun hazırlanmasını tələb edən rəsmi şəxslər var.
Çeçenistandakı yeni idman kompleksinə Ramzan Kadırovun 15 yaşlı oğlunun, Əli Kadırovun adı verilib. Ramzan Kadırovun 16 yaşlı oğlu Əhməd Kadırov isə regionun bütün gənclər və uşaq təşkilatları birliyinin rəhbəri təyin edilib. Qızı Ayşat Kadırova isə ölkənin mədəniyyət naziridir.
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib ki, sentyabr toqquşmaları zamanı atəşkəsi təşkil edən məhz Rusiya olub, başqa heç bir ölkə. Və bunu xüsusi vurğulayıb. Onu da deyib ki, Avropa İttifaqının Azərbaycana missiya göndərmək cəhdlərini şəxsən özü qətiyyətlə rədd edib. Həmçinin Ermənistanı təhdid edərək bildirib ki, noyabr Bəyanatının 2 bəndini, erməni silahlı qüvvələrinin çıxarılması və maneəsiz gediş-gəliş (Zəngəzur Dəhlizi) məsələsi həll edilməlidir, yoxsa adekvat tədbirlər görüləcək.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan Ordusu Daşkəsən istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə üzbəüz mövqelərinə hərbi texnika, canlı qüvvə və 4 ədəd artilleriya qurğusunu cəmləşdirib. Nazirlik yarana biləcək hər hansı gərginliyə görə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə ataraq, xəbərdarlıq edir. Qeyd edim ki, Praqa görüşündən sonra demək olar ki, hər gün atəşkəsin pozulması məlumatı hər iki tərəfdən də yayılır.