Hebib Müntezir
13K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
İlham Əliyev "Zəngəzur dəhlizi"nin açılmasını sülh müqaviləsinin bir hissəsi kimi yox, 10 noyabr bəyanatının öhdəliyi kimi qəbul edir. Bu məsələni gələn ayki görüşlərdə müzakirə edəcəklərini deyib. Odur ki, dəhliz məsələsində Paşinyan da, Əliyev də ümidsiz açıqlamalar veriblər.
Bu arada Əliyev, Paşinyanın da dediyi kimi Qarabağın erməni icması ilə əlaqələrin qurulduğunu və davam etdiriləcəyini dünənki görüş zamanı etiraf etdi. Bildirib ki, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlər peşman olmayacaqlar. Amma kimsə istəmirsə özləri üçün başqa yaşayış yeri seçə bilərlər.
Erməni mənbələri iddia edirlər ki, sərhəddə atəşkəs yenidən pozulub. Azərbaycan Müdafiə Nazirliyi hələlik bu barədə məlumat yaymayıb.
İlham Əliyev, Paşinyan və MDB-nin digər liderləri qeyri-rəsmi formada Sankt-Peterburqa, Putinin 70 illik doğum günü yubileyini qeyd etmək üçün yollanıblar.
7 il erməni əsirliyində olmuş Şahbaz Quliyev müharibə əlilliyi və pensiyasının verilməsi tələbi ilə Prezident Administrasiyası qarşısına çıxaraq, təkadamlıq aksiya keçirib. Özünü yandırmağa cəhd edərkən polis əməkdaşları onu saxlayaraq, ərazidən uzaqlaşdırıblar.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisi Quliyev Vahid Əlifağa oğlunun bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat etdiyini bildirib.
Azərbaycanda mal ətinin yenidən bahalaşdığı deyilir. Bakıda ət satan ticarət obyektlərində qiymətlərdəki artımın 1-2 manat təşkil etdiyi bildirilir. Nisbətən şəhər kənarında kilosu minimum 14 manat, mərkəzdəki obyekt və supermarketlərdə isə qiymət 15-16-17 manata çatır.
ADR Partiyası Bakıdakı Rusiya səfirliyi önündə rus sülhməramlılarına qarşı aksiya keçirib. Aksiyada "İşğalçı rus ordusu, Putin rədd ol, "Putin, idi na x..", "Paşol" kimi şüarlar səsləndirilib. Partiya üzvü Hüseyn Məlik "Putin, gedəndə özünlə İlhamı da apar" dediyi üçün polis tərəfindən zorakılıqla saxlanılıb.
Qarabağdakı qondarma rejimin parlamenti ABŞ, Fransa, Rusiya və BMT-nin bütün üzvlərini "Artsax Respublikası"nın müstəqilliyini tanımağa çağırıb. Bildiriblər ki, necə ki, Ukraynanın 4 vilayəti ilhaq edildi, necə ki, Kosova tanınıb, o cür də bizi tanıyın. Bu danışıqlara zərər verəcək.
Separatçılar iddia edirlər ki, Qarabağ ərazisində Azərbaycan əsgərləri onlara məxsus bir at və iribuynuzlu mal-qaralarını oğurlayıblar.
Ukrayna parlamenti hazırda Rusiyanın əlində olan Kuril adalarını Yaponiya ərazisi kimi tanıyıb və Rusiyanın adaları işğal etdiyi bildirib.
İlham Əliyevin də iştirak etdiyi MDB liderləri MDB məkanında 2023-cü ili "Rus Dili İli" elan etdilər. Özü də Azərbaycanda 2023-cü ili atasının adına, "Heydər Əliyev ili" elan etmişdi.
Bu gün Xersonda mülkiləri daşıyan avtobus hücumlar nəticəsində vurularaq partladılıb. Ruslar ukraynları, ukraynlar rusları ittiham edir. 14 nəfər şəxsin öldüyü bildirilir. Ölənlər arasında azərbaycanlılar, Zərdabın Məmmədqasımlı kəndindən 4 nəfərin olduğu deyilir.
Ukraynada müharibənin 227-ci günündə Kerç boğazındakı Krım körpüsü partladılıb. Rusiya onu ilhaqdan sonra tikmişdi. Ən strateji nöqtələrdən biri idi. Bir neçə həftədir ki, oradan keçən yol vasitəsi ilə minlərlə silah-sursat, yanacaq və enerji məhsulları daşınırdı. Müharibənin növbəti dönüş nöqtəsi olacaq. Bu əməliyyatın Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər sərhəddə atəşkəsin müxtəlif çaplı atıcı silahlardan pozulduğunu bildirib. Məlumatı Ermənistan MN-də təsdiqlədi.
Rusiyanın Astraxan şəhərindən Ukraynaya ağır zərbələr endirildiyi bildirilir. Kiyev, Lvov, Dnepr şəhərləri ağır bombardımana məruz qalır. Ölü və yaralılar var.
Lukaşenko və Putin Rusiya və Belarus qoşunlarının birgə hərəkət etməsi barədə razılığa gəliblər.
Rusiya son sutkada Ukraynanın 16 şəhərinə raket zərbəsi endirib. Atılan 83 raketdən 43-ü Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Moldova rəsmi olaraq Rusiyanın raketlərinin hava məkanlarını pozduğunu və bunun qəbuledilməz olduğunu açıqlayıb. Rusiya səfiri Moldova XİN-ə çağırılıb.
Putin: "Ukrayna Kursk AES-ə qarşı 3 terror aktı törədib, elektrik xətləri zədələnib, “Türk axını” qaz kəmərini partlatmağa cəhd ediblər. Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil. Kiyev rejimi özünü ən iyrənc terror qrupları ilə bir sıraya qoyub. Ukraynanın Rusiya ərazisində "terror" aktları davam edəcəyi təqdirdə, cavabımız sərt olacaq və miqyası təhdidlərin səviyyəsinə uyğun olacaq".
Zelenski: "Biz terrorçularla mübarizə aparırıq. Bizim şəhərlərimizə onlarla raket zərbələri və İran istehsalı "Şahed-136" PUA-ları ilə zərbələr endirirlər. Onların iki hədəfi var: ölkədəki enerji infrastukturu və insanlar. Bununla panika və xaos yartmaq istəyir və ölkəmizin enerji sistemini məhv etmək istəyirlər".
Şəhid Səbuhi Əhmədovun qardaşının "Komando" düzəlməsi üçün 6 min rüşvət verilməsi ilə əlaqədar 25 gündür prokurorluq araşdırma aparır. Amma hələ də heç bir nəticə yoxdur. Olacaqmı?! İnanmıram, çünki bütün sistem rüşvət çirkabının içindədir.

Müharibədən sonra Bakıda "neqodnı", yəni xəstəlik adı ilə hərbi xidmətdən yayınma pulu da ikiqat artıb. Bir gəncin hərbi xidmətdən yayınması üçün təxminən 7-10 min manat arası, hər 3 ildən bir də (35 yaşa qədər) 1500 manat verməsi lazımdır. Harasa sifarişli saldırmaq 4500 manat, gecikdirmək 1000 manatdır. "Qodnı" isə, (yəni xəstəliksiz filansız, adın xidmətdə gedir, özün isə evdə) Bakıda 70-80 min civarındadır. Tanışla filan ucuz da tapmaq olar. Bu qiymətlər regionlar və rayonlara görə dəyişir.

Məsələn, bir faktı diqqətinizə çatdırım: Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü Rəşid Yasin oğlu Çulaqov adlı biznesmen var. Onun "Poliplast" və "Tuna" adlı iki şirkəti var. Bu şirkətlər hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. İlham Əliyev Çulaqov Rəşid Yasin oğlunu “Tərəqqi” medalı ilə təltif edib. Onun, qardaşı oğlu olan Turqut Yalçın oğlu Çulaqovu 16 min manat müqabilində hərbi xidmətdən saxlatdırdığı deyilir.

Xaçmaz rayonunda qeydiyyatda olduğu üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Əlifağa oğlu Ağayevdən soruşmaq lazımdır ki, bu qanunsuzluq necə baş verib? Bu sadəcə bir nümunədir, onlarla, yüzlərlə belə faktlar var.

Bu arada MAXE olmaq üçün də müəyyən miqdar pul verib hərbi xidmətdə işə düzəlirsən. (2000-3000 arası) Bunu hərbi sistemdə bilməyən yoxdur. Hərbi hissələrdəki kadrlar şöbəsinin rəislərindən tutmuş, korpus komandirinə, ordan da MN-ə qədər bu şəbəkə uzanır.

Adamları tutub aparırsız e ki, ordunun adına ləkə yaxır, xələl gətirir filan. Ordunun və Müdafiə Nazirliyinin adını batiranlar vəzifələndirdiyiniz, mükafatlandırdığınız şəxslərdir. Bu korrupsiya və rüşvəti aradan qaldırmaq əvəzinə, vətəndaşları cəzalandırırsınız.

Özünüzə bənzər cəmiyyət yetişdirmisiz, onlar da bütün həqiqətləri yazanları, sülh istəyənləri söyüb batırırlar. Siz də gedib qırılıb batan, kasıb-kusub balalarının hesabına, onlardan oğurladığınız pullar, həyatlar üzərində villalar, malikanələr tikib, şah-bəy kimi yaşayırsınız, sizə isə güldən artıq kəlmə deyən yoxdur.