"Həbib bəy, məktəblər üçün direktor seçimi idi. Mən də Bakının məşhur sayılıb-seçilən bir məktəbinə direktor olmaq üçün imtahan vermişdim. Bütün mərhələləri keçdim, müsbət nəticə aldım. Axırda da komissiyadan mənə dedilər ki, işə girmək üçün "şirinlik" lazımdır. Soruşdum ki, "tas" nə qədər? Dedilər 100 min manat".
Müəllimlər gününüz mübarək.
Müəllimlər gününüz mübarək.
Ermənistan İstintaq Komitəsi məlumat yayaraq bildirib ki, Azərbaycandan qayıdan hərbçilərə əsirlikdə işgəncə verilməyib. Bu arada Azərbaycan 44 günlük müharibədən sonra qarşı tərəfə 173 erməni hərbi əsir geri qaytarıb.
Sərhəddə, yəni Kəlbəcər istiqamətində atəşkəs yenidən pozulub. Bunu həm Azərbaycan, həm də Ermənistan Müdafiə Nazirlikləri təsdiqləyiblər. İtkilər olub-olmaması barədə məlumat yoxdur.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, siyasətçi Araz Əlizadə vəfat edib. O, ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişib. Bir neçə dəfə deputat olub, prezidentliyə namizədliyini verib.
Azərbaycan Baş Prokurorluğu: "44 günlük müharibə zamanı erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və həmin görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib".
Rəsmi olaraq şəhid Səbuhi Əhmədovun qardaşına vərəsəsi kimi 11000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
"Tərtər işi" haqqında Müdafiə Nazirliyinin rütbəli vəzifəlilərini, Zakir Həsənovu, Nəcməddin Sadıqovu, Elçin Xəlilovu və digərlərini sosial şəbəkələrdə tənqid etdiyi və ittiham etdiyi üçün ehtiyatda olan polkovnik Elnur Məmmədov böhtan atma maddəsi ilə 6 ay müddətinə həbs olunub. Bu "Tərtər işi" haqda danışdığı üçün cəzalanan 4-cü şəxsdir. Qətliamı törədənləri yox, danışanları tuturlar.
Praqa sammitində Əliyev, Ərdoğan və Paşinyan bir yerdə görüşüb, söhbət ediblər. Arada Makron və Orban da onlara qoşulub. Oturduqları masada Əliyevin önündəki alban yazar Lea Ypi adlı professorun "Free: Coming of Age at the End of History" adlı kitabı diqqəti cəlb edib. "Azad - "Tarixin sonunda yetkinləşmək" kitabı Albaniyada kommunist rejimin repressiyalarından, stalinizmdən qurtulmadan bəhs edir.
İlham Əliyev Praqa görüşlərindən sonra: "Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Beş prinsiplə bağlı nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur. Mümkün sülh müqaviləsi ilə biz müharibə və düşmənçilik səhifəsini qapadacağıq".
Ərdoğan: "Ermənistan Azərbaycanla hüquqi məsələləri həll etsin və dərhal sülh bağlı müqaviləsini imzalasın. Bunu etdiyiniz anda sərhədləri, qapıları, hava, yol və dəmir yollarımızı açarıq”.
Gecə Praqada imzalanan bəyanata görə:
- Hər iki tərəf bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
- Oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.
- Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb.
- Məqsədi güvən yaratmaq olan missiya bu ay faəliyyətə başlayacaq və maksimum 2 ay müddətində davam edəcək.
- Hər iki tərəf bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
- Oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.
- Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb.
- Məqsədi güvən yaratmaq olan missiya bu ay faəliyyətə başlayacaq və maksimum 2 ay müddətində davam edəcək.
İlham Əliyev "Zəngəzur dəhlizi"nin açılmasını sülh müqaviləsinin bir hissəsi kimi yox, 10 noyabr bəyanatının öhdəliyi kimi qəbul edir. Bu məsələni gələn ayki görüşlərdə müzakirə edəcəklərini deyib. Odur ki, dəhliz məsələsində Paşinyan da, Əliyev də ümidsiz açıqlamalar veriblər.
Bu arada Əliyev, Paşinyanın da dediyi kimi Qarabağın erməni icması ilə əlaqələrin qurulduğunu və davam etdiriləcəyini dünənki görüş zamanı etiraf etdi. Bildirib ki, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyənlər peşman olmayacaqlar. Amma kimsə istəmirsə özləri üçün başqa yaşayış yeri seçə bilərlər.
Erməni mənbələri iddia edirlər ki, sərhəddə atəşkəs yenidən pozulub. Azərbaycan Müdafiə Nazirliyi hələlik bu barədə məlumat yaymayıb.
İlham Əliyev, Paşinyan və MDB-nin digər liderləri qeyri-rəsmi formada Sankt-Peterburqa, Putinin 70 illik doğum günü yubileyini qeyd etmək üçün yollanıblar.
7 il erməni əsirliyində olmuş Şahbaz Quliyev müharibə əlilliyi və pensiyasının verilməsi tələbi ilə Prezident Administrasiyası qarşısına çıxaraq, təkadamlıq aksiya keçirib. Özünü yandırmağa cəhd edərkən polis əməkdaşları onu saxlayaraq, ərazidən uzaqlaşdırıblar.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisi Quliyev Vahid Əlifağa oğlunun bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat etdiyini bildirib.
Azərbaycanda mal ətinin yenidən bahalaşdığı deyilir. Bakıda ət satan ticarət obyektlərində qiymətlərdəki artımın 1-2 manat təşkil etdiyi bildirilir. Nisbətən şəhər kənarında kilosu minimum 14 manat, mərkəzdəki obyekt və supermarketlərdə isə qiymət 15-16-17 manata çatır.
ADR Partiyası Bakıdakı Rusiya səfirliyi önündə rus sülhməramlılarına qarşı aksiya keçirib. Aksiyada "İşğalçı rus ordusu, Putin rədd ol, "Putin, idi na x..", "Paşol" kimi şüarlar səsləndirilib. Partiya üzvü Hüseyn Məlik "Putin, gedəndə özünlə İlhamı da apar" dediyi üçün polis tərəfindən zorakılıqla saxlanılıb.