Hebib Müntezir
13K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Cəlilabadın Göytəpə qəsəbəsində 2 nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib. Nəticədə Gəncə şəhər sakini, MAXE Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAXE Aslanov Mübariz Azər oğlu həlak olublar. Hər iki hərbçi 44 günlük müharibə və son sərhəd döyüşlərinin iştirakçısı olub.
Bu yaxınlarda 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə müraciət ünvanlayıb və bildiriblər ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəyirlər.

Bu təxminən ildə 3 milyona yaxın vəsait edir. Faizin çox olduğunu bildirərək rüsumun azaldılmasını xahiş ediblər.

Yeniavaz.com-un araşdırması zamanı məlum olub ki, gediş haqqının 5%-ni tutan operator şirkət “K Group” MMC-dir. Bəs bu MMC kimə məxsusdur?

Əlbəttə ki, proxy (gizli vasitəçi) bir şəxsə. “K Group” şirkətinin qeydiyyatdan keçdiyi ünvanda daha bir şirkət qeydiyyatdan keçib, “GMSA” MMC.

Bu şirkətin sahibi isə bilirsiz kimdir? BNA-nın rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimli. Aaa, nə maraqlı təsadüfdür, deyilmi?

Bu da o deməkdir ki, “BakıKart” vasitəsilə ödənilən gediş haqqının 5%-i birbaşa olaraq BNA tərəfindən tutulmasa da, vəsait BNA rəhbərinə bağlılığı olan şirkətin büdcəsinə daxil olur.

Köhnələr milyonları birbaşa, aşkar oğurlayırdı, yeni gələnlər dolayı yollarla. Bundan gözəl islahat olar?
Azərbaycan hərbçilərinin son döyüşlər zamanı erməni hərbi əsirlərlə davranışını əks etdirən görüntülər yayılıb və geniş müzakirələrə səbəb olub. Azərbaycan Baş Prokurorluğu törədilən müharibə cinayətləri ilə bağlı araşdırma apardığını açıqlayıb. Erməni fəallar kütləvi şəkildə beynəlxalq ictimaiyyətə video ilə bağlı müraciətlər ünvanlayırlar. İstisnasız olaraq görüntülər müharibə cinayətidir, səbəbkarlar cəzalanmalıdır, "amma"sız, "bəs onlar"sız. Qarşı tərəf də Azərbaycan əsgərlərinə qarşı işləmiş hərbi cinayətlərə görə istisnasız cəzalanmalıdır.
Ermənistan mətbuatına görə Azərbaycan sülh üçün bunları tələb edir:

• Qarabağdakı qondarma ordunun buraxılması,
• Qarabağı muxtariyyət olmadan (sıfır status) Azərbaycanın bir hissəsi kimi tanımaq,
• Ermənistan ərazisindən dəhliz açmaq,
• Sərhədləri 1919-1920-ci illərin xəritələrinə əsasən müəyyən etmək,
• İtkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatları təqdim etmək.
Azərbaycan hökuməti ikinci Qarabağ müharibəsi zamanı humanitar hüququn pozulması (əsirlərə işgəncə verilməsi və qəsdən öldürülməsi, qəbir vəya meyit üzərində təhqiramiz hərəkətlər) ilə bağlı 11 cinayət işi araşdırmasının başlanıldığını elan edib. Bu cinayət işləri barədə geniş məlumatlar olmasa da, sadəcə 4 hərbçinin işi üzrə məhkəmə prosesi başladılıb, rəsmi olaraq hərbçilərin həbs edildiyi bildirilib. O DSX gizirlərindən ikisi 2 il sonra İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib. Son yayılan video ilə bağlı isə Hərbi Prokurorluq araşdırma apardığını açıqlayıb.
Vacib bir sual: Bəs Ermənistanda öz hərbçilərinin etdiyi müharibə cinayətlərinə görə cəzalananlar olubmu?
Cavab: Təəssüf ki, YOX. Azərbaycanda rəsmi araşdırma aparılıb, həbslər olduğu bildirilsə də, Ermənistanda belə bir hal baş verməyib.
Sosial şəbəkələrdə qazilər və onkoloji xəstələrin yardımı üçün toplanılan xeyli sayda vəsaiti xüsusi texnoloji üsullarla oğurlamaqda ittiham olunan Elçin Quluzadə adlı şəxs saxlanılaraq, barəsində cinayət işi açılıb və həbs edilib.
Ukraynanın 4 vilayətinin rəsmi olaraq Rusiyaya ilhaqından sonra Ukrayna Ordusu birləşdirilmiş (oxu: işğal edilmiş) ərazilərdəki 20-dən çox yaşayış məntəqəsini Rusiya Ordusundan təmizləyərək nəzarəti ələ alıb. Ukrayna Ordusunun artıq Luqansk vilayətinin Lisiçansk şəhəri istqamətində mövqeləndiyi bildirilir.
İndi də məktəbdə döyülən şagird videosu yayıblar, inanmıram, saxtadır. Azərbaycanlı şagird heç vaxt sinif yoldaşını o cür döyməz. Çünki o sinif rəhbərindən, valideynindən o cür tərbiyə almayıb. Sinifə də fikir verin, nə gündədir. Azərbaycan məktəbləri müasir standartlara cavab verir. Şagirdlərimizi günahlandırıb, təhsil sistemimizi qaralayanlar xainlərdir, xaricə işləyən satqınlardır. Həm döyübsə də, əcəb edib. Mənim ölkəmdə zəif olmamalısan, gücsüzsənsə əlbəttə başına qapaz yeyəcəksən. Güclü olmaq lazımdır. Gücsüzün tərəfini tutanlar zavallılardır. Qələt edir əxlaq, etika, dəyərlər və beynəlxalq dünya. Güya xaricdə məktəblərdə şagirdlər döyülmür? Bunu niyə bu qədər şişirdirsiniz ki? Kimlərə işləyirsiz ə, siz? Bizim vaxtımızda sinif sinifə dava edirdik. Üst-başımız qan içində olurdu. Nə var axı o görüntülərdə? Əksinə döyən şagirdi mükafatlandırıb, döyüləni cəmiyyətdən təcrid etmək lazımdır. Həm döyürsən döy də, bunu niyə çəkib fəxrlə yayırsan axı, çəkəni tutmaq lazımdır. Bu arada, məncə görüntülər düşmənlərimizin xüsusi xidmət orqanları tərəfindən təşkil edilib və Azərbaycanın dünya ölkələri arasında imicinə zərbə üçün hazırlanıb.
Bu günə olan Azərbaycanın təhsil mənzərəsi:

- 112 saylı məktəbdə şagird-şagirdi döyüb, videoya çəkib, yayıb.
- Naxçıvanda 10-cu sinif şagirdi elə sinif otağında özünü asıb.
- İsmayıllının Xanagah kəndində şagird digər şagirdi bıçaqlayıb.
- Şəkidə müəllimlər direktoru boykot edərək dərslərə girmirlər.
- Bakıda məktəblərin birinin önündə şagirdlərə "şəhid ehsanı" adlyla qəribə konfet paylanıb, DİN araşdırma aparır.
Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlandığı bildirilir. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, 20 milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunan MTN İstintaq Baş İdarəsinin rəisi olmuş, 12 il həbs cəzası alan general-mayor Mövlam Şıxəliyevin müsadirə olunmuş 2 milyondan çox əmlakı Azərbaycan məhkəməsinin qərarı ilə ailəsinə qaytarıldı. Onların arasında xeyli sayda mənzillər, villalar, obyektlər, torpaq sahələri var. Bakı Hərbi Məhkəməsinin bəzi əmlakların üzərindən həbsi götürməsi generalın işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin narazılığına səbəb olub.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətində əməliyyat keçirdiyi, Baş memar Elgün Abdullayevin və digər vəzifəli şəxslərin saxlanıldığı deyilir.
Azərbaycan 13-14 sentyabr tarixlərində əsir düşən daha 17 erməni hərbçini geri qaytarır. Onlardan 4 nəfər hərbçinin yaralı olduğu bildirilir.
30 milyondan çox dövlət vəsaitinin mənimsənilməsində ittiham olunan, şərti azadlığa buraxılaraq hazırda Bakıda villasında dincələn keçmiş Sosial Müdafiə naziri Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18,605,500 manatdır. Həmin əmlakların siyahısı:

Səlim Müslümovun öz mülkiyyətində:

- Bakının Binəqədi rayonu Ziya Bünyatov prospektində mənzil (140.000 manat)

Oğlu Turqay Müslümlünün mülkiyyətində:

- Bakının Binəqədi r-nu Z.Bünyatov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350.000 manat)

Oğlu Asim Müslümlünün mülkiyyətində:

- Bakının Səbail rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450.000 manat)
- Bakının Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926.250 manat)

Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində:

- Bakının Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5.000.000 manat)

Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində olan:

- Bakının Nərimanov rayonu M.Araz küçəsində ev (389.250 manat)
- Bakının Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4.000.000 manat)
- Bakının Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900.000 manat)

Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində:

- Ağsu şəhərində yerləşən 8 hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-ya aid istixana (1.500.000 manat)

Qaynı Ağaxan Xasayevin mülkiyyətində:

- Bakının Xətai rayonu, R.Rza küçəsində yerləşən 3 mərtəbəli sahəsi 2000 kv.m olan qeyri yaşayış sahəsi (2.300.000 manat)
- Bakının Xətai rayonu, R.Rza küçəsində yerləşən 2 mərtəbəli sahəsi 1650 kv.m olan qeyri yaşayış sahəsi (2.000.000 manat)
- Bakının Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi (650.000 manat).
"Həbib bəy, məktəblər üçün direktor seçimi idi. Mən də Bakının məşhur sayılıb-seçilən bir məktəbinə direktor olmaq üçün imtahan vermişdim. Bütün mərhələləri keçdim, müsbət nəticə aldım. Axırda da komissiyadan mənə dedilər ki, işə girmək üçün "şirinlik" lazımdır. Soruşdum ki, "tas" nə qədər? Dedilər 100 min manat".

Müəllimlər gününüz mübarək.
Ermənistan İstintaq Komitəsi məlumat yayaraq bildirib ki, Azərbaycandan qayıdan hərbçilərə əsirlikdə işgəncə verilməyib. Bu arada Azərbaycan 44 günlük müharibədən sonra qarşı tərəfə 173 erməni hərbi əsir geri qaytarıb.
Sərhəddə, yəni Kəlbəcər istiqamətində atəşkəs yenidən pozulub. Bunu həm Azərbaycan, həm də Ermənistan Müdafiə Nazirlikləri təsdiqləyiblər. İtkilər olub-olmaması barədə məlumat yoxdur.
Azərbaycan tərəfinin istehkam quran traktoru Kəlbəcərdə silahlı hücuma məruz qaldığı bildirilir.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, siyasətçi Araz Əlizadə vəfat edib. O, ötən gün onkoloji xəstəlikdən dünyasını dəyişib. Bir neçə dəfə deputat olub, prezidentliyə namizədliyini verib.
Azərbaycan Baş Prokurorluğu: "44 günlük müharibə zamanı erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və həmin görüntüləri yayılan 6 nəfər azərbaycanlının nəşi Azərbaycan tərəfinə təhvil verilib".