Hebib Müntezir
13K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
44 günlük müharibə iştirakçısı, Göyçayın İnçə kənd sakini, 1995-ci il təvəllüd Cavid Sərvər oğlu Məcidovun evinin həyətində benzin tökərək özünü yandıraraq intihar etdiyi deyilir. Qazinin bunu hansı səbəblə etdiyi bilinmir. Mətbuatda isə onun otbiçən maşının mühərrikinin partlaması nəticəsində öldüyü barədə məlumat yayılıb. Bu müharibədən sonra intihar edən sayca 45-ci qazidir.
AXCP-nin bu gün Milli Məclisin önündə "Siyasi Partiyalar Haqqında Qanun"a ediləcək dəyişiklərə etiraz aksiyası polis zorakılığı ilə dağıdılıb. Partiya üzvləri və siyasi fəallar arasında xeyli sayda saxlananlar var.
Putinin imzası ilə Luqansk, Donesk, Xerson və Zaporojye vilayətləri Rusiyaya birləşdirildi. Bundan öncə də Krım Rusiyaya birləşdirilmişdi. Putin rəsmi Kiyevi dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Ukrayna NATO-ya təcili qaydada üzvlüklə bağlı ərizəni rəsmi olaraq təqdim etdi. Prezident Zelenski bildirib ki, nə qədər Putin prezidentdir Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq. NATO və BMT baş katiblərinin birgə bəyanatları gözlənilir.
ABŞ Rusiyaya dəstək verdiyi üçün Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi.
İsrail və İtaliya öz vətəndaşlarına dərhal Rusiyanı tərk etməyə və vacib olmadığı halda ora səfər etməməyə çağırıb.
ABŞ prezidenti Cozef Bayden: "ABŞ Ukraynaya elə silahlar verəcək ki, bütün ərazilərini geri qaytara bilsin".
Paşinyan: "Biz Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır və razıyıq. Amma Qarabağı bu məsələyə qatmadan. Azərbaycan deyir ki, biz sizinlə "Artsax" məsələsini müzakirə etmək istəmirik, biz də deyirik lap yaxşı, o zaman "Artsax"la müzakirə edin".
Füzulinin Yuxarı Dilağarda kəndində iki nəfər mülki vətəndaş, 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadə minaya düşərək həlak olublar.
Dünən Ağsunun Musabəyli kənd sakini, 1994-cü il təvəllüd MAXE Valeh Namət oğlu Kərimlinin avtoqəza nəticəsində həlak olduğu bildirilir. Hərbçinin doğulduğu kənddə dəfn olunduğu deyilir. Rəsmi qurumlar bu barədə məlumat yaymayıblar.
Dünyanın ərazi baxımından ən böyük dövləti, 17,1 milyon kv.km-lik əraziyə sahib olan Rusiya Federasiyası dünənki qərarla Ukraynanın 4 bölgəsini də özünə birləşdirdi. Beləliklə Ukraynaya aid 108,842 kv. km ərazini öz sərhədləri daxilinə qatdı. Bununla da Ukraynanın 22,4 faiz ərazisi işğal altına düşüb.
Artıq bir neçə ildir Türkiyədə təhsil alan qızını görə bilməyən, imkansızlıqdan qanunsuz yolla Gürcüstana keçmək istəyən Şabran sakini Gül Əkbərova DSX əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmədə deyib ki, təyyarəyə biletlər çox baha olduğu üçün quru yolla getmək istəyib, lakin saxlanılıb. Məhkəmənin qərarı ilə Gül Əkbərova verilmiş ittihamla təqsirli bilinərək, 750 manat cərimə edilib.
Cəlilabadın Göytəpə qəsəbəsində 2 nəfərin ölümünə səbəb olan ağır yol qəzası baş verib. Nəticədə Gəncə şəhər sakini, MAXE Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAXE Aslanov Mübariz Azər oğlu həlak olublar. Hər iki hərbçi 44 günlük müharibə və son sərhəd döyüşlərinin iştirakçısı olub.
Bu yaxınlarda 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə müraciət ünvanlayıb və bildiriblər ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəyirlər.

Bu təxminən ildə 3 milyona yaxın vəsait edir. Faizin çox olduğunu bildirərək rüsumun azaldılmasını xahiş ediblər.

Yeniavaz.com-un araşdırması zamanı məlum olub ki, gediş haqqının 5%-ni tutan operator şirkət “K Group” MMC-dir. Bəs bu MMC kimə məxsusdur?

Əlbəttə ki, proxy (gizli vasitəçi) bir şəxsə. “K Group” şirkətinin qeydiyyatdan keçdiyi ünvanda daha bir şirkət qeydiyyatdan keçib, “GMSA” MMC.

Bu şirkətin sahibi isə bilirsiz kimdir? BNA-nın rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimli. Aaa, nə maraqlı təsadüfdür, deyilmi?

Bu da o deməkdir ki, “BakıKart” vasitəsilə ödənilən gediş haqqının 5%-i birbaşa olaraq BNA tərəfindən tutulmasa da, vəsait BNA rəhbərinə bağlılığı olan şirkətin büdcəsinə daxil olur.

Köhnələr milyonları birbaşa, aşkar oğurlayırdı, yeni gələnlər dolayı yollarla. Bundan gözəl islahat olar?
Azərbaycan hərbçilərinin son döyüşlər zamanı erməni hərbi əsirlərlə davranışını əks etdirən görüntülər yayılıb və geniş müzakirələrə səbəb olub. Azərbaycan Baş Prokurorluğu törədilən müharibə cinayətləri ilə bağlı araşdırma apardığını açıqlayıb. Erməni fəallar kütləvi şəkildə beynəlxalq ictimaiyyətə video ilə bağlı müraciətlər ünvanlayırlar. İstisnasız olaraq görüntülər müharibə cinayətidir, səbəbkarlar cəzalanmalıdır, "amma"sız, "bəs onlar"sız. Qarşı tərəf də Azərbaycan əsgərlərinə qarşı işləmiş hərbi cinayətlərə görə istisnasız cəzalanmalıdır.
Ermənistan mətbuatına görə Azərbaycan sülh üçün bunları tələb edir:

• Qarabağdakı qondarma ordunun buraxılması,
• Qarabağı muxtariyyət olmadan (sıfır status) Azərbaycanın bir hissəsi kimi tanımaq,
• Ermənistan ərazisindən dəhliz açmaq,
• Sərhədləri 1919-1920-ci illərin xəritələrinə əsasən müəyyən etmək,
• İtkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatları təqdim etmək.
Azərbaycan hökuməti ikinci Qarabağ müharibəsi zamanı humanitar hüququn pozulması (əsirlərə işgəncə verilməsi və qəsdən öldürülməsi, qəbir vəya meyit üzərində təhqiramiz hərəkətlər) ilə bağlı 11 cinayət işi araşdırmasının başlanıldığını elan edib. Bu cinayət işləri barədə geniş məlumatlar olmasa da, sadəcə 4 hərbçinin işi üzrə məhkəmə prosesi başladılıb, rəsmi olaraq hərbçilərin həbs edildiyi bildirilib. O DSX gizirlərindən ikisi 2 il sonra İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib. Son yayılan video ilə bağlı isə Hərbi Prokurorluq araşdırma apardığını açıqlayıb.
Vacib bir sual: Bəs Ermənistanda öz hərbçilərinin etdiyi müharibə cinayətlərinə görə cəzalananlar olubmu?
Cavab: Təəssüf ki, YOX. Azərbaycanda rəsmi araşdırma aparılıb, həbslər olduğu bildirilsə də, Ermənistanda belə bir hal baş verməyib.
Sosial şəbəkələrdə qazilər və onkoloji xəstələrin yardımı üçün toplanılan xeyli sayda vəsaiti xüsusi texnoloji üsullarla oğurlamaqda ittiham olunan Elçin Quluzadə adlı şəxs saxlanılaraq, barəsində cinayət işi açılıb və həbs edilib.
Ukraynanın 4 vilayətinin rəsmi olaraq Rusiyaya ilhaqından sonra Ukrayna Ordusu birləşdirilmiş (oxu: işğal edilmiş) ərazilərdəki 20-dən çox yaşayış məntəqəsini Rusiya Ordusundan təmizləyərək nəzarəti ələ alıb. Ukrayna Ordusunun artıq Luqansk vilayətinin Lisiçansk şəhəri istqamətində mövqeləndiyi bildirilir.
İndi də məktəbdə döyülən şagird videosu yayıblar, inanmıram, saxtadır. Azərbaycanlı şagird heç vaxt sinif yoldaşını o cür döyməz. Çünki o sinif rəhbərindən, valideynindən o cür tərbiyə almayıb. Sinifə də fikir verin, nə gündədir. Azərbaycan məktəbləri müasir standartlara cavab verir. Şagirdlərimizi günahlandırıb, təhsil sistemimizi qaralayanlar xainlərdir, xaricə işləyən satqınlardır. Həm döyübsə də, əcəb edib. Mənim ölkəmdə zəif olmamalısan, gücsüzsənsə əlbəttə başına qapaz yeyəcəksən. Güclü olmaq lazımdır. Gücsüzün tərəfini tutanlar zavallılardır. Qələt edir əxlaq, etika, dəyərlər və beynəlxalq dünya. Güya xaricdə məktəblərdə şagirdlər döyülmür? Bunu niyə bu qədər şişirdirsiniz ki? Kimlərə işləyirsiz ə, siz? Bizim vaxtımızda sinif sinifə dava edirdik. Üst-başımız qan içində olurdu. Nə var axı o görüntülərdə? Əksinə döyən şagirdi mükafatlandırıb, döyüləni cəmiyyətdən təcrid etmək lazımdır. Həm döyürsən döy də, bunu niyə çəkib fəxrlə yayırsan axı, çəkəni tutmaq lazımdır. Bu arada, məncə görüntülər düşmənlərimizin xüsusi xidmət orqanları tərəfindən təşkil edilib və Azərbaycanın dünya ölkələri arasında imicinə zərbə üçün hazırlanıb.