Hebib Müntezir
13K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra şərlənərək həbs olunan 6 nəfərdən daha biri – ictimai-siyasi fəal Malik Rzayev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmüylə, narkotikdə ittiham edilərək 7 il azadlıqdan məhrum edilib. Bundan əvvəl isə Pünhan Kərimli şərlənərək 6 il həbs edilmişdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova birotaqlı ev verib. Lakin o mənzildən imtina edib. Sənan Əhmədov bildirib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib. Deyir qardaşım evə görə döyüşməyib, yaşasaydı, dekabr ayında mənzil alacaqdı. Nazirlikdən bildiriblər ki, evi qardaşına görə yox, internat məzunu olduğu üçün veriblər. Çünki qanunla qardaş şəhid ailəsindən hesab olunmur. Amma mən düşünürəm ki, istisna hallarda, məsələn əgər şəhid internat məzunudursa, valideynlərini erkən yaşda itiribsə onun qardaşı və bacısı şəhid ailəsindən hesab edilməlidir. Milyonların oğurlanıb, yüzlərlə qanunsuz villaların tikildiyi Azərbaycanda bu cür güzəştlərin edilməsi problem yaratmamalıdır.
⚡️Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə hərbçi İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldüyü deyilir. Ermənistan Müdafiə Nazirliyi də atəşkəsin pozulduğu barədə məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi bugünkü sərhəddəki atışma zamanı 3 erməni hərbçinin öldüyünü bildirdi.
Bakıda narkotik satmaqda ittiham edilən 20 yaşlı qızın məhkəməsi bitib. O, Binəqədidəki 179 saylı məktəbin önündə 7 və 8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər birini 15-20 manata satdığını etiraf edib. Ona 6 il həbs cəzası verilib.
Qarabağ qazilərindən rüşvət almaqda ittiham olunan Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının (Papanindəki) bölmə rəisi Vüsal Eyvazov 2 il, hospitalın digər əməkdaşı Hüseyn Ağayev isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar özlərini qismən təqsirli biliblər.
Putin səfərbərlik elan edəndən sonra Rusiyada 50-dən çox Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Voenkomat) binaları yandırılıb, atəşə verilib. Bir "voenkom" isə güllələnərək, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ölkəni isə yüzminlərlə insan səfərbərlikdən yayınmaq adı ilə tərk edib, mindən çox insan saxlanılaraq hərbi xidmətə göndərilib. Bəzi qaça bilməyən gənclər bir-birilərinin əl-qollarını sındırırlar ki, hərbi xidmətə yollanmasınlar. Sadalanan bütün faktların video görüntüləri sosial mediada yayılıb.
Məktəb önündə narkotik satdığı iddia olunan 20 yaşlı məhkum: “Mən narkoman olmuşam, məktəblilərə dərman satmağım barədə deyilənlər yalandır. Məni o qədər döydülər ki, dözə bilmədim, nə sənəd verdilərsə imzaladım. Üzərimdən tapıldığı iddia olunan narkotik və dərmanı əslində, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları qarşıma qoyublar".
Azərbaycandakı İran səfirliyi önündə bir qrup millətçi vətəndaşlar etiraz aksiyası keçirib. Etirazçılar "Cənubi Azərbaycana azadlıq", "Molla rejimi rədd olsun", "Fars rejimi rədd olsun", "Ölüm olsun İrana", "Diktator rədd olsun", "Molla rejimi qətliamı dayandır" , "Azadlıq, ədalət , "Milli Hökümət", "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun" kimi şüarlar səsləndiriblər. Polislər aksiya iştirakçılarını dinc şəkildə səfirlik önündən uzaqlaşdırıb. Aksiyada saxlananlar olmayıb.
Paşinyan bugünkü çıxışında beynəlxalq sülhməramlı qüvvələrin (ATƏT, BMT) Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini tələb edib. Rusiya XİN isə açıq şəkildə bəyan edib ki, rəsmi Moskva Ermənistan və Azərbaycan sərhədində "beynəlxalq müşahidəçilər"in yerləşdirilməsinə qarşıdır.
Keçmiş MTN əməkdaşları tərəfindən İsmayıllıda saxlanılıb şərlənərək 11 il müddətinə azadlıqdan məhrum edilən ruhani Hacı Abgül Süleymanov bu gün həbs müddəti bitdiyi üçün azadlığa çıxıb. O, təhsil müəssisələrində hicab qadağasına qarşı çıxan inanclı fəallardan biri idi.
Müsavat partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu gün səhər evinin önündə saxlanılaraq naməlum istiqamətə aparılıb. Başqa fəalların da saxlanıldığı deyilir. Bu gün Milli Məclisin önündə, saat 16:00 radələrində AXCP-nin təyin etdiyi aksiya gözlənilir. Saxlanmaların bununla əlaqəli olduğu istisna edilmir.
44 günlük müharibə iştirakçısı, Göyçayın İnçə kənd sakini, 1995-ci il təvəllüd Cavid Sərvər oğlu Məcidovun evinin həyətində benzin tökərək özünü yandıraraq intihar etdiyi deyilir. Qazinin bunu hansı səbəblə etdiyi bilinmir. Mətbuatda isə onun otbiçən maşının mühərrikinin partlaması nəticəsində öldüyü barədə məlumat yayılıb. Bu müharibədən sonra intihar edən sayca 45-ci qazidir.
AXCP-nin bu gün Milli Məclisin önündə "Siyasi Partiyalar Haqqında Qanun"a ediləcək dəyişiklərə etiraz aksiyası polis zorakılığı ilə dağıdılıb. Partiya üzvləri və siyasi fəallar arasında xeyli sayda saxlananlar var.
Putinin imzası ilə Luqansk, Donesk, Xerson və Zaporojye vilayətləri Rusiyaya birləşdirildi. Bundan öncə də Krım Rusiyaya birləşdirilmişdi. Putin rəsmi Kiyevi dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Ukrayna NATO-ya təcili qaydada üzvlüklə bağlı ərizəni rəsmi olaraq təqdim etdi. Prezident Zelenski bildirib ki, nə qədər Putin prezidentdir Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq. NATO və BMT baş katiblərinin birgə bəyanatları gözlənilir.
ABŞ Rusiyaya dəstək verdiyi üçün Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi.
İsrail və İtaliya öz vətəndaşlarına dərhal Rusiyanı tərk etməyə və vacib olmadığı halda ora səfər etməməyə çağırıb.
ABŞ prezidenti Cozef Bayden: "ABŞ Ukraynaya elə silahlar verəcək ki, bütün ərazilərini geri qaytara bilsin".
Paşinyan: "Biz Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır və razıyıq. Amma Qarabağı bu məsələyə qatmadan. Azərbaycan deyir ki, biz sizinlə "Artsax" məsələsini müzakirə etmək istəmirik, biz də deyirik lap yaxşı, o zaman "Artsax"la müzakirə edin".
Füzulinin Yuxarı Dilağarda kəndində iki nəfər mülki vətəndaş, 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadə minaya düşərək həlak olublar.