Yeni qəbul ediləcək qanunla Azərbaycandan xaricə və ya xarici ölkələrdən Azərbaycana 50 min manatdan yuxarı məbləğdə pul vəsaiti köçürən şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Ölkənin, xalqın sərvətini ofşorlara, banklara daşıdılar, indi qanunu sərtləşdirirlər.
Azərbaycan Müdafiə Nazirliyi dünən gecə Kəlbəcər istiqamətindən erməni diversiya qrupunun hücum etdiyini, nəticədə geri çəkilməyə məcbur edildiyini iddia edir. Erməni tərəfi hələ ki, bu barədə hər hansı məlumat yaymayıb.
Rusiyanın müxtəlif şəhərlərində səfərbərlik əleyhinə keçirilən aksiyalar zamanı saxlanan etirazçılara hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev: “Rusiya öz müdafiəsi üçün nüvə silahı daxil, istənilən silahdan istifadə edə bilər”.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiyada səfərbərlikdən sonra ruslar @hebmun
Almaniya hökuməti Rusiyada səfərbərlik qərarına məhəl qoymayan rusları qəbul etməyə hazır olduğunu bildirib.
Paşinyan: “Azərbaycan prezidentinə rəsmi və açıq sual verirəm: mənə Ermənistanın elə bir xəritəsini göstərə bilərsinizmi ki, onu qəbul edirsiz, yaxud Ermənistan Respublikası kimi qəbul etməyə hazırsınız? Bunu ona görə soruşuram ki, Azərbaycanın rəsmi mövqeyinə görə, yalnız Ermənistanın yarısı, yaxud ondan da az hissəsi Ermənistan Respublikasıdır”.
Ermənistandakı ABŞ, Böyük Britaniya və Fransa səfirlikləri öz vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərə səyahət etməməyə çağırıb.
Son sərhəd münaqişəsi zamanı həlak olan daha 6 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə gecə Kəlbəcər istiqamətində atəşkəs pozulub, nəticədə 3 Azərbaycan əsgəri yaralanıb. Həyatı təhlükələri olmadığı bildirilib. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun döyüş mövqelərinə hücum etdiyini iddia edib, Azərbaycan MN məlumatı yalanlayıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Facebookda "uşaqpulu" ilə əlaqədar belə bir video çəkib paylaşan Mahir Babayev 30 sutka həbs edilib.
Azərbaycandakı sərnişindaşıma şirkətləri tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. İctimai nəqliyyatın gediş-gəliş qiymətləri artırıla bilər.
AXCP 30 sentyabr tarixində "Siyasi Partiyalar Haqqında Qanun"a ediləcək dəyişiklərə etiraz olaraq Milli Məclisin qarşısında saat 16.00 üçün aksiya təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti Milli Məclisin qarşısında aksiya keçirilməsini məqsədəuyğun hesab etməyərək, "icazə" verməyib.
İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin həyat yoldaşı Aygün Hacıyevanın (Hüseynova) SOCAR-ın prezidentinin müşaviri təyin olunduğu deyilir. Rövnəq Abdullayevdən sonra yeni gələnlərin qohumları SOCAR-da vəzifə bölüşdürürlər, nepotizm "islahat"ı davam edir...
2022-ci ilin fevralından Müdafiə Nazirliyi sistemindəki yeyintilərlə bağlı DTX-da aparılan istintaq nəticəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilərək həbs olunub. İndiyədək nazirliyin 10-a yaxın yüksək rütbəli hərbçisi həbs edilib. Bu cinayət işi üzrə 100 milyonlarla manatlıq yeyintidən söhbət gedir.
Rəsmi məlumata görə, ötən il Azərbaycanda 15-17 yaşında 1 oğlan və 137 qız nikaha daxil olub. Onlardan 5 nəfər qız boşanıb. Qeyd edim ki, Azərbaycanda qanunvericiliyə görə cinsindən aslı olmayaraq nikah yaşı 18-dir. Yaşı 16-a qədər olan qızın 84 nəfəri ana olub, 18 yaşı tamam olmadan ana olanların sayı isə 1650 nəfərdir. Ötən il 46 877 abort qeydə alınıb. Onun yarıdan çoxu, 24 420-si 15-29 yaşda olan gənclər olub.
Ağ Evdən bildirilib ki, ABŞ səfərbərlikdən qaçan ruslara sığınacaq verə bilər.
ABŞ və Polşanın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırdı.