Hebib Müntezir
13K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
İkinci Qarabağ müharibəsi iştirakçısı doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında vəfat edib. Bakının, Nizami rayon sakini, 1982-ci il təvəllüd olan qazi Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.
Şirvanda Qarabağ qazisi Elmir Abdiyev özünü yandıraraq intihara cəhd edib. Onun polislərin hərəkətlərinə etiraz olaraq bu addımı atdığı deyilir. DİN onun qardaşına məxsus avtomobilin buraxılması və protokolun ləğv edilməsini istədiyini bildirir. Hazırda xəstəxanada müalicə alır.
Ermənistan Təhlükəsizlik Şurasının bəyanatı: "Sərhəd hadisələri zamanı ölən və itkin düşənlərin sayı 207 nəfərdir, yaralı sayı 293 nəfər, 20 hərbçi isə əsir düşüb".
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev haqqında yeni cinayət işi başladılıb. O, həbsxanada başqa bir dustağı döyərək xəsarət yetirməkdə ittiham olunur. Tez-tez "Tərtər hadisələri"ndən danışan siyasətçinin həbs müddəti daha 6 ay uzadılıb. Qeyd edim ki, yaxında azadlığa buraxılmalı idi.
Bakıda villasında dincələn Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesində bu gün məlum olub ki, eks nazirin dövründə cənazə maşınının sürücüsünün adına 3 şirkət açılıb. Və həmin şirkətlər vasitəsiylə pullar mənimsənilib.
Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verdi. Son toqquşmalar zamanı erməni tərəfinin itkiləri 302 oldu.
"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli sosial şəbəkələrdə İlham Əliyevi tənqid etdiyi və müharibə əleyhinə yazdığı üçün mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb.
İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta Hacıyeva 5 milyon 218 min manatlıq mənzil və luks avtomobillərinin, oğlu Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunması üçün məhkəməyə müraciət edib.
Putin bu gün qismən səfərbərlik elan etdi və Qərb tərəfdən Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranarsa bütün vasitələrdən istifadə edəcəyi ilə hədələdi.
İranda əhali 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz olaraq küçələrə axışıb. İddiaya görə Məhsa, hicab qaydalarını pozduğuna görə polis nəzarətinə götürüldükdən sonra ölüb. Etirazçılar ölkənin bir çox iri şəhərlərində “Diktatora ölüm” şüarları səsləndirərək polislə qarşıdurmaya gedib. Nəticədə 5 nəfərin öldüyü deyilir. İran isə rəsmi olaraq bildirib ki, insan hüquqlarının qorunması İran üçün əsas dəyərdir.
İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, 20 milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlam Şıxəliyevə 12 il, onun dəstə üzvlərinin hər birinə 8-12 il olmaqla həbs cəzası verildi.
Putinin Rusiyada qismən səfərbərlik elan etməsindən sonra ölkə vətəndaşları son saatlarda “Google” axtarış sistemində ən çox “Səfərbərlikdən necə yayına bilərəm” (“Kак избежать мобилизации), “Qolumu necə sındıra bilərəm” ("Как сломать руку") kimi ifadələri axtarışa veriblər. Mənbə: YeniAvaz
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Moskvadan İstanbula, Yeravana, Bakıya və vizasız digər qonşu ölkələrə uçuşlar üçün aviabiletlər tükənib.
Sosial şəbəkələrdə “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs tutulub. Törətdiyi əməli etiraf etdiyi deyilən 2000-ci il təvəllüdlü E. Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılmağı dezinformasiyadır. Bu gün keçirilən məhkəmə prosesində jurnalistin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması təmin olunmayıb.
Azərbaycanda bəzi mobil operatorların şəbəkə sistemində problemlər yaranıb, "set" itib. Səbəb isə məlum deyil.
İlham Əliyev: “Son hadisələrdə biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Ona görə delimitasiya aparılmadan bizi heç kim Ermənistan ərazilərinə girməkdə ittiham edə bilməz”.
Navalnının tərəfdarları Putinin sözçüsü Peskovun oğluna zəng vurub deyiblər ki, hərbi komissarlıqdandır, hazırlaş müharibəyə gedirsən. Balaca Peskov da deyib ki, mənim Cənab Peskov olduğumu bilirsinizsə, deməli, orada olmağım düzgün deyil. Bir sözlə, mən bunu başqa müstəvidə həll edəcəyəm.
Azərbaycan mənbələri sərhəddə atəşkəsin pozulduğunu bildirirlər. Rəsmi məlumat isə hələlik yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi hər hansı atəşkəsin pozulması məlumatını təkzib edərək yalanladı.
Ermənistan Müdafiə Nazirliyi sərhəddə 1 erməni hərbçisinin güllə yarası aldığını bildirib.