Hebib Müntezir
13K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
MN: "Azərbaycan Ordusunun son döyüşlər zamanı 282 hərbi qulluqçusu yaralanıb, onun 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Hadisələr zamanı Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Biri evə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir".
Son hadisələr zamanı minaya düşərək yaralanan, 1997-ci il təvəllüd XTQ hərbçisi Yusif Asif oğlu Qurbanovun müalicə aldığı hospitalda vəfat etdiyi bildirilir. Şəhid əsgər Goranboyun Şəfəq kənd sakinidir.
Azərbaycan tərəfi bu gün 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib. Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onların da təhvil veriləcəyi deyilir.
Qırğızıstan və Tacikistan sərhədinin mübahisəli olan bir neçə bölgəsində silahlı toqquşmalar baş verir. Tərəflər ağır silahlardan və döyüş avadanlıqlarından istifadə edirlər. Toqquşmalarda ölənlərin sayı 37-yə çatıb. Yaralı sayı isə 129 nəfərdir. Ölənlər arasında mülki şəxslər də var. Qırğızıstan Tacikistan ilə sərhəd döyüşlərində "Bayraktar"dan istifadə edir. Lokal döyüşlər hələ də davam edir. Artıq bir kənd taciklərin əlinə keçib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində Azərbaycanda səfərbərlik elan olunacağı barədə yayılan məlumatları qəti təkzib etdi və yalan adlandırdı.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Yeravanda çıxış edir: "Azərbaycanın Ermənistan ərazisinə ölümcül hücumlarını qətiyyətlə pisləyirik. ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb. Azərbaycanın “Dağlıq Qarabağ”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir”.
Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfərə gəlir. Bu arada Nensi Pelosi Yeravanda "Rusiya yoxsa Qərb" tərəfini seçmək məsələsinə eyham vuraraq: “Buna Ermənistan qərar verir, lakin belə bir qərar versə, ABŞ ona hər bir köməyi göstərməyə hazırdır”, - dedi.
Rusiyanın Baş naziri Mixail Mişustinin də Bakıya səfərə gələcəyi bildirilir.
Bunu da qeyd etmək lazımdır ki, rusiyalı rəsmilərin sentyabrda Bakıya səfərləri iyun ayının sonunda planlaşdırılmış səfərlərdir. O ki, qaldı Nensi Pelosinin Yerevana səfərinə, bu səfər də 12 sentyabrdan öncə planlanmışdı, Simonyan çoxdan dəvət etmişdi onu. Sadəcə siyasi konspirologiyalara açıq maraqlı təsadüflərdir.
FRANCE24: "Ermənistanı müdafiə etmək üçün könüllü olaraq düşərgəyə yollananların sayı artır. Yerevanda və qonşu şəhərlərdə sivillərə silahdan istifadə qaydaları, ilkin tibbi yardim təlimləri həyata keçirilir".
Ermənilər hazırda Yerevanın mərkəzində aksiya keçirirlər. Onlar hökumətdən KTMT-dən (ОДКБ) çıxmağı tələb edirlər.
Gürcüstanın Tbilisi və Niderlandın Utrecht şəhərlərində azərbaycanlı gənclər "Biz müharibə istəmirik", "No War" şüarları ilə dinc aksiyalar keçiriblər. Onlar Azərbaycan-Ermənistən sərhəddində baş verənlərə etirazlarını bildirmək və sülh istədiklərini bildirmək üçün toplaşıblar. Hər iki aksiyada da, ayrılıqda 3 nəfər iştirak edib.
Qırğızıstan prezidenti sentyabrın 19-nu Tacikistanla sərhəddəki münaqişə nəticəsində həlak olanlar üçün "Ümummilli Matəm Günü" elan edib. Qeyd edim ki, son baş verən toqquşmalar nəticəsində 46 nəfər qırğız hərbçi həyatını itirib.
Azərbaycanda son döyüşlərdə şəhid olmuş şəxslərin kredit borclarının silindiyi bildirilir. Bu zatən qanunla tənzimlənmişdi.
İkinci Qarabağ müharibəsi iştirakçısı doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında vəfat edib. Bakının, Nizami rayon sakini, 1982-ci il təvəllüd olan qazi Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.
Şirvanda Qarabağ qazisi Elmir Abdiyev özünü yandıraraq intihara cəhd edib. Onun polislərin hərəkətlərinə etiraz olaraq bu addımı atdığı deyilir. DİN onun qardaşına məxsus avtomobilin buraxılması və protokolun ləğv edilməsini istədiyini bildirir. Hazırda xəstəxanada müalicə alır.
Ermənistan Təhlükəsizlik Şurasının bəyanatı: "Sərhəd hadisələri zamanı ölən və itkin düşənlərin sayı 207 nəfərdir, yaralı sayı 293 nəfər, 20 hərbçi isə əsir düşüb".
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev haqqında yeni cinayət işi başladılıb. O, həbsxanada başqa bir dustağı döyərək xəsarət yetirməkdə ittiham olunur. Tez-tez "Tərtər hadisələri"ndən danışan siyasətçinin həbs müddəti daha 6 ay uzadılıb. Qeyd edim ki, yaxında azadlığa buraxılmalı idi.
Bakıda villasında dincələn Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesində bu gün məlum olub ki, eks nazirin dövründə cənazə maşınının sürücüsünün adına 3 şirkət açılıb. Və həmin şirkətlər vasitəsiylə pullar mənimsənilib.
Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verdi. Son toqquşmalar zamanı erməni tərəfinin itkiləri 302 oldu.
"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli sosial şəbəkələrdə İlham Əliyevi tənqid etdiyi və müharibə əleyhinə yazdığı üçün mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb.