Paşinyan: "Ermənistanın 135 hərbçisi ölüb, təəssüf ki, bu son rəqəm deyil".
Biləsuvar hərbi komissarlığından hərbi xidmətə çağırılan, Yardımlının Zəngələ kənd sakini Nicat Əlifağa oğlu Qarayevin (sənəddə rəsmi adı Malik gedir) şəhid olduğu bildirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi məlumatı təsdiqləyib. MN siyahısında yoxdur.
Son açıqlanan 6 şəhidin adları:
Baş çavuş Hüseynli Rəşad Ramiz 21.05.2000
Əsgər Kəlbiyev İsa Rəhim - 21.09.2002
Əsgər Balaşzadə Röyal Atduxan 23.11.2003
Əsgər Qənbərli Rəşad Əlizamin 25.06.1996
Əsgər Süleymanov Turxan İdris 20.09.2002
Əsgər Qarazadə Nicat Malik 24.10.2002

Ermənistanın Baş Qərargahı: "Azərbaycan Ordusu Cermuk (İstisu) istiqamətində 7,5 km irəliləyiblər".
Çox adam açıqlama gözləyir, verim:
1. Əvvəla videonu çəkəni, bu çəkilişə şərait yaradanı tapmaq lazımdır.
2. Eynulla Fətullayev iddia edir ki, fotoda gördüyünüz məkan Müdafiə Nazirliyinin binasıdır.
3. Əgər iddia doğrudursa, deməli video fotodakı məkanda çəkilib. Xahiş edirəm fotolara nəzər salın, məkan, masa, stullar və divar eyni yerdədir.
4. Əgər iddia doğrudursa, deməli MN yalan bəyanat yayıb.
5. Bundan əlavə əsas məsələ həm də problemin qaynaqlandığı, yəni 6 min manat rüşvəti alanların tapılıb cəzalanmasıdır. Əlbəttə şəhid qardaşının "üzr videosu"nu çəkənlər də cəzalanmalıdır. Baş Prokurorluq baş qatmamalıdır, ilk dəfə açıqladıqları bəyanatlarına əməl etməlidirlər. Ədalətli araşdırma şəhid qardaşından üzr istədmək deyil.
6. Video Telegram kanallarında yayılmışdı və mən də ordan götürmüşəm, qınamışam. Telegramdakı kanalın adı "Kyrill_Tnews". Söz-söhbət yayılan kimi, kanalı privat etdilər.

Təəssüf ki, yeni şəhid xəbərləri gəlir. Bu o demək deyil döyüş gedir. Döyüşlər 2 sutkadır dayandırılıb. Sadəcə ərazidə qalan cənazələr vardı, tanınmaz halda olanlar vardı. Onlar müəyyən olunur, ailələrə və yaxınlarına göndərilir. Ona görə də fasilələrlə yeni şəhid xəbərləri yayılır. Bunu aydınlaşdırmaq istədim. Hazırda sərhəddə vəziyyət sakitdir.
Ermənistan rəsmilərinin bugünkü çıxışlarına əsasən demək olar ki, Rusiyadan üz döndərirlər. Bildiriblər ki, Rusiyadan başqa fərqli mənbələrdən silah tədarük edəcəklər. Həmçinin "Atəşkəs ABŞ-ın sayəsində əldə edilib" və "KTMT gözləntilərimizi doğrultmadı" kimi açıqlamalar veriblər
Naxçıvanda Ermənistan Ordusuna məxsus pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi bildirilir.
Azərbaycan Müdadiə Nazirliyi bildirir ki, əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib. Yəni döyüşlər zamanı şəhid olmadığı deyilir. Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan əsgəri Eşqin Omarova şəhid statusu veriləcək.
MN: "Azərbaycan Ordusunun daha 2 hərbçisi şəhid olub, şəhidlərin sayı 79-a çatıb".
Vəkil Elçin Sadıqova ev dustaqlığı qərarı verilərək həbsdən buraxıldı. Əvəz Zeynallının xanımı Məlahət Qüsuri iddia edir ki, Elçin Sadıqov Əvəz Zeynallının "üzünə durmağı" müqabilində azadlığa buraxılıb.
MN: "Azərbaycan Ordusunun son döyüşlər zamanı 282 hərbi qulluqçusu yaralanıb, onun 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Hadisələr zamanı Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Biri evə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir".
Azərbaycan tərəfi bu gün 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib. Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onların da təhvil veriləcəyi deyilir.
Qırğızıstan və Tacikistan sərhədinin mübahisəli olan bir neçə bölgəsində silahlı toqquşmalar baş verir. Tərəflər ağır silahlardan və döyüş avadanlıqlarından istifadə edirlər. Toqquşmalarda ölənlərin sayı 37-yə çatıb. Yaralı sayı isə 129 nəfərdir. Ölənlər arasında mülki şəxslər də var. Qırğızıstan Tacikistan ilə sərhəd döyüşlərində "Bayraktar"dan istifadə edir. Lokal döyüşlər hələ də davam edir. Artıq bir kənd taciklərin əlinə keçib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində Azərbaycanda səfərbərlik elan olunacağı barədə yayılan məlumatları qəti təkzib etdi və yalan adlandırdı.