Həm Yerevanın mərkəzində, həmçinin Xankəndində ermənilər Paşinyanın bugünkü çıxışına qarşı etirazlara başlayıb. Aksiyaçıların bəziləri paytaxtda parlament binasına hücum etməyə çalışır. Paşinyan isə Facebookda canlı yayıma çıxaraq xalqı sakitləşməyə çağırıb.
2 yaşından ata-anasını itirən, uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun fəhlə qardaşı: "Səbuhini "Komando" bölüyünə götürmək üçün 6000 manat rüşvət istədilər, Bankdan kredit götürüb verdi ki, Komando olsun. Keçdi bölüyə ki, maaşı ikiqat olsun, bu da bu, 3 gündən sonra şəhid oldu".
İndi dövlət istəyirəm, gedib o 6 min rüşvət alan əclafı tapıb, burnundan gətirsin, versin bu fəhlə şəhid qardaşının kreditini bağlasın.
İndi dövlət istəyirəm, gedib o 6 min rüşvət alan əclafı tapıb, burnundan gətirsin, versin bu fəhlə şəhid qardaşının kreditini bağlasın.
Erməni mənbələri hazırda Cermuk (İstisu) istiqamətində şiddətli döyüşlərin başladığını bildirir.
Laçın və Kəıbəcər istiqamətində vəziyyətin normal olduğu, ara-sıra atəşkəsin pozulduğu bildirilir. Bayaq yayılan məlumatı bəzi erməni mənbələri də təkzib edirlər. Rəsmi məlumat isə yoxdur.
Gecədən bu yana sərhəddə nisbi sakitlik hökm sürüb. Bəzi mənbələr Azərbaycanla Ermənistan arasında atəşkəs elan edildiyini bildirir.
Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-nin Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyublar.
Erməni mənbələri bildirir ki, ilkin ehtimallara görə 20 erməni hərbçi Azərbaycan tərəfinə əsir düşüb.
Şəhid Səbuhi Əhmədovun qardaşının "Komando" düzəlməsi üçün 6 min rüşvət verilməsi ilə əlaqədar rəsmi olaraq araşdırmaya başlanıldı.
Mingəçevirdə Kür çayının Sahil park adlanan ərazisindən keçən hissəsində 35 yaşlı Elvin Fizuli oğlu Abışovun asılmış meyiti tapılıb. 44 günlük müharibə içtirakçısı olduğu bildirilir. Qazinin hansı səbəbə intihar etdiyi bilinmir.
KTMT-nın Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqindən söhbət getmir: "Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir".
Azərbaycan Müdadiə Nazirliyi: "Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub".