Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan rəhbərliyi qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.
DTX: “TikTok sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır”.
Azərbaycan Müdafiə Nazirlyi: “Təssüf ki, itkilərimiz var və əlavə məlumat veriləcək”.
Paşinyan: "Azərbaycan Ordusu daha 10 kv. km Ermənistan ərazisini ələ keçirib. Biz bununla barışmayacağıq və onlar bizim ərazimizi tərk etməlidirlər".
Paşinyan: "Azərbaycan Ordusu bizim suveren torpaqlarımızı tərk edəcəyi təqdirdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır".
Paşinyan: “Biz elə bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”.
Paşinyan Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə getməkdən imtina etdi. Bunu sərhəddəki son hadisələrlə əlaqələndirib. Səmərqənddə keçiriləcək sammitdə Putin, Əliyev, Ərdoğan, Rəisi, hətta Bəşər Əsəd də iştirak edəcəklər.
Azərbaycanın Almaniyadakı Səfirliyinin əvvəlki səfirlik əməkdaşları ilə bağlı maliyyə fəaliyyətinin təftişi zamanı məlum olub ki, bank çıxarışlarındakı məlumatları dəyişdirərək saxtalaşdırıblar, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarını öz hesablarına köçürüb mənimsəyiblər. Maliyyə Nazirliyi bununla bağlı DTX-ya müraicət edib. Kimlərsə canıyla əlləşir, bunlar da bir ucdan oğurlayırlar.
Azərbaycan Ermənistana humanitar atəşkəs təklif edib.
Hamının başı cəbhəyə, şəhidlərə qarışıb, YAP isə öz maaşını artırır. Yeni Azərbaycan Partiyası strukturlarında çalışan işçilərin maaşı artırılıb. Belə ki, hakim partiyanın rayon-şəhər təşkilatlarının rəhbərləri 3 min manat, partiyanın aşağı strukturlarında çalışanların maaşı isə 1600-2000 manata çatdırılıb. Bundan başqa hakim partiya mərkəzi aparat rəhbərliyi və rayon-şəhər təşkilatlarının sədrləri üçün yeni avtomobillər alıb. Məlumata görə, Avropa istehsalı olan avtomobillərin qiyməti 70-80 min manat dəyərindədir.
Hazırda 2 gündür gərginlik yaşanan cəbhə bölgəsində ötən günlərə nisbətən vəziyyətin xeyli sakitləşdiyi deyilir.
Həm Yerevanın mərkəzində, həmçinin Xankəndində ermənilər Paşinyanın bugünkü çıxışına qarşı etirazlara başlayıb. Aksiyaçıların bəziləri paytaxtda parlament binasına hücum etməyə çalışır. Paşinyan isə Facebookda canlı yayıma çıxaraq xalqı sakitləşməyə çağırıb.
2 yaşından ata-anasını itirən, uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun fəhlə qardaşı: "Səbuhini "Komando" bölüyünə götürmək üçün 6000 manat rüşvət istədilər, Bankdan kredit götürüb verdi ki, Komando olsun. Keçdi bölüyə ki, maaşı ikiqat olsun, bu da bu, 3 gündən sonra şəhid oldu".

İndi dövlət istəyirəm, gedib o 6 min rüşvət alan əclafı tapıb, burnundan gətirsin, versin bu fəhlə şəhid qardaşının kreditini bağlasın.
Erməni mənbələri hazırda Cermuk (İstisu) istiqamətində şiddətli döyüşlərin başladığını bildirir.
Laçın və Kəıbəcər istiqamətində vəziyyətin normal olduğu, ara-sıra atəşkəsin pozulduğu bildirilir. Bayaq yayılan məlumatı bəzi erməni mənbələri də təkzib edirlər. Rəsmi məlumat isə yoxdur.
Tovuzun Çeşməli kənd sakini, 1997-ci il təvəllüd Səddam Rafiq oğlu Hüseynovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib.
Gecədən bu yana sərhəddə nisbi sakitlik hökm sürüb. Bəzi mənbələr Azərbaycanla Ermənistan arasında atəşkəs elan edildiyini bildirir.
Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandıran qazi Elnur Rüstəmov müalicə aldığı xəstəxanada vəfat etdi. 44 günlük müharibədən sonra intihar edən qazilərin sayı 42 oldu.
Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT-nin Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyublar.
Sumqayıt 9-cu MKR sakini, əslən İsmayıllı rayonundan olan, 1988-ci il təvəllüd, XTQ leytenantı Elnur Sədaqət oğlu Səmədovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib.
Erməni mənbələri bildirir ki, ilkin ehtimallara görə 20 erməni hərbçi Azərbaycan tərəfinə əsir düşüb.