Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Erməni rəsmi mənbələri Azərbaycan Ordusunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edərək yalan adlandırır.
Qusar rayonu Mucuq kənd sakini, 1998-ci il təvəllüd XTQ snayperi Şair Camal oğlu Heydərovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Xəstə anası, ailənin yeganə oğlan övladı olan Şair yenicə evlənmişdi, doğulmamış körpəsi qaldı.
Tovuzun Alakol kənd sakini, 1991-ci il təvəllüd hərbçi Ülvü Məzahir oğlu Mahmudzadənin şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Ailəli idi, iki övladı var. Şəhid sayı 54 oldu.
Son iki gündə baş verənlərin qısa icmalı:

Əldə etdiyim qeyri-rəsmi, amma güvəndiyim mənbəyə əsasən ilk növbədə erməni diversiya qrupları Azərbaycan postlarına hücum edib, ordakı hərbçilərin hamısını öldürüblər. Bununla bağlı video görüntülər mövcuddur.

Bundan sonra əmr verilib ki, sərhəd boyu qarşı tərəfin nə qədər hərbi obyekti, silahlı avadanlığı varsa məhv edilsin. Bunun da video görüntülərini MN yayıb.

Sonradan Xüsusi Təyinatlılar qrup halında kəşfiyyat üçün hücuma keçirlər, açıq ərazidə hədəf halına gəlirlər. Bunun da video görüntülərini erməni mənbələri yayıblar. Bu əsnada da bir çox Azərbaycan XTQ mənsubları şəhid olublar. Bəzilərinin mühasirəyə düşdüyü və hələ də döyüşdüyü deyilir.

Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfin hərbi hissələrini dağıdıb, xeyli sayda canlı və texniki itkiyə məruz qoyublar. Buna aid olan videolar da sosial şəbəkələrdə geniş yayılıb.

Hazırda ərazidə vəziyyət gərgin qalmaqda davam edir. Laçın və Kəlbəcər istiqamətində yerləşən mövqelərdə minaatanlardan və artilleriya qurğularından istifadə edilərək döyüşlər gedir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası: "Azərbaycan Ermənistanı atəşkəsə çağırır və son hadisələr zamanı həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir".
Azərbaycanda Tiktok və Telegrama girişdə problem yaşandığı deyilir. Rəqəmsal İnkişaf Nazirliyi heç bir internet resursuna məhdudiyyət qoymadığını desə də, testlərdə əksini göstərir. Hazırda bəzi provayderlərdən şəbəkələrə daxil olmaq olmur. Gün ərzində məhdudiyyət tətbiq ediləcəyi istisna deyil.
Paşinyan: "Ermənistan tərəfindən ölənlərin sayı 105 nəfərə çatıb".
Paşinyan: "Azərbaycan Ordusu Ermənistan Respublikasının ərazisinin müəyyən hissəsinə nəzarəti təmin edib".
Paşinyan: “Biz dəhliz verməyəcəyik, başqalarının fikri bizim üçün ikinci dərəcəlidir. Üçtərəfli sazişdə dəhlizin açılması ilə bağlı heç bir bənd yoxdur”.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan rəhbərliyi qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.
DTX: “TikTok sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır”.
Azərbaycan Müdafiə Nazirlyi: “Təssüf ki, itkilərimiz var və əlavə məlumat veriləcək”.
Paşinyan: "Azərbaycan Ordusu daha 10 kv. km Ermənistan ərazisini ələ keçirib. Biz bununla barışmayacağıq və onlar bizim ərazimizi tərk etməlidirlər".
Paşinyan: "Azərbaycan Ordusu bizim suveren torpaqlarımızı tərk edəcəyi təqdirdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır".
Paşinyan: “Biz elə bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”.
Paşinyan Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə getməkdən imtina etdi. Bunu sərhəddəki son hadisələrlə əlaqələndirib. Səmərqənddə keçiriləcək sammitdə Putin, Əliyev, Ərdoğan, Rəisi, hətta Bəşər Əsəd də iştirak edəcəklər.
Azərbaycanın Almaniyadakı Səfirliyinin əvvəlki səfirlik əməkdaşları ilə bağlı maliyyə fəaliyyətinin təftişi zamanı məlum olub ki, bank çıxarışlarındakı məlumatları dəyişdirərək saxtalaşdırıblar, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarını öz hesablarına köçürüb mənimsəyiblər. Maliyyə Nazirliyi bununla bağlı DTX-ya müraicət edib. Kimlərsə canıyla əlləşir, bunlar da bir ucdan oğurlayırlar.
Azərbaycan Ermənistana humanitar atəşkəs təklif edib.
Hamının başı cəbhəyə, şəhidlərə qarışıb, YAP isə öz maaşını artırır. Yeni Azərbaycan Partiyası strukturlarında çalışan işçilərin maaşı artırılıb. Belə ki, hakim partiyanın rayon-şəhər təşkilatlarının rəhbərləri 3 min manat, partiyanın aşağı strukturlarında çalışanların maaşı isə 1600-2000 manata çatdırılıb. Bundan başqa hakim partiya mərkəzi aparat rəhbərliyi və rayon-şəhər təşkilatlarının sədrləri üçün yeni avtomobillər alıb. Məlumata görə, Avropa istehsalı olan avtomobillərin qiyməti 70-80 min manat dəyərindədir.
Hazırda 2 gündür gərginlik yaşanan cəbhə bölgəsində ötən günlərə nisbətən vəziyyətin xeyli sakitləşdiyi deyilir.
Həm Yerevanın mərkəzində, həmçinin Xankəndində ermənilər Paşinyanın bugünkü çıxışına qarşı etirazlara başlayıb. Aksiyaçıların bəziləri paytaxtda parlament binasına hücum etməyə çalışır. Paşinyan isə Facebookda canlı yayıma çıxaraq xalqı sakitləşməyə çağırıb.