Dünən gecədən bu tərəfə aram-aram olsa da atəşkəs pozulub, gərginlik davam edib. Müxtəlif çaplı minaatan və artilleriya qurğuları demək olar ki, susmayıb. Azərbaycan rəsmi olaraq iki mülki şəxsin yaralandığını bildirib. Yeni hərbi itkilər barədə hələ ki, məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, erməni tərəfinin 300-dən çox itkisi var. Bunu elə erməni mənbələri özləri bildirirlər. Hazırda isə əsasən Sotk (Zod) istiqamətində vəziyyətin gərgin olduğu deyilir.
MN siyahısına görə Gəncənin Gülüstan qəsəbə sakini, 1993-cu il təvəllüd hərbçi Üzeyir Sabir oğlu Әliyev də şəhid olub. Məndəki siyahıda isə Binə qəsəbəsində yaşayan, əslən Lerikin Niyəvud kəndindən olan Coşqun Ədail oğlu Zülfiyev var, cənazəsi bu gün Binəyə gətirilib. Bununla da şəhid sayı 51 oldu. Fotodakı isə şəhid Üzeyir Əliyevdir.
Erməni rəsmi mənbələri Azərbaycan Ordusunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edərək yalan adlandırır.
Son iki gündə baş verənlərin qısa icmalı:
Əldə etdiyim qeyri-rəsmi, amma güvəndiyim mənbəyə əsasən ilk növbədə erməni diversiya qrupları Azərbaycan postlarına hücum edib, ordakı hərbçilərin hamısını öldürüblər. Bununla bağlı video görüntülər mövcuddur.
Bundan sonra əmr verilib ki, sərhəd boyu qarşı tərəfin nə qədər hərbi obyekti, silahlı avadanlığı varsa məhv edilsin. Bunun da video görüntülərini MN yayıb.
Sonradan Xüsusi Təyinatlılar qrup halında kəşfiyyat üçün hücuma keçirlər, açıq ərazidə hədəf halına gəlirlər. Bunun da video görüntülərini erməni mənbələri yayıblar. Bu əsnada da bir çox Azərbaycan XTQ mənsubları şəhid olublar. Bəzilərinin mühasirəyə düşdüyü və hələ də döyüşdüyü deyilir.
Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfin hərbi hissələrini dağıdıb, xeyli sayda canlı və texniki itkiyə məruz qoyublar. Buna aid olan videolar da sosial şəbəkələrdə geniş yayılıb.
Hazırda ərazidə vəziyyət gərgin qalmaqda davam edir. Laçın və Kəlbəcər istiqamətində yerləşən mövqelərdə minaatanlardan və artilleriya qurğularından istifadə edilərək döyüşlər gedir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası: "Azərbaycan Ermənistanı atəşkəsə çağırır və son hadisələr zamanı həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir".
Azərbaycanda Tiktok və Telegrama girişdə problem yaşandığı deyilir. Rəqəmsal İnkişaf Nazirliyi heç bir internet resursuna məhdudiyyət qoymadığını desə də, testlərdə əksini göstərir. Hazırda bəzi provayderlərdən şəbəkələrə daxil olmaq olmur. Gün ərzində məhdudiyyət tətbiq ediləcəyi istisna deyil.
Paşinyan: "Azərbaycan Ordusu Ermənistan Respublikasının ərazisinin müəyyən hissəsinə nəzarəti təmin edib".
Paşinyan: “Biz dəhliz verməyəcəyik, başqalarının fikri bizim üçün ikinci dərəcəlidir. Üçtərəfli sazişdə dəhlizin açılması ilə bağlı heç bir bənd yoxdur”.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Ermənistan rəhbərliyi qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.
DTX: “TikTok sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır”.
Azərbaycan Müdafiə Nazirlyi: “Təssüf ki, itkilərimiz var və əlavə məlumat veriləcək”.
Paşinyan: "Azərbaycan Ordusu daha 10 kv. km Ermənistan ərazisini ələ keçirib. Biz bununla barışmayacağıq və onlar bizim ərazimizi tərk etməlidirlər".
Paşinyan: "Azərbaycan Ordusu bizim suveren torpaqlarımızı tərk edəcəyi təqdirdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır".
Paşinyan: “Biz elə bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq. Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”.
Paşinyan Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə getməkdən imtina etdi. Bunu sərhəddəki son hadisələrlə əlaqələndirib. Səmərqənddə keçiriləcək sammitdə Putin, Əliyev, Ərdoğan, Rəisi, hətta Bəşər Əsəd də iştirak edəcəklər.