This media is not supported in your browser
VIEW IN TELEGRAM
Müdafiə Nazirliyindən gözlənilən video yayıldı. Azərbaycan bayrağı Hadrutun mərkəzində dalğalanır. @hebmun
Hadrutdan video paylaşmışam, dostlar zəng edir, yazır ki, bəs mənbə?! O gün də İlham Əliyev Twitterdə hansısa kəndi elan edirdi, biri girib yazmışdı altına ki, bəs mənbə? MN qəhrəman əsgərin fotosun yayıb, girib yazıblar ki, hərbi sirr yaymayın, zad. Yo, yaxşısız, inkişaf var 😃
Ermənistan rəsmiləri Hadrutda çəkilən videonun saxta olduğunu və Xocavəndin Tağaser kəndində çəkildiyini iddia edir. Tağaser kəndi isə Hadrutdan şimal-qərbdə yerləşir. Ermənistan rəsmiləri sayəsində öyrənmiş olduq ki, Azərbaycan Ordusu nəinki Hadrut, həmçinin daha da irəli gedərək, digər kəndləri də işğaldan azad edib.
Amerikada yaşayan azərbaycanlılar Ermənistanın işğalını, siravi vətəndaşlara raket atmasını küçələrə poster yapışdırmaqla çatdırır. Siz də yaşadığınız xarici ölkədə belə edə bilərsiz. @hebmun
Dünyaca tanınmış futbolçu Məsud Özil Twitterdə (25 milyon izləyici) Qarabağın Azərbaycan məxsus olması və Ermənistan tərəfdən işğal edilməsi haqda paylaşım edib. @hebmun
Bunlar əsgərlər üçün yığılan ərzaqlar, geyimlər, əşyalar və məktublardır. Bunları kim göndərsə yaxşıdır? Nizami rayonu, 62 nömrəli məktəbin şagirdləri. Yük taksisinə doldurub, yollayıblar cəbhəyə. Əsgərlər dedi ki, köməkləri gəlib çatıb, adımızdan təşəkkür elə. Mən həm təşəkkür edirəm, həm də o geniş ürəyinizə sağlıq deyib, hamınızı öpürəm. 💜 @hebmun
🚀 Ermənistan ərazisindən (çox güman Vardenis) Azərbaycan şəhərlərini bombalayan ballistik raketlər Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. 😮
Erməni rəsmiləri etiraf etdilər ki, təmas xəttinin bir neçə hissəsində Azərbaycan Ordusu əhəmiyyətli şəkildə irəliləyiş əldə edib.
Paşinyanın çıxışından vacib məqamlar:
▪️"Dağlıq Qarabağın statusu həll olunmamış ərazi güzəştləri və problemin həllini rədd edirik".
▪️“Azərbaycan Qarabağda sülh üçün 7 rayon tələb edib”.
▪️“Azərbaycanın müharibə planını əvvəldən bilirdik”.
▪️“Bizim xeyli sayda itkilərimiz var”.
▪️"Ordumuz taktiki olaraq geri çəkilib”.

Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad etdi.
Bu gün işğaldan azad olunan ərazilər. Təkə kənd kimi məhv olunduğundan xəritədə yer almadığı deyilir. Amma Azərbaycan Ordusu ərazi olaraq ələ keçirib. Dəfələrlə axtardım tapa bilmədim. Kəmərtük adlanan kənd isə Hadrutun mərkəzindən 2 km uzaqlıqda yerləşən, xəritədə Qırmızıqaya kimi qarşımıza çıxan ərazidir. Ermənilər bu kəndi Kemrakuç adlandırır.
Azərbaycan ordusunun işğaldan azad etdiyi bölgələrin ərazisi hesablanıb, Qarabağda işğalda olan torpaqların təxmini 5.5 faizi edir. İndiyə qədər 42 kənd, 1 yüksəklik, 1 şəhər və 1 qəsəbə işğaldan azad olunub. Son 16 gün ərzində Ermənistan ordusuna 1 milyard dollardan çox ziyan dəyib.
Qondarma rejimin xarici əlaqələr üzrə müşaviri David Babayan deyib ki, Çindən gələn Uyğur radikalları Azərbaycanda Qarabağda vuruşurlar. Ala, daha kim qaldı? Kolumbiyadan, Meksikadan kartellər zad yoxdur? 🤦♂️
Erməni KİV: “Ermənilərə qarşı vuruşan 1000-ə yaxın suriyalı silahlarını yerə qoyaraq erməniləri məğlub etməyin mümkün olmadığını deyiblər. Bildiriblər ki, bura nə Liviya, nə də Suriya müharibəsidir, burada hər şey fərqlidir. Hamımız sadəcə öləcəyik". 🤦♂️ Allaha şükür, suriyalılar getdilər.
🚀 Ermənistan Ordusunun Tərtəri atəşə tutması nəticəsində qəbiristanlıqda dəfn mərasiminə bomba atılıb, 3 nəfər mülki şəxs ölüb, 3 nəfər ağır yaralanıb.
Bir neçə qeydim var, xahiş edirəm oxuyun və paylaşın:
1. Müdafiə Nazirliyi və rəsmi qurumlar, cəbhədə savaşan hərbçilərdən mobil telefon və smartfonları yığışdırmalıdır. Sosial şəbəkə istifadəçiləri, səhifələr, kanal sahibləri əsgərlərin çəkdiyi görüntüləri tirajlamamalıdır. Ancaq MN yaydığı videolar paylaşılmalıdır. Bu hərbçiləri ciddi şəkildə təhlükəyə atır və cəmiyyətdə manipulyasiyalara yol açır. Lazımsız videolar əleyhimizə istifadə olunacaq. Çox vacibdir, bunu dayandırın.
2. Fikir verirəm, "N" qədər adam Ermənistan tərəfin yaydıqları yalanlara, propaqanda və dezolara inanır. Azərbaycan Ordusu ciddi irəliləmələr əldə edib, bunun müqabilində qarşı tərəf psixoloji basqını artırmaq və Azərbaycan ictimaiyyətinə təsir etmək üçün köhnə, 2 həftə öncənin söhbətlərini yeni çəkilişlərlə tirajlayır, bizimkilər də mandraja düşür.
3. Sosial şəbəkə istifadəçiləri, yalanlar yaymayın, dezinformasiya paylaşmayın. Şübhələndiyiniz məlumatları dəqiqləşdirin. Filan general öldürüldü, filan milli qəhrəman gəbərdildi xəbərləri xeyirli deyil, əksinə qarşı tərəfə əsas verir ki, haqlı olan tərəfi yalançılıqda, haqsızlıqda ittiham etsinlər. Bu qədər doğru və dürüst xəbərlər, məlumatlar varkən, yalanlara heç bir ehtiyac yoxdur.
3. Koronavirusu ciddiyə almırsız, ona görə də ciddi şəkildə artış başlayıb. Sosial məsafəni qorumaq və maskadan istifadə etmək zəruridir. Əsasən ictimai yerlərdə, dəfn mərasimlərində, toplantılarda məcbur istifadə etməlisiz. İnansanız da, inanmasanız da, buna riayət edin. Həm özünüzü, həm yaxınlarınızı təhlükəyə atmayın. Hərbi vəziyyətdə əsgərləri də təhlükəyə atmış olursunuz.

Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib.
Azərbaycan Ordusunun işğaldan azad etdiyi yeni 6 kəndin xəritədəki görüntüsül. @hebmun
İlham Əliyevin RİA Agentliyinə müsahibəsindən vacib başlıqlar:
- Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini istisna etmirəm.
- Müharibənin "qaynar fazası" bitəndən sonra bütün şəhidlərimizin adı açıqlanacaq.
- Qarabağın gələcək ərazisində azərbaycanlı və erməni icması sülh şəraitində yaşamalıdır.
- Suriya və Liviyadan muzdlular Azərbaycan tərəfindən vuruşmurlar.
- Moskva və Bakını qardaşlıq bağları birləşdirir, Rusiya Qarabağın gələcək taleyinin həllində vacib rola malik olacaq.