Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, əvvəlki saatlara nisbətdə intensivlik zəyifləsə də bu saata olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır.
Səhərdən topladığım dünəndən bu günə şəhidlərin adbaad siyahısı:

1. Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994 təvəllüd hərbçi Fərid Kəmaləddin oğlu Mehbalıyev
2. Xızının Giləzi qəsəbə sakini, 1990 təvəllüd zabit Saleh Möhübbət oğlu Qurbanov
3. Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997 təvəllüd hərbçi Əli Cavad oğlu Əliyev
4. İsmayıllının Talıstan kənd sakini, 1996 təvəllüd baş leytenant Cavidan Zaur oğlu Bədəlov
5. Qazaxın Daş Salahlı kənd sakini, gizir Azad Zakir oğlu Kərimov
6. Qəbələ rayon Mıxlııqovaq kənd sakini, 1996 təvəllüd hərbçi Elşən Sahib oğlu Babazadə
7. Zərdab rayonunun Kəndəbil kənd sakini, 1994 təvəllüd Rüstəmov Fərid Nofəl oğlu
8. Qazaxın Kəmərli kənd sakini, 1993 təvəllüd Azər Mustafa oğlu Məmmədov
9. Cəlilabadın Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənov
10. Saatlının Qaranuru kənd sakini, 2000 təvəllüd MAXE hərbçi Ülvi Əsədulla oğlu Nəsirov
11. Lerikin Əvilə kənd sakini, 1994 təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıxov
12. Quba rayonunun Vəlvələ kənd sakini, 2001 təvəllüdlü Ümid İlqar oğlu Həsənov
13. Beyləqan rayonu ll Aşıqlı kəndi sakini, hərbçi Mirtalib Mirheydər oğlu Ağazadə
14. Kürdəmirin Dəyirmanlı kənd sakini, 1991 təvəllüd, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizov
15. Qazax rayonu Kəmərli kənd sakini, 1993 təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımov
16. Xaçmaz Əbilyataq kənd sakini, 1989 təvəllüd baş gizir Elnur Faid oğlu Rüstəmov
17. Abşeron rayon sakini, əslən Tovuz şəhərindən olan baş gizir Firuz Məzahir oğlu Əhmədov
18. Qobustanın Sündü kənd sakini, 1997 təvəllüd, XTQ giziri Vadim Alik oğlu Qocayev
19. Biləsuvar rayonu Amankənd kəndindən XTQ giziri Hüseynov Ziyarət Mayıl oğlu
20. Zaqatalanın Yuxarı Tala kənd sakini, 1999 təvəllüd Sərxan Mübariz oğlu Ömərov
21. Lənкəranın Üzümçülük yaşayış ərazi sakini, 1998 təvəllüd hərbçi Xəyal Əlövsət oğlu Əhədzadə
22. Şəki şəhər sakini, 1998 təvəllüd hərbçi Səbuhi Fuad oğlu Əhmədov
23. Sabirabadın Axtaçı kənd sakini, 1998 təvəllüd hərbçi İsmayıl Məhərrəm oğlu Budaqlı
24. Astara rayon sakini Cəmil Anar oğlu Qurbanov
25. Oğuz rayon, Qarabaldır kənd sakini, 1980 təvəllüd MAXE hərbçi Nail Adil oğlu Abbasov
26. Sumqayıt şəhər sakini, 2003 təvəllüd hərbçi Bəxtiyar Guloğlan oğlu Muradov
27. Neftçalanın Bankə qəsəbə sakini 2003 təvəllüd hərbçi Elvin Elçin oğlu Abdullayev
28. Neftçalanın Bankə qəsəbə sakini hərbçi Rafael Rüfət oğlu Fətullayev
29. Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan 1987-ci il təvəllüd hərbçi Ravil Mübariz oğlu Hümbətov
30. Şəkinin Kiçik Dəhnə kənd sakini, 2003 təvəllüd hərbçi Nihat Mehman oğlu Qasımov
31. Şəmkirin Şeidlər kənd sakini, 1996 təvəllüd, MAXE Süleymanov Xəyal Elxan oğlu
32. Bakının Sabunçu rayon sakini, əslən Tərtər Evoğlu kəndindən olan, 1996-cı il təvəllüd Məftun Seymur oğlu Əhmədzadə
33. Kəlbəcər rayon sakini, 1999 təvəllüd leytenant Ömər Muğan oğlu Şirinov
34. Ağcabədi şəhər sakini, 1998 təvəllüd Emin Elnur oğlu Fərzəliyev
35. Qobustan rayon Dərəkənd kənd sakini Sadiq Zaur oğlu Əzizli
36. Yevlax rayonu Gülövşə kənd sakini, 1990 təvəllüd Təbriz Rəhim oğlu Rəhimov
37. Salyan rayon Arbatan kənd sakini, 2003 təvəllüd hərbçi Sadiq Rəşad oğlu İsayev
38. Biləsuvar sakini XTQ zabiti Məhəmməd Bilal oğlu Məmmədov
39. Salyanın Qızılağac kənd sakini, 1996 təvəllüd MAXE Elvin Mirzəli oğlu Səmədov
40. Laçının Ağcakənd sakini, 1999 təvəllüd Leytnant Qorxmaz İsgəndər oğlu İsgəndərov
41. Şabran sakini, 2000 təvəllüd hərbçi Murad İlqar oğlu Rəsulov
42. Mingəçevir Şəfa Bağlar Massivi sakini, hərbçi Tərlan Pərviz oğlu Rzayev
43. Cəlilabadın Venlik kənd sakini, DSX giziri Nahid Huseynağa oğlu Məmmədov
44. Cəlilabad rayon Alar kənd sakini Qasımov Rəşad Ənvər oğlu
45. Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 2004 təvəllüd, hərbçi İbrahim Şöhrət oğlu Həsənov
46. Lerikin Almu kənd sakini, leytenant Vüsal Bəxtiyar oğlu Məlikov
47. Binə qəsəbəsində yaşayan, əslən Lerikin Niyəvud kəndindən olan Coşqun Ədail oğlu Zülfiyev
48. Tovuzun Əsrik kənd sakini, 1999 təvəllüd Kənan Cəbrayıl oğlu Nəsibov
49. Gəncə, 1998, Erkin Ədalət oğlu Hüseynov
50. Gəncə, 1998, Asiman Mehman oğlu İmamverdiyev
Solda Salyan rayon Arbatan kənd sakini, 2003-cü il təvəllüd hərbçi Sadiq Rəşad oğlu İsayev və sağda Biləsuvar sakini XTQ zabiti Məhəmməd Bilal oğlu Məmmədovun da şəhid olduğu deyilir. Məlumatı şəhidlərin dostları və rəsmi qurumlar təsdiqləyiblər.
Solda Salyanın Qızılağac kənd sakini, 1996-cı il təvəllüd MAXE Elvin Səmədov və sağda Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüd hərbçi Bəxtiyar Guloğlan oğlu Muradovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
Solda Laçının Ağcakənd sakini, 1999-cu il təvəllüd Leytnant Qorxmaz İsgəndər oğlu İsgəndərov və sağda Şabran sakini leytenant Murad İlqar oğlu Rəsulovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
Solda Mingəçevir Şəfa Bağlar Massivi sakini, hərbçi Tərlan Pərviz oğlu Rzayev və sağda Cəlilabadın Venlik kənd sakini, DSX giziri Nahid Huseynağa oğlu Məmmədovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
Solda Cəlilabad rayon Alar kənd sakini Qasımov Rəşad Ənvər oğlu və sağda Suraxanı rayonu, Bülbülə qəsəbə sakini 2004-cü il təvəllüd, hərbçi İbrahim Şöhrət oğlu Həsənovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
Günün daha bir faciəsi: Binəqədi rayonunda şəhid Vadim Qocayevin nəşi ailəsinə təhvil verilənədək atası Alik Qocayevin ürəyi dözməyib vəfat edib. Dəhşətdir.
Solda Lerikin Almu kənd sakini, leytenant Vüsal Bəxtiyar oğlu Məlikov və sağda Binə qəsəbəsində yaşayan, əslən Lerikin Niyəvud kəndindən olan Coşqun Ədail oğlu Zülfiyevin şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
Solda Şəki şəhər sakini, 1998-ci il təvəllüd hərbçi Səbuhi Fuad oğlu Əhmədov və sağda Tovuzun Əsrik Cırdaxan kənd sakini, 1999-cu il təvəllüd Kənan Cəbrayıl oğlu Nəsibovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidlərin yaxınlarına təsdiqlənib.
Dünən gecədən bu tərəfə aram-aram olsa da atəşkəs pozulub, gərginlik davam edib. Müxtəlif çaplı minaatan və artilleriya qurğuları demək olar ki, susmayıb. Azərbaycan rəsmi olaraq iki mülki şəxsin yaralandığını bildirib. Yeni hərbi itkilər barədə hələ ki, məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, erməni tərəfinin 300-dən çox itkisi var. Bunu elə erməni mənbələri özləri bildirirlər. Hazırda isə əsasən Sotk (Zod) istiqamətində vəziyyətin gərgin olduğu deyilir.
50-ci şəhid Gəncə şəhər sakini, 1988-ci il təvəllüd Asiman Mehman oğlu İmamverdiyevdir. Dünəndən bəri yığdığım siyahı Müdafiə Nazirliyinin siyahısı ilə birəbir eynidir. Yeni itkilərin olub-olmaması araşdırılır.
MN siyahısına görə Gəncənin Gülüstan qəsəbə sakini, 1993-cu il təvəllüd hərbçi Üzeyir Sabir oğlu Әliyev də şəhid olub. Məndəki siyahıda isə Binə qəsəbəsində yaşayan, əslən Lerikin Niyəvud kəndindən olan Coşqun Ədail oğlu Zülfiyev var, cənazəsi bu gün Binəyə gətirilib. Bununla da şəhid sayı 51 oldu. Fotodakı isə şəhid Üzeyir Əliyevdir.
Ağstafanın Böyük Kəsik kənd sakini, 1993-cü il təvəllüd Səyfəddin Mahmud oğlu Muradovun şəhid olduğu bildirilir. Məlumat Səfərbərlik Xidməti tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Müdafiə Nazirliyinin yaydığı son siyahıda adı yoxdur. Şəhid sayı 52 nəfər oldu.
Erməni rəsmi mənbələri Azərbaycan Ordusunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edərək yalan adlandırır.
Qusar rayonu Mucuq kənd sakini, 1998-ci il təvəllüd XTQ snayperi Şair Camal oğlu Heydərovun şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Xəstə anası, ailənin yeganə oğlan övladı olan Şair yenicə evlənmişdi, doğulmamış körpəsi qaldı.
Tovuzun Alakol kənd sakini, 1991-ci il təvəllüd hərbçi Ülvü Məzahir oğlu Mahmudzadənin şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib. Ailəli idi, iki övladı var. Şəhid sayı 54 oldu.
Son iki gündə baş verənlərin qısa icmalı:

Əldə etdiyim qeyri-rəsmi, amma güvəndiyim mənbəyə əsasən ilk növbədə erməni diversiya qrupları Azərbaycan postlarına hücum edib, ordakı hərbçilərin hamısını öldürüblər. Bununla bağlı video görüntülər mövcuddur.

Bundan sonra əmr verilib ki, sərhəd boyu qarşı tərəfin nə qədər hərbi obyekti, silahlı avadanlığı varsa məhv edilsin. Bunun da video görüntülərini MN yayıb.

Sonradan Xüsusi Təyinatlılar qrup halında kəşfiyyat üçün hücuma keçirlər, açıq ərazidə hədəf halına gəlirlər. Bunun da video görüntülərini erməni mənbələri yayıblar. Bu əsnada da bir çox Azərbaycan XTQ mənsubları şəhid olublar. Bəzilərinin mühasirəyə düşdüyü və hələ də döyüşdüyü deyilir.

Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfin hərbi hissələrini dağıdıb, xeyli sayda canlı və texniki itkiyə məruz qoyublar. Buna aid olan videolar da sosial şəbəkələrdə geniş yayılıb.

Hazırda ərazidə vəziyyət gərgin qalmaqda davam edir. Laçın və Kəlbəcər istiqamətində yerləşən mövqelərdə minaatanlardan və artilleriya qurğularından istifadə edilərək döyüşlər gedir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası: "Azərbaycan Ermənistanı atəşkəsə çağırır və son hadisələr zamanı həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir".
Azərbaycanda Tiktok və Telegrama girişdə problem yaşandığı deyilir. Rəqəmsal İnkişaf Nazirliyi heç bir internet resursuna məhdudiyyət qoymadığını desə də, testlərdə əksini göstərir. Hazırda bəzi provayderlərdən şəbəkələrə daxil olmaq olmur. Gün ərzində məhdudiyyət tətbiq ediləcəyi istisna deyil.
Paşinyan: "Ermənistan tərəfindən ölənlərin sayı 105 nəfərə çatıb".