Erməni mənbələri məlumat yayaraq bildiriblər ki, Sotk (Zod) qəsəbəsində yerləşən hərbi hissə Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində tamamiylə sıradan çıxıb. Xeyli sayda ölən və yaralıların olduğu bildirilir.
İndiyə olan məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin bir çox istiqamətlərində döyüşlər davam edir. Sərhədə yaxın kəndlərdən sivil əhali təxliyə edilib. Xeyli sayda hərbi obyektlərin vurulduğu və hərbi itkilərin olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi: "Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçu şəhid olub".
Azərbaycan Ordusunun əlinə 10-a yaxın yeni hərbi əsirlərin keçdiyi bildirilir.