Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Cəlilabadın Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənovun bu gün gecə şəhid olduğu bildirilir. Məlumatı hərbçinin yaxın ailə üzvləri təsdiqləyiblər. Məndəki adbaad siyahıda Azərbaycan Ordusunda 15 nəfər şəhid haqda məlumat var. İtkinin daha çox olduğu ehtimal olunur.
Sputnik məlumat verir ki, Avropa Parlamentində Azərbaycana qarşı effektiv sanksiyalar paketinin qəbulu təklif edilib.
Xaçmaz Əbilyataq kənd sakini, 1989-cu il təvəllüd baş gizir Elnur Faid oğlu Rüstəmovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. Mərhum 3 uşaq atası idi.
Qazaxın üçüncü, Kəmərlinin ikinci şəhidi

Qazax rayonu Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımovun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum və yaxınları tərəfindən təsdiqlənib.
Qobustanın Sündü kənd sakini, 1997-ci il təvəllüd, XTQ giziri Vadim Alik oğlu Qocayevun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. Mərhumun 1 övladı var idi. Şəhidin cənazəsi Gəncədən doğulduğu kəndə gətirilir.
Abşeron rayon sakini, əslən Tovuz şəhərindən olan baş gizir Firuz Məzahir oğlu Əhmədovun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum və yaxınları tərəfindən təsdiqlənib. Mərhumun 3 övladı var idi.
Xızının Giləzi qəsəbə sakini, 1990-cı il təvəllüd zabit Saleh Möhübbət oğlu Qurbanovun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.
Erməni mənbələri məlumat yayaraq bildiriblər ki, Sotk (Zod) qəsəbəsində yerləşən hərbi hissə Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində tamamiylə sıradan çıxıb. Xeyli sayda ölən və yaralıların olduğu bildirilir.
İndiyə olan məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin bir çox istiqamətlərində döyüşlər davam edir. Sərhədə yaxın kəndlərdən sivil əhali təxliyə edilib. Xeyli sayda hərbi obyektlərin vurulduğu və hərbi itkilərin olduğu bildirilir.
Zaqatalanın Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüd Sərxan Mübariz oğlu Ömərovun gecə baş verən hərbi toqquşma nəticəsində şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum və şəhidin yaxınları tərəfindən təsdiqlənib.
İsmayıllının Talıstan kənd sakini, 1996-cı il təvəllüd baş leytenant Cavidan Zaur oğlu Bədəlovun gecə baş verən döyüşlərdə şəhid olduğu deyilir. Məlumatı şəhidin yaxınları təsdiqləyiblər.
Qazaxın Daş Salahlı kənd sakini, gizir Azad Zakir oğlu Kərimovun gecə baş verən döyüşlərdə şəhid olduğu deyilir. Məlumatı şəhidin ailə üzvləri təsdiqləyiblər. Hazırda adbaad məndəki siyahıya görə ümumi şəhid olan Azərbaycan hərbçilərinin son məlumata görə sayı 25 nəfərdir.
Sabirabadın Axtaçı kənd sakini, 1998-ci il təvəllüd hərbçi İsmayıl Məhərrəm oğlu Budaqlının da şəhid xəbəri yayılıb. Məlumatı şəhidin yaxınları təsdiqləyiblər.
Neftçalanın Bankə qəsəbəsinin sakinləri 2003-cü il təvəllüd hərbçi Elvin Elçin oğlu Abdullayev (sağda) və hərbçi Rafael Rüfət oğlu Fətullayevin (solda) də şəhid olduğu deyilir. Ailələrinə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çatdırıb.
Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan 1987-ci il təvəllüd hərbçi Ravil Mübariz oğlu Hümbətovun da bu gün şəhid olduğu deyilir. Ailəlidir, iki azyaşlı övladı qaldı. İkinci övladını cəmi iki gün görmək nəsib oldu. Ailəsinə məlumatı rəsmi qurumlar təsdiqləyiblər.
Sağda Kəlbəcər rayon sakini, 1999-cu il təvəllüd leytenant Ömər Muğan oğlu Şirinov və solda Şəkinin Kiçik Dəhnə kənd sakini, 2003-cü il təvəllüd hərbçi Nihat Mehman oğlu Qasımovun da şəhid olduğu bildirilir. Məlumatı ailələrinə Səfərbərlik Dövlət Xidməti çatdırıb.
Solda Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüd Emin Elnur oğlu Fərzəliyev və sağda Astara rayon sakini Cəmil Anar oğlu Qurbanov şəhid olublar. Ailələrinə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çatdırıb.
Solda Şəmkirin Şeidlər kənd sakini 27.11.1996-cı il təvəllüdlü, MAXE Xəyal Elxan oğlu Süleymanov və sağda Qobustan rayon Dərəkənd kənd sakini Sadiq Zaur oğlu Əzizlinin də şəhid olduğu bildirilir. Ailələrinə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti verib.
Azərbaycan Müdafiə Nazirliyi: "Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçu şəhid olub".
Solda Gəncə şəhər sakini, 1998-ci il təvəllüd Erkin Ədalət oğluHüseynov və sağda Oğuz rayon, Qarabaldır kənd sakini, 1980-ci təvəllüd MAXE hərbçi Nail Adil oğlu Abbasovun şəhid olduğu bildirilir. Ailələrinə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti verib.
Beyləqan rayonu ll Aşıqlı kəndi sakini, hərbçi Mirtalib Mirheydər oğlu Ağazadənin də şəhid olduğu bildirilir. Şəhidin anası və həyat yoldaşı rəhmətə gedib. Bir atası, bir körpə balası qaldı. Məlumat rəsmi qurum tərəfindən şəhidin yaxınlarına təsdiqlənib.