Paşinyan: "Azərbaycan tərəfi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir. Danışıqlar zamanı Azərbaycan tərəfi Nrnadzordan (Zəngəzurun Nüvədi kəndi) Yeravana kimi ərazi iddiası ilə çıxış edir. Biz Ermənistan ərazisindən dəhliz təmin etmək fikrində deyilik. Lakin biz Ermənistan ərazisindən kommunikasiya xətlərinin açılmasında maraqlıyıq. Hazırda döyüş əməliyyatlarının intensivliyi azalıb, lakin bir-iki istiqamətdə azərbaycanlıların hücumları davam edir".
Ermənistanın müraciəti əsasında KTMT (ОДКБ) bəyanatı: "KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizama salınması üçün struktur mexanizmlərinin işə salınması istiqamətində artıq işlərə başlayıb. Güc tətbiqi qəbuledilməzdir. Siyasi və diplomatik üsullardan və razılaşmalardan istifadə edilməlidir".
Sputnik məlumat verir ki, Avropa Parlamentində Azərbaycana qarşı effektiv sanksiyalar paketinin qəbulu təklif edilib.
Erməni mənbələri məlumat yayaraq bildiriblər ki, Sotk (Zod) qəsəbəsində yerləşən hərbi hissə Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində tamamiylə sıradan çıxıb. Xeyli sayda ölən və yaralıların olduğu bildirilir.
İndiyə olan məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin bir çox istiqamətlərində döyüşlər davam edir. Sərhədə yaxın kəndlərdən sivil əhali təxliyə edilib. Xeyli sayda hərbi obyektlərin vurulduğu və hərbi itkilərin olduğu bildirilir.