Hebib Müntezir
12.9K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Atışmaların davam etdiyi bildirilir. Bu arada Azərbaycan Müdafiə Nazirliyi Qafan rayonunda təcili tibbi yardım maşınının vurulması ilə bağlı məlumatı təkzib edib.
Azərbaycan Ordusuna məxsus artilleriya hissələrinin bir neçə dəqiqə əvvəl Sotk (Geğarkunik rayonu) kəndi istiqamətində hərbi infrastruktura zərbələr endirdiyi bildirilir. Bu arada Ermənistan hökuməti Rusiyaya, KTMT-ə və BMT-yə Azərbaycanla bağlı müraciət edərək şikayətlənib.
📞 Nikol Paşinyanın dünən gecədən indiyə qədər telefonla danışdığı şəxslər:

1. Rusiya prezidenti Vladimir Putin,
2. Fransa prezidenti Emmanuel Makron,
3. ABŞ-ın Dövlət katibi Entoni Blinken.
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, bu gün səhər saat 08:00-a (Bakı vaxtı ilə) olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət ciddi dəyişməyib. Vəziyyət gərgin olaraq qalmaqdadır.
Tiktok və digər sosial şəbəkələrdə yayılan, 7 şəhid xəbəri adbaad, fotoları ilə birgə olan videodakı şəxslər 2021-ci ildə Laçın-Kəlbəcər istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbçiləridir. Son hadisələrlə əlaqəsi yoxdur. İtkilər barədə rəsmi məlumat hələ ki, açıqlanmayıb. İndilik dəqiq məlumat yoxdur.
Bu gün saat 09:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı razılıq əldə olunduğu iddia edilir.
Erməni mənbələri 10 yaralı hərbçinin Geğarkunikdən (Göyçə mahalı) Martuniyə (Aşağı Qaranlıq) aparıldığını, onlardan dördünün vəziyyətinin ağır olduğu üçün Yerevana köçürüldüyünü bildirir. İtki sayı açıqlanmır.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin şəhid olduğu bildirilir.
Hacıqabul rayonunun N saylı hərbi hissəsində xidmət edən, Masallı rayon Şərəfə kənd sakini, 2003-cü il təvəllüd hərbçi Xəyal Seyfulla oğlu Seyfullayevin naməlum səbəbdən intihar etdiyi bildirilir. Məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənib. Hərbçinin cənazəsi doğulduğu kəndə gətirilir.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasında məqsəd sülh sazişinin imzalanmasının yubadılmasıdır. Bu arada atəşkəsin yenidən pozulduğu, atışmaların davam etdiyi bildirilir.
Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir.
Paşinyan Ermənistan tərəfinin 49 hərbi itkisinin olduğunu bildirdi.
Qəbələ rayon Mıxlıqovaq kənd sakini, 1996-cı il təvəllüd MAXE hərbçi Elşən Sahib oğlu Babazadənin son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.
Paşinyan: "Azərbaycan tərəfi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı tələb edir. Danışıqlar zamanı Azərbaycan tərəfi Nrnadzordan (Zəngəzurun Nüvədi kəndi) Yeravana kimi ərazi iddiası ilə çıxış edir. Biz Ermənistan ərazisindən dəhliz təmin etmək fikrində deyilik. Lakin biz Ermənistan ərazisindən kommunikasiya xətlərinin açılmasında maraqlıyıq. Hazırda döyüş əməliyyatlarının intensivliyi azalıb, lakin bir-iki istiqamətdə azərbaycanlıların hücumları davam edir".
Qazaxın Kəmərli kənd sakini, 1993-cü il təvəllüd Azər Mustafa oğlu Məmmədovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. 20 gün idi ailə həyatı qurmuşdu. Hazırda doğulduğu kənddə dəfn işləri görülür.
Lerikin Əvilə kənd sakini, 1994-ci il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıxovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib. Hazırda doğulduğu kənddə dəfn işləri ilə bağlı tədbirlər görülür, kənd sakinləri cənazəni gözləyir.
Ermənistanın müraciəti əsasında KTMT (ОДКБ) bəyanatı: "KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizama salınması üçün struktur mexanizmlərinin işə salınması istiqamətində artıq işlərə başlayıb. Güc tətbiqi qəbuledilməzdir. Siyasi və diplomatik üsullardan və razılaşmalardan istifadə edilməlidir".
Zərdab rayonunun Kəndəbil kənd sakini, 1994-cü il təvəllüd Rüstəmov Fərid Nofəl oğlunun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.
Solda Saatlının Qaranuru kənd sakini, 2000-ci il təvəllüd hərbçi Ülvi Əsədulla oğlu Nəsirov və Qubanın Vəlvələ kənd sakini, sağda 2001-ci il təvəllüdlü hərbçi Ümid İlqar oğlu Həsənovun gecə baş verən atışma zamanı şəhid olduqları deyilir. Hər iki məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənib.
Kürdəmirin Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüd, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizovun son hərbi toqquşmalar zamanı şəhid olduğu bildirilir. Məlumat rəsmi qurum tərəfindən təsdiqlənib.
Cəlilabadın Əsədli kənd sakini, XTQ giziri Səid Sarıbala oğlu Həsənovun bu gün gecə şəhid olduğu bildirilir. Məlumatı hərbçinin yaxın ailə üzvləri təsdiqləyiblər. Məndəki adbaad siyahıda Azərbaycan Ordusunda 15 nəfər şəhid haqda məlumat var. İtkinin daha çox olduğu ehtimal olunur.