Ermənistan Ordusu son günlərdə daha 51 itkisi olduğunu açıqladı. Əgər İlham Əliyevin çıxışındakı məqamları da üstünə gəlsək təsdiqlənir ki, döyüşlər əməlli davam edir və Azərbaycan Ordusu üstünlük əldə edərək irəliləyib. Çünki bu gün erməni rəsmiləri də bildirdilər ki, güya taktiki gediş edərək geri çəkiliblər. Rus mediası da açıqladı ki, yeni ərazilərin alınması rəsmi elan olunacaq.
TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min dollar ianə edib. Bu vəsait Mixail Qusmanın yazdığı kitablardan birinin haqqıdır. O, bu ödənişdən imtina edərək onu döyüşlərdə yaralanan hərbi qulluqçuların müalicəsi üçün Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.
Gəncədə raket zərbələrindən dağıdılmış ərazi. Maşının üstünə "Qarabağ Azərbaycanındır" yazılıb. @hebmun
16 yaşlı Sevil Əliyeva dəfn mərasimi zamanı valideynlərinin portretlərini daşıyır. Qardaşı 8 yaşlı Hüseyn Əliyev yaxınlarının çiyinlərində ağlayır. Ermənistan Ordusunun Gəncəyə atdığı raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyeva həlak olmuşdu. #PrayForGanja
⚠️ Ermənistan MN rəsmisi: “Kəlbəcər istiqamətində şiddətli döyüşlər gedir”.
MN məlumat verir ki, Azərbaycan əsgəri yeni tarix yazır:
"Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun"!
"Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun"!
Əzizlərim, mən çox nadir hallarda çağırış edirəm. Ancaq bu məsələ çox vacibdir. Almaniyadaki həmvətənlərimə səslənirəm. Siyasi baxışı, mövqeyindən aslı olmayan hər kəs vətəndə baş verənlərə səssiz qalmamalıdır. Ermənistan Ordusunun mülki vətəndaşlarımızın başına bombalar yağdırmasını alman ictimaiyyəti duymalıdır. Bu baxımdan hər birinizi 17.10.2020 tarixində, saat 15:00-19:00 qədər Berlin Alexanderplatz - Brandenburger Tor ünvanları arasındakı dinc, icazəli yürüşə dəvət edirəm. Vaxtı olan, imkanı və bacarığı olan hər kəs qoşulsa yaxşı olar. Almaniyadakı dostları statusu paylaşmağa, xəbəri olmayanlara xəbəri çatdırmağa çağırıram. @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 Deməli, İranda PUA vurublar. Cənubi azərbaycanlılar baxır markasına ki, bəs markanın adı Rafaeldir. Digəri də qayıdır deyir ki, Coşqun deyil? 😀
"Biz elə bilirdik ki, Rusiya kömək edəcək. Deyirdilər Putin elə yaxşıdır, belə yaxşıdır. Hardadır Putin?"
Hadrutdan çıxarılan erməni qadınlar Rusiyanın Dojd telekanalına deyiblər ki, Hadrut ətrafında döyüşlər gedir və Azərbaycan Ordusu Hadruta girib. @hebmun
Hadrutdan çıxarılan erməni qadınlar Rusiyanın Dojd telekanalına deyiblər ki, Hadrut ətrafında döyüşlər gedir və Azərbaycan Ordusu Hadruta girib. @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Müdafiə Nazirliyindən gözlənilən video yayıldı. Azərbaycan bayrağı Hadrutun mərkəzində dalğalanır. @hebmun
Hadrutdan video paylaşmışam, dostlar zəng edir, yazır ki, bəs mənbə?! O gün də İlham Əliyev Twitterdə hansısa kəndi elan edirdi, biri girib yazmışdı altına ki, bəs mənbə? MN qəhrəman əsgərin fotosun yayıb, girib yazıblar ki, hərbi sirr yaymayın, zad. Yo, yaxşısız, inkişaf var 😃
Ermənistan rəsmiləri Hadrutda çəkilən videonun saxta olduğunu və Xocavəndin Tağaser kəndində çəkildiyini iddia edir. Tağaser kəndi isə Hadrutdan şimal-qərbdə yerləşir. Ermənistan rəsmiləri sayəsində öyrənmiş olduq ki, Azərbaycan Ordusu nəinki Hadrut, həmçinin daha da irəli gedərək, digər kəndləri də işğaldan azad edib.
Amerikada yaşayan azərbaycanlılar Ermənistanın işğalını, siravi vətəndaşlara raket atmasını küçələrə poster yapışdırmaqla çatdırır. Siz də yaşadığınız xarici ölkədə belə edə bilərsiz. @hebmun
Dünyaca tanınmış futbolçu Məsud Özil Twitterdə (25 milyon izləyici) Qarabağın Azərbaycan məxsus olması və Ermənistan tərəfdən işğal edilməsi haqda paylaşım edib. @hebmun
Bunlar əsgərlər üçün yığılan ərzaqlar, geyimlər, əşyalar və məktublardır. Bunları kim göndərsə yaxşıdır? Nizami rayonu, 62 nömrəli məktəbin şagirdləri. Yük taksisinə doldurub, yollayıblar cəbhəyə. Əsgərlər dedi ki, köməkləri gəlib çatıb, adımızdan təşəkkür elə. Mən həm təşəkkür edirəm, həm də o geniş ürəyinizə sağlıq deyib, hamınızı öpürəm. 💜 @hebmun
🚀 Ermənistan ərazisindən (çox güman Vardenis) Azərbaycan şəhərlərini bombalayan ballistik raketlər Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. 😮
Erməni rəsmiləri etiraf etdilər ki, təmas xəttinin bir neçə hissəsində Azərbaycan Ordusu əhəmiyyətli şəkildə irəliləyiş əldə edib.
Paşinyanın çıxışından vacib məqamlar:
▪️"Dağlıq Qarabağın statusu həll olunmamış ərazi güzəştləri və problemin həllini rədd edirik".
▪️“Azərbaycan Qarabağda sülh üçün 7 rayon tələb edib”.
▪️“Azərbaycanın müharibə planını əvvəldən bilirdik”.
▪️“Bizim xeyli sayda itkilərimiz var”.
▪️"Ordumuz taktiki olaraq geri çəkilib”.
▪️"Dağlıq Qarabağın statusu həll olunmamış ərazi güzəştləri və problemin həllini rədd edirik".
▪️“Azərbaycan Qarabağda sülh üçün 7 rayon tələb edib”.
▪️“Azərbaycanın müharibə planını əvvəldən bilirdik”.
▪️“Bizim xeyli sayda itkilərimiz var”.
▪️"Ordumuz taktiki olaraq geri çəkilib”.
Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad etdi.
Bu gün işğaldan azad olunan ərazilər. Təkə kənd kimi məhv olunduğundan xəritədə yer almadığı deyilir. Amma Azərbaycan Ordusu ərazi olaraq ələ keçirib. Dəfələrlə axtardım tapa bilmədim. Kəmərtük adlanan kənd isə Hadrutun mərkəzindən 2 km uzaqlıqda yerləşən, xəritədə Qırmızıqaya kimi qarşımıza çıxan ərazidir. Ermənilər bu kəndi Kemrakuç adlandırır.