Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
İlham Əliyevin son müsahibəsindən son iki günlə əlaqəli başlıqlar:

- Dünən və bu gecə Azərbaycan Ordusu uğurlu əməliyyatlar həyata keçirib.

- İşğaldan azad edilən Hadrut ətrafındakı yüksəkliklərə artıq ordumuz tam nəzarət edir.

- Biz bəzən azad etdiyimiz mövqeləri 1-2 gün sonra açıqlayırıq, bu taktikadır.
Ölkədən, tibb sistemindəki haqsızlıqlara dözə bilməyib çıxıb gedən və Türkəyədə işləyən onlarla həkim dünən könüllü olaraq hospitallarda işləmək üçün bir təyyarə dolusu humanitar və tibbi ləvazimatla Azərbaycana qayıdıblar. Sizin mən qadanızı alaram elə 💜
Elşən Mustafayev yazır: Fransada Libération qəzeti, özü ilə bərabər 15 erməni əsilli Marseille şəhəri sakinini Qarabağa döyüşə aparan, 64 yaşlı Gilbert Minassian adlı erməni kriminaldan geniş müsahibə götürüb.

Çox qiymətli məlumatları da bəlkə də bilməyərəkdən açıqlayıb. Gilbert Minassian Fransada ASALA-ya pul toplaması bəhanəsi ilə 1984-cü ilə poçt maşınını qarət etməkdə günahlandırılıb.1989-ci ildə ömürlük həbs cəzası alıb. Cəzadan yayınmaq üçün qaçıb Sovet Ermənistanına. Bu kriminal keçmişə sahib şəxs digər fransız (erməni əsilli) dostları ilə qoşulub Qarabağdakı erməni qruplaşmalarına, Xocalı əməliyyatı (özü etiraf etmir) və komandir kimi Kəlbəcərin tutulmasında birbaşa iştirak edib. Fransadan Qarabağ üçün gələn böyük konteynerlərdəki hərbi və digər yardımları əraziyə çatdırıb.

2004-cü ildə Fransa Ədliyyə Nazirliyi tərəfindən bağışlansa da beynəlxalq axtarışda olduğu üçün 2013-cü ilə kimi məcbur Ermənistanda qalıb. Araşdırdım, həmin qeyri-qanuni bağışlanma qərarını verən nazir isə Dominique Perben, mənə çox doğma olan Lyon şəhərindən olan, erməni diaspora təşkilatları ilə seçici səsi üçün birbaşa işləyən bir siyasətçidir. Azərbaycanın bu ədalətsiz bağışlanma barədə heç bir etiraz bəyanatı olmayıb, ümumiyyətlə məncə xəbəri belə olmayıb. 25 il axtarışda olmağına baxmayaraq tam sərbəst şəkildə Marsel şəhərinə qayıdıb.

İndi isə Marseldən özü ilə Qarabağda döyüşməyə Fransadakı Daşnak partiyası tərəfdarlarını səfərbər edir, bir iri fransız qəzetində də bunu fəxrlə söyləyir. Fransa Daxili İşlər Nazirliyi isə hələ ki, öz ölkə vətəndaşlarının ərazi bütövlüyünü tanıdığı başqa ölkəyə vuruşmağa getməsinə heç bir fikir bildirmir. Mənbə @hebmun
İdmançı Kamil Zeynallı ordunun təhlükəsizliyinə xələl gətirəcək materialların sosial şəbəkələrdə paylaşdığına görə inzibati qaydada 10 gün müddətinə həbs edilib.
Ermənistan Ordusu son günlərdə daha 51 itkisi olduğunu açıqladı. Əgər İlham Əliyevin çıxışındakı məqamları da üstünə gəlsək təsdiqlənir ki, döyüşlər əməlli davam edir və Azərbaycan Ordusu üstünlük əldə edərək irəliləyib. Çünki bu gün erməni rəsmiləri də bildirdilər ki, güya taktiki gediş edərək geri çəkiliblər. Rus mediası da açıqladı ki, yeni ərazilərin alınması rəsmi elan olunacaq.
TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min dollar ianə edib. Bu vəsait Mixail Qusmanın yazdığı kitablardan birinin haqqıdır. O, bu ödənişdən imtina edərək onu döyüşlərdə yaralanan hərbi qulluqçuların müalicəsi üçün Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.
Gəncədə raket zərbələrindən dağıdılmış ərazi. Maşının üstünə "Qarabağ Azərbaycanındır" yazılıb. @hebmun
16 yaşlı Sevil Əliyeva dəfn mərasimi zamanı valideynlərinin portretlərini daşıyır. Qardaşı 8 yaşlı Hüseyn Əliyev yaxınlarının çiyinlərində ağlayır. Ermənistan Ordusunun Gəncəyə atdığı raket hücumu nəticəsində valideynləri Anar Əliyev və Nurçin Əliyeva həlak olmuşdu. #PrayForGanja
⚠️ Ermənistan MN rəsmisi: “Kəlbəcər istiqamətində şiddətli döyüşlər gedir”.
MN məlumat verir ki, Azərbaycan əsgəri yeni tarix yazır:

"Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun"!
Əzizlərim, mən çox nadir hallarda çağırış edirəm. Ancaq bu məsələ çox vacibdir. Almaniyadaki həmvətənlərimə səslənirəm. Siyasi baxışı, mövqeyindən aslı olmayan hər kəs vətəndə baş verənlərə səssiz qalmamalıdır. Ermənistan Ordusunun mülki vətəndaşlarımızın başına bombalar yağdırmasını alman ictimaiyyəti duymalıdır. Bu baxımdan hər birinizi 17.10.2020 tarixində, saat 15:00-19:00 qədər Berlin Alexanderplatz - Brandenburger Tor ünvanları arasındakı dinc, icazəli yürüşə dəvət edirəm. Vaxtı olan, imkanı və bacarığı olan hər kəs qoşulsa yaxşı olar. Almaniyadakı dostları statusu paylaşmağa, xəbəri olmayanlara xəbəri çatdırmağa çağırıram. @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 Deməli, İranda PUA vurublar. Cənubi azərbaycanlılar baxır markasına ki, bəs markanın adı Rafaeldir. Digəri də qayıdır deyir ki, Coşqun deyil? 😀
"Biz elə bilirdik ki, Rusiya kömək edəcək. Deyirdilər Putin elə yaxşıdır, belə yaxşıdır. Hardadır Putin?"

Hadrutdan çıxarılan erməni qadınlar Rusiyanın Dojd telekanalına deyiblər ki, Hadrut ətrafında döyüşlər gedir və Azərbaycan Ordusu Hadruta girib. @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Müdafiə Nazirliyindən gözlənilən video yayıldı. Azərbaycan bayrağı Hadrutun mərkəzində dalğalanır. @hebmun
Hadrutdan video paylaşmışam, dostlar zəng edir, yazır ki, bəs mənbə?! O gün də İlham Əliyev Twitterdə hansısa kəndi elan edirdi, biri girib yazmışdı altına ki, bəs mənbə? MN qəhrəman əsgərin fotosun yayıb, girib yazıblar ki, hərbi sirr yaymayın, zad. Yo, yaxşısız, inkişaf var 😃
Ermənistan rəsmiləri Hadrutda çəkilən videonun saxta olduğunu və Xocavəndin Tağaser kəndində çəkildiyini iddia edir. Tağaser kəndi isə Hadrutdan şimal-qərbdə yerləşir. Ermənistan rəsmiləri sayəsində öyrənmiş olduq ki, Azərbaycan Ordusu nəinki Hadrut, həmçinin daha da irəli gedərək, digər kəndləri də işğaldan azad edib.
Hadrut və ətraf kəndlər əvvəl-sonra @hebmun
Amerikada yaşayan azərbaycanlılar Ermənistanın işğalını, siravi vətəndaşlara raket atmasını küçələrə poster yapışdırmaqla çatdırır. Siz də yaşadığınız xarici ölkədə belə edə bilərsiz. @hebmun
Dünyaca tanınmış futbolçu Məsud Özil Twitterdə (25 milyon izləyici) Qarabağın Azərbaycan məxsus olması və Ermənistan tərəfdən işğal edilməsi haqda paylaşım edib. @hebmun
Bunlar əsgərlər üçün yığılan ərzaqlar, geyimlər, əşyalar və məktublardır. Bunları kim göndərsə yaxşıdır? Nizami rayonu, 62 nömrəli məktəbin şagirdləri. Yük taksisinə doldurub, yollayıblar cəbhəyə. Əsgərlər dedi ki, köməkləri gəlib çatıb, adımızdan təşəkkür elə. Mən həm təşəkkür edirəm, həm də o geniş ürəyinizə sağlıq deyib, hamınızı öpürəm. 💜 @hebmun
🚀 Ermənistan ərazisindən (çox güman Vardenis) Azərbaycan şəhərlərini bombalayan ballistik raketlər Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. 😮