💥 Gəncədə yaşayış binası dağılıb, xeyli sayda yaralı var. İki nəfər mülki, Xanım və Ülvi adlı şəxslər həlak olub. Mingəçevirdəki raket hücumunun havada zərərsizləşdirildiyi deyilir.
🚀 Ermənistan Ordusunun raket hücumu nəticəsində Gəncədə yaşayış binası dağılıb, 40-dan çox yaralı var. 3 nəfər isə həlak olub.
İlham Əliyev: “Qoy Paşinyan Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”🤦♂️ Mənbə: RBK
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 Gəncədə yaşayış binasının vurulma anı
Hadrut haqqında
Ermənistan tərəf indi də iddia edir ki, Hadrutu geri allıblar. Bundan əvvəl isə deyirdilər zatən onlarda idi, itirilməmişdi filan. Deməli yalan danışıblar. Qəsəbənin girişindən yaxud, bir küçəsindən video çəkib çıxmaq ora sahib olmaq mənasına gəlmir. Azərbaycan tərəf isə iddia edir ki, Hadrut işğaldan azad olunub. Lakin hələ də bölgədən video görüntülər paylaşılmadı. Dünən orda şiddətli döyüşlər gedib, dostlarımızdan şəhid olanlar var. MN iddia edir ki, düşmən geri oturdulub. Dəqiq məlumat əldə etmək olmur. İlham Əliyev isə müsahibəsində gələcəkdə Hadruta gedəcəyini bildirib. Mən isə düşünürəm ki, bu vəziyyətdə Hadrut heç kimdə deyil. Hər iki tərəfdən ərazi yüksəkliklər səviyyəsində nəzarət və atəş altındadır. Qəsəbə tam boşdur, çox güman ki, əks hücum nəticəsində tərəflər məqam güdürlər ki, mövqelər tamamən möhkənləndirilsin. Hazırda isə humanitar atəşkəs olduğu üçün, hərbçilərin cəsədləri dəyişdirildiyi üçün uyğun vaxt deyil. Prosesləri izləyək...

Xahiş edirəm, maksimum paylaşaq, rəsmi qurumlar bunları təmin etməlidir:
1. Ölkəyə Bərdənin mərkəzində dayanıb, ön cəbhədəyəm deyin dezo yayan türk jurnalistdən əlavə, digər xarici jurnalistləri də buraxmaq lazımdır. Dünya ictimaiyyəti törədilən vəhşilikləri və terroru canlı şəkildə, canlı yayımlarla, dürüst bilsin deyə. Dünya A Haber, HaberGlobal, ATV filan baxmır, baxmayacaq.
2. Rəsmi qurumlar baş verən hadisələrə dərhal, anında reaksiya verməlidir. Koronavirusla əlaqədar operativ qərargah yaradıldı. 2 həftədir müharibə gedir. Heç bir informativ qərargah yaradılmayıb. Gündəlik MN xəbərlərini oxuyuruq, sonra brifinq keçirirlər, eyni şeyləri şifahi oxuyur, dağılışırlar. İnsanların sualları var, bilmək istədikləri var. Təmin etmək lazımdır. Gecə, gündüz, günorta fərq etmədən, insanlar məlumatlı olmaldır. Panikaların, şayiələrin, mənasız söhbətlərin yayılmaması üçün vacibdir.
3. Dünən gecə olanlar dəhşətli idi, faciəvi idi. Heç bir rəsmi qurum çıxıb açıqlama vermədi ki, nə baş verir. Hamı yatmışdı, Azərbaycan telekanalları ümumiyyətlə susmuşdu (Yeganə Real TV-nin 2 dəqiqəlik sujeti vardı). Bir də Türkiyə kanalı canlı yayım verirdi, vəssalam. Rüsvayçılıqdır. Kanallara rəhbərliyə tərif təlimatı yox, xalqa məlumat çatdırma, operativlik və dürüstlük təlimatı verilməlidir. Bildik də, Əliyev Paşinyanı məğlub etdi, zordu.
4. Nəhayər internet və sosial şəbəkələrə məhdudiyyəti aradan qaldırın. Ölkədə baş verən Ermənistan terrorunu, törətdikləri vəhşilikləri rahat şəkildə dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycandakı jurnalist, ekspert və siyasilərin rahat şəkildə dünya mediasında online danışa bilmək imkanı olmalıdır. Başa düşün ki, sizin bu mənasız qanunlarınız bütün bunlara mane olur. Sosial şəbəkələri qadağan edib, prezidentin torpaqları işğaldan azad etmək məlumatını ilk sosial şəbəkə vasitəsiylə yayırsız.🤦♂️

Dəqiqləşdirdim, Hadrut Azərbaycan Ordusunun nəzarəti altındadır. WarGonzo nə edir? Təcili tibbi yardım maşınına minir. Bilir ki, beynəlxalq konvensiyaya görə Azərbaycan əsgəri ona atəş açmayacaq, üstəllik humanitar atəşkəs elan olunub. Sonra onunla qəsəbəyə daxil olur, video, şəkil çəkir, yayır ki, güya Hadrutu alıblar. Diqqətli olmaq lazımdır, belə hoqqabazlıqlar çox edərək, sizi çaşdırmağa çalışır. İzləmək olar, təqib etmək olar amma inanmaq baxımından bir az tələsməyin 🙂
WarGonzo haqda
War müharibə, Gonzo isə "Gicbəsər jurnalistika" deməkdir. Mənası isə jurnalistin tərəf tutaraq, fikirlərini və mövqeyini bir-başa öz jurnalist fəaliyyətində, qeyri-obyektiv göstərməsinə deyilir.
WarGonzo layihəsinin yaradıcısı Semyon Peqovdur. O həm də Kremlə aid “RT - Russia Today" Agentliyinin əməkdaşıdır.
Semyon Peqov Moskva doğumlu olsa da, Qondarma Donets və Luhansk Xalq Respublikaları separat qüvvələrə məxsus, özlərini "patriot hərbçilər" kimi adlandıran "E.N.O.T Corp" Private Military Organization üzvüdür. Məhz Ukraynadakı savaşlar zamanı məşhurlaşıb, daha sonra Suriya və Liviyada peyda olub, rusiyameyilli qüvvələrin xeyrinə və propaqandasına xidmət edib. İndi də Qarabağda, eyni Rusiyanın mövqeyinə uyğun, Ermənistan üçün propaqanda ilə məşğuldur. Layihənin investoru isə Dağıstan ermənisi Aram Qabrelyanovdur.
Odur ki, onun videolarına, yaydığı məlumatlara inanmaq qərəzli olmaqdır, tərəf tutmaqdır. Çalışın hər paylaşılanı tətqiq etmədən, araşdırmadan mütləq həqiqət kimi qəbul etməyin.

🛑 DİQQƏT DEZO: Bir çox kanal və saytlarda ABŞ və B. Britaniyanın Azərbaycandakı səfirliklərinin öz vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı tövsiyə xəbəri yayılıb, güya terror təhlükəsinə görə. Halbuki xəbər köhnə tarixə aiddir, o da Bakıdan kənar yerlərə getməməklə əlaqəlidir, müharibəyə görə. Yeni xəbər deyil. Yenidən paylaşmaqla panika yaratmaq lazım deyil. Səfirlik əməkdaşları ilə dəqiqləşdirmişəm. Məlumatı silsəniz yaxşı olar.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 Ağstafa rayonunda Ermənistana məxsus PUA-nın vurulma anı
Döyüşlər gedir. Haranınsa, hansı yüksəklik yaxud kəndin alınmasının sosial şəbəkədə açıqlanması hərbçilərin təhlükəyə atılması deməkdir. Çünki işğaldan azad olunan yerlərdə mövqelərin möhkəmləndirilməsi zəruridir. Rəsmi açıqlanmayana qədər bunun edilməsini doğru saymıram. Amma Azərbaycan Ordusunun xeyrinə xəbərlər pozitivdir.
İlham Əliyevin son müsahibəsindən:
- Gəncədə həlak olan soydaşlarımızın qisasını biz döyüş meydanında alırıq. Biz mülki əhaliylə vuruşmuruq.
- Baza prinsipi odur ki, biz Şuşaya da, Xankəndinə də qayıdacağıq. Moskva anlaşması budur.

İlham Əliyevin son müsahibəsindən son iki günlə əlaqəli başlıqlar:
- Dünən və bu gecə Azərbaycan Ordusu uğurlu əməliyyatlar həyata keçirib.
- İşğaldan azad edilən Hadrut ətrafındakı yüksəkliklərə artıq ordumuz tam nəzarət edir.
- Biz bəzən azad etdiyimiz mövqeləri 1-2 gün sonra açıqlayırıq, bu taktikadır.

Elşən Mustafayev yazır: Fransada Libération qəzeti, özü ilə bərabər 15 erməni əsilli Marseille şəhəri sakinini Qarabağa döyüşə aparan, 64 yaşlı Gilbert Minassian adlı erməni kriminaldan geniş müsahibə götürüb.
Çox qiymətli məlumatları da bəlkə də bilməyərəkdən açıqlayıb. Gilbert Minassian Fransada ASALA-ya pul toplaması bəhanəsi ilə 1984-cü ilə poçt maşınını qarət etməkdə günahlandırılıb.1989-ci ildə ömürlük həbs cəzası alıb. Cəzadan yayınmaq üçün qaçıb Sovet Ermənistanına. Bu kriminal keçmişə sahib şəxs digər fransız (erməni əsilli) dostları ilə qoşulub Qarabağdakı erməni qruplaşmalarına, Xocalı əməliyyatı (özü etiraf etmir) və komandir kimi Kəlbəcərin tutulmasında birbaşa iştirak edib. Fransadan Qarabağ üçün gələn böyük konteynerlərdəki hərbi və digər yardımları əraziyə çatdırıb.
2004-cü ildə Fransa Ədliyyə Nazirliyi tərəfindən bağışlansa da beynəlxalq axtarışda olduğu üçün 2013-cü ilə kimi məcbur Ermənistanda qalıb. Araşdırdım, həmin qeyri-qanuni bağışlanma qərarını verən nazir isə Dominique Perben, mənə çox doğma olan Lyon şəhərindən olan, erməni diaspora təşkilatları ilə seçici səsi üçün birbaşa işləyən bir siyasətçidir. Azərbaycanın bu ədalətsiz bağışlanma barədə heç bir etiraz bəyanatı olmayıb, ümumiyyətlə məncə xəbəri belə olmayıb. 25 il axtarışda olmağına baxmayaraq tam sərbəst şəkildə Marsel şəhərinə qayıdıb.
İndi isə Marseldən özü ilə Qarabağda döyüşməyə Fransadakı Daşnak partiyası tərəfdarlarını səfərbər edir, bir iri fransız qəzetində də bunu fəxrlə söyləyir. Fransa Daxili İşlər Nazirliyi isə hələ ki, öz ölkə vətəndaşlarının ərazi bütövlüyünü tanıdığı başqa ölkəyə vuruşmağa getməsinə heç bir fikir bildirmir. Mənbə @hebmun

Libération
De Marseille à Erevan, un militant marqué au front
Engagé pour la cause arménienne puis exilé dans le pays dans les années 80, Gilbert Minassian est devenu chef militaire lors du conflit contre l’Azerbaïdjan. Ce Français de 64 ans est reparti vendredi dans la région pour combattre comme dans les fables.