Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
💥 Gəncəyə raket zərbəsi endirildiyi deyilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💥 Gəncə raket zərbəsi ilə vurulub, dağıntılar var. @hebmun
🚀 Gəncədəki hücum zamanı yaralananlar var, onlardan biri azyaşlıdır. Məlumat dəqiqdir.
💥 Xankəndidə partlayış səsləri eşidilir
💥 Mingəçevirdə partlayış səsi
Gəncədə bir mülki həlak oldu
💥 Gəncədə yaşayış binası dağılıb, xeyli sayda yaralı var. İki nəfər mülki, Xanım və Ülvi adlı şəxslər həlak olub. Mingəçevirdəki raket hücumunun havada zərərsizləşdirildiyi deyilir.
💥Bakıda partlayış səsi eşidilib...
💥 Bərdədə partlayış səsi eşidilib
Gəncədə dağıntılar altından çıxarılan ata və oğlu.
💥Mingəçevirdə ikinci dəfə partlayış səsi eşidilib.
🚀 Ermənistan Ordusunun raket hücumu nəticəsində Gəncədə yaşayış binası dağılıb, 40-dan çox yaralı var. 3 nəfər isə həlak olub.
İlham Əliyev: “Qoy Paşinyan Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”🤦‍♂️ Mənbə: RBK
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 Gəncədə yaşayış binasının vurulma anı
Hadrut haqqında

Ermənistan tərəf indi də iddia edir ki, Hadrutu geri allıblar. Bundan əvvəl isə deyirdilər zatən onlarda idi, itirilməmişdi filan. Deməli yalan danışıblar. Qəsəbənin girişindən yaxud, bir küçəsindən video çəkib çıxmaq ora sahib olmaq mənasına gəlmir. Azərbaycan tərəf isə iddia edir ki, Hadrut işğaldan azad olunub. Lakin hələ də bölgədən video görüntülər paylaşılmadı. Dünən orda şiddətli döyüşlər gedib, dostlarımızdan şəhid olanlar var. MN iddia edir ki, düşmən geri oturdulub. Dəqiq məlumat əldə etmək olmur. İlham Əliyev isə müsahibəsində gələcəkdə Hadruta gedəcəyini bildirib. Mən isə düşünürəm ki, bu vəziyyətdə Hadrut heç kimdə deyil. Hər iki tərəfdən ərazi yüksəkliklər səviyyəsində nəzarət və atəş altındadır. Qəsəbə tam boşdur, çox güman ki, əks hücum nəticəsində tərəflər məqam güdürlər ki, mövqelər tamamən möhkənləndirilsin. Hazırda isə humanitar atəşkəs olduğu üçün, hərbçilərin cəsədləri dəyişdirildiyi üçün uyğun vaxt deyil. Prosesləri izləyək...
Xahiş edirəm, maksimum paylaşaq, rəsmi qurumlar bunları təmin etməlidir:

1. Ölkəyə Bərdənin mərkəzində dayanıb, ön cəbhədəyəm deyin dezo yayan türk jurnalistdən əlavə, digər xarici jurnalistləri də buraxmaq lazımdır. Dünya ictimaiyyəti törədilən vəhşilikləri və terroru canlı şəkildə, canlı yayımlarla, dürüst bilsin deyə. Dünya A Haber, HaberGlobal, ATV filan baxmır, baxmayacaq.

2. Rəsmi qurumlar baş verən hadisələrə dərhal, anında reaksiya verməlidir. Koronavirusla əlaqədar operativ qərargah yaradıldı. 2 həftədir müharibə gedir. Heç bir informativ qərargah yaradılmayıb. Gündəlik MN xəbərlərini oxuyuruq, sonra brifinq keçirirlər, eyni şeyləri şifahi oxuyur, dağılışırlar. İnsanların sualları var, bilmək istədikləri var. Təmin etmək lazımdır. Gecə, gündüz, günorta fərq etmədən, insanlar məlumatlı olmaldır. Panikaların, şayiələrin, mənasız söhbətlərin yayılmaması üçün vacibdir.

3. Dünən gecə olanlar dəhşətli idi, faciəvi idi. Heç bir rəsmi qurum çıxıb açıqlama vermədi ki, nə baş verir. Hamı yatmışdı, Azərbaycan telekanalları ümumiyyətlə susmuşdu (Yeganə Real TV-nin 2 dəqiqəlik sujeti vardı). Bir də Türkiyə kanalı canlı yayım verirdi, vəssalam. Rüsvayçılıqdır. Kanallara rəhbərliyə tərif təlimatı yox, xalqa məlumat çatdırma, operativlik və dürüstlük təlimatı verilməlidir. Bildik də, Əliyev Paşinyanı məğlub etdi, zordu.

4. Nəhayər internet və sosial şəbəkələrə məhdudiyyəti aradan qaldırın. Ölkədə baş verən Ermənistan terrorunu, törətdikləri vəhşilikləri rahat şəkildə dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycandakı jurnalist, ekspert və siyasilərin rahat şəkildə dünya mediasında online danışa bilmək imkanı olmalıdır. Başa düşün ki, sizin bu mənasız qanunlarınız bütün bunlara mane olur. Sosial şəbəkələri qadağan edib, prezidentin torpaqları işğaldan azad etmək məlumatını ilk sosial şəbəkə vasitəsiylə yayırsız.🤦‍♂️
Dəqiqləşdirdim, Hadrut Azərbaycan Ordusunun nəzarəti altındadır. WarGonzo nə edir? Təcili tibbi yardım maşınına minir. Bilir ki, beynəlxalq konvensiyaya görə Azərbaycan əsgəri ona atəş açmayacaq, üstəllik humanitar atəşkəs elan olunub. Sonra onunla qəsəbəyə daxil olur, video, şəkil çəkir, yayır ki, güya Hadrutu alıblar. Diqqətli olmaq lazımdır, belə hoqqabazlıqlar çox edərək, sizi çaşdırmağa çalışır. İzləmək olar, təqib etmək olar amma inanmaq baxımından bir az tələsməyin 🙂
WarGonzo haqda

War müharibə, Gonzo isə "Gicbəsər jurnalistika" deməkdir. Mənası isə jurnalistin tərəf tutaraq, fikirlərini və mövqeyini bir-başa öz jurnalist fəaliyyətində, qeyri-obyektiv göstərməsinə deyilir.

WarGonzo layihəsinin yaradıcısı Semyon Peqovdur. O həm də Kremlə aid “RT - Russia Today" Agentliyinin əməkdaşıdır.

Semyon Peqov Moskva doğumlu olsa da, Qondarma Donets və Luhansk Xalq Respublikaları separat qüvvələrə məxsus, özlərini "patriot hərbçilər" kimi adlandıran "E.N.O.T Corp" Private Military Organization üzvüdür. Məhz Ukraynadakı savaşlar zamanı məşhurlaşıb, daha sonra Suriya və Liviyada peyda olub, rusiyameyilli qüvvələrin xeyrinə və propaqandasına xidmət edib. İndi də Qarabağda, eyni Rusiyanın mövqeyinə uyğun, Ermənistan üçün propaqanda ilə məşğuldur. Layihənin investoru isə Dağıstan ermənisi Aram Qabrelyanovdur.

Odur ki, onun videolarına, yaydığı məlumatlara inanmaq qərəzli olmaqdır, tərəf tutmaqdır. Çalışın hər paylaşılanı tətqiq etmədən, araşdırmadan mütləq həqiqət kimi qəbul etməyin.
🚀 Tovuz və Ağstafada partlayış səsləri eşidilib
🛑 DİQQƏT DEZO: Bir çox kanal və saytlarda ABŞ və B. Britaniyanın Azərbaycandakı səfirliklərinin öz vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı tövsiyə xəbəri yayılıb, güya terror təhlükəsinə görə. Halbuki xəbər köhnə tarixə aiddir, o da Bakıdan kənar yerlərə getməməklə əlaqəlidir, müharibəyə görə. Yeni xəbər deyil. Yenidən paylaşmaqla panika yaratmaq lazım deyil. Səfirlik əməkdaşları ilə dəqiqləşdirmişəm. Məlumatı silsəniz yaxşı olar.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 Ağstafa rayonunda Ermənistana məxsus PUA-nın vurulma anı