Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
İlham Əliyev rus mediasına bildirib ki, münaqişənin hərbi əməliyyatlar hissəsi və ya onun birinci hissəsi bitdi, indi siyasi danışıqlar mərhələsi başlayıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Atəşkəsin əsas mahiyyəti ondan ibarət olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması faktı ilə razılaşacaq, hərbi yolla onları geri qaytarmaq cəhdləri göstərməyəcək” @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪 Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb. Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanıb.
Bu Əliyev Denisdir, Bakıdan, "Neftçilər uşağı"dır. 35 yaşlı Denisin milliyəti rusdur. Könüllü olaraq getdiyi cəbhədə, Füzuli istiqamətində şəhid olub. 7 yaşında qızı yetim qaldı. Ruslar elədi, belədi deyib ümumiləşdirəndə diqqətli olun. Pis millət olmur, pis hakimiyyət və pis insan olur. Ruhun şad olsun, Denis.
Tam əminliklə deyirəm Ermənistan Ordusu Hadrutu əldən verib, rəsmi açıqlanmamışdan 1 gün öncə bilirdim bizimkilər alıblar. Hazırda isə Hadrutu yenidən zəbt etmək üçün Ermənistan diversiya qrupu xüsusi əməliyyat hücumu təşkil edib, döyüşlər gedir. Humanitar atəşkəs substantiv şəkildə pozulub.
💥 Gəncəyə raket zərbəsi endirildiyi deyilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💥 Gəncə raket zərbəsi ilə vurulub, dağıntılar var. @hebmun
🚀 Gəncədəki hücum zamanı yaralananlar var, onlardan biri azyaşlıdır. Məlumat dəqiqdir.
💥 Xankəndidə partlayış səsləri eşidilir
💥 Mingəçevirdə partlayış səsi
Gəncədə bir mülki həlak oldu
💥 Gəncədə yaşayış binası dağılıb, xeyli sayda yaralı var. İki nəfər mülki, Xanım və Ülvi adlı şəxslər həlak olub. Mingəçevirdəki raket hücumunun havada zərərsizləşdirildiyi deyilir.
💥Bakıda partlayış səsi eşidilib...
💥 Bərdədə partlayış səsi eşidilib
Gəncədə dağıntılar altından çıxarılan ata və oğlu.
💥Mingəçevirdə ikinci dəfə partlayış səsi eşidilib.
🚀 Ermənistan Ordusunun raket hücumu nəticəsində Gəncədə yaşayış binası dağılıb, 40-dan çox yaralı var. 3 nəfər isə həlak olub.
İlham Əliyev: “Qoy Paşinyan Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”🤦‍♂️ Mənbə: RBK
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 Gəncədə yaşayış binasının vurulma anı
Hadrut haqqında

Ermənistan tərəf indi də iddia edir ki, Hadrutu geri allıblar. Bundan əvvəl isə deyirdilər zatən onlarda idi, itirilməmişdi filan. Deməli yalan danışıblar. Qəsəbənin girişindən yaxud, bir küçəsindən video çəkib çıxmaq ora sahib olmaq mənasına gəlmir. Azərbaycan tərəf isə iddia edir ki, Hadrut işğaldan azad olunub. Lakin hələ də bölgədən video görüntülər paylaşılmadı. Dünən orda şiddətli döyüşlər gedib, dostlarımızdan şəhid olanlar var. MN iddia edir ki, düşmən geri oturdulub. Dəqiq məlumat əldə etmək olmur. İlham Əliyev isə müsahibəsində gələcəkdə Hadruta gedəcəyini bildirib. Mən isə düşünürəm ki, bu vəziyyətdə Hadrut heç kimdə deyil. Hər iki tərəfdən ərazi yüksəkliklər səviyyəsində nəzarət və atəş altındadır. Qəsəbə tam boşdur, çox güman ki, əks hücum nəticəsində tərəflər məqam güdürlər ki, mövqelər tamamən möhkənləndirilsin. Hazırda isə humanitar atəşkəs olduğu üçün, hərbçilərin cəsədləri dəyişdirildiyi üçün uyğun vaxt deyil. Prosesləri izləyək...
Xahiş edirəm, maksimum paylaşaq, rəsmi qurumlar bunları təmin etməlidir:

1. Ölkəyə Bərdənin mərkəzində dayanıb, ön cəbhədəyəm deyin dezo yayan türk jurnalistdən əlavə, digər xarici jurnalistləri də buraxmaq lazımdır. Dünya ictimaiyyəti törədilən vəhşilikləri və terroru canlı şəkildə, canlı yayımlarla, dürüst bilsin deyə. Dünya A Haber, HaberGlobal, ATV filan baxmır, baxmayacaq.

2. Rəsmi qurumlar baş verən hadisələrə dərhal, anında reaksiya verməlidir. Koronavirusla əlaqədar operativ qərargah yaradıldı. 2 həftədir müharibə gedir. Heç bir informativ qərargah yaradılmayıb. Gündəlik MN xəbərlərini oxuyuruq, sonra brifinq keçirirlər, eyni şeyləri şifahi oxuyur, dağılışırlar. İnsanların sualları var, bilmək istədikləri var. Təmin etmək lazımdır. Gecə, gündüz, günorta fərq etmədən, insanlar məlumatlı olmaldır. Panikaların, şayiələrin, mənasız söhbətlərin yayılmaması üçün vacibdir.

3. Dünən gecə olanlar dəhşətli idi, faciəvi idi. Heç bir rəsmi qurum çıxıb açıqlama vermədi ki, nə baş verir. Hamı yatmışdı, Azərbaycan telekanalları ümumiyyətlə susmuşdu (Yeganə Real TV-nin 2 dəqiqəlik sujeti vardı). Bir də Türkiyə kanalı canlı yayım verirdi, vəssalam. Rüsvayçılıqdır. Kanallara rəhbərliyə tərif təlimatı yox, xalqa məlumat çatdırma, operativlik və dürüstlük təlimatı verilməlidir. Bildik də, Əliyev Paşinyanı məğlub etdi, zordu.

4. Nəhayər internet və sosial şəbəkələrə məhdudiyyəti aradan qaldırın. Ölkədə baş verən Ermənistan terrorunu, törətdikləri vəhşilikləri rahat şəkildə dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycandakı jurnalist, ekspert və siyasilərin rahat şəkildə dünya mediasında online danışa bilmək imkanı olmalıdır. Başa düşün ki, sizin bu mənasız qanunlarınız bütün bunlara mane olur. Sosial şəbəkələri qadağan edib, prezidentin torpaqları işğaldan azad etmək məlumatını ilk sosial şəbəkə vasitəsiylə yayırsız.🤦‍♂️