Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistan tərəfdən atılan ballistik raket ilk dəfə canlı yayım zamanı kameralara tuş gəldi. İzləyin və maksimum paylaşın. Kanalımı qeyd etməyi unutmayın: @hebmun
Bərdənin Qasımbəyli kəndi ərazisinə atılan “Toçka-U” raketinin düşdüyü yer. Foto: Anar Kəlbiyev
Gəncədə raket dağıntıları altında həyat davam edir. İnsanlar gündəlik iş və yaşamlarına davam edirlər.

Foto: Aziz Karimov
Bakının üzərində Ermənistan tərəfdən atılan raketin izi görüntülənib. Raketin Azərbaycan HHM tərəfindən havada vurulduğu deyilir. Məkan: Yeni Yasamal @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Goranboyun Aşağı Ağcakənd polis bölməsinə atılan ballistik raketin nəticəsi
Bu günün dezinformasiyaları:

- Şəhid Turqut Xəlilbəylinin şair Xəlilrza Ulutürkün nəvəsi olması yalandır. Biri Salyanlıdır, digəri Şərur.

- İlham Əliyevin "Qubadlı işğaldan azad olunub" tweeti saxtadır.

- Bakı ətrafı harasa qrad düşməyi yalandır, HHM havada zərərsizləşdirib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan Ordusunun əsgərləri qarşı tərəfin hərbçilərini zərərləşdirdikdən sonra irəliləyirlər @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Los Angelesdə toplaşan bir qrup ermənilərin davranışları sosial mediada müzakirə mövzusu olub @hebmun
Forwarded from AzadlıqRadiosu
Media is too big
VIEW IN TELEGRAM
🎥Özəl reportaj: 180 manatını orduya verən Hikmət baba: “Zənglərin ardı-arası kəsilmir”

@azadliqkanali Şəkidə Hikmət Musayevin evində olub
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güneydəki azərbaycanlılar cəbhə bölgəsindəki müharibəni bu cür izləyirlər @hebmun
20 il həbs cəzası almış Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə: “Müharibə başlanan gündən bitən günə kimi siyasi məhbus statusumu dondururam”.
Forwarded from AbzasMedia
Bu günə qədər Azərbaycanın raket zərbələrinə məruz qalmış şəhər və rayonları.
- Milli Təhlükəsizlik Xidməti Ermənistanda yüksək rütbəli hərbi xidmətdə olan iki nəfər şəxsi vətənə xəyanətdə ittiham edib. Şəxslərdən biri Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyanın qohumudur. Və indi o, Xaratyanla birlikdə ölkəni tərk ediblər.

- Ermənistanda hərbi fövqəladə vəziyyət uzadıldı. Uzadılmaqla qalmada Ermənistanda dövlət qurumlarını tənqid etmək qadağan edildi. Həmçinin Ermənistan ordusu ilə bağlı mənfi paylaşımlar etmək, təbliğat aparmaq yasaqlandı.
Türkiyəli müxbir: Sabah Füzulinin işğaldan azad edilməsi rəsmi elan olunacaq. Mənbə: A Haber
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Sabah Füzulinin alınması rəsmi olaraq elan ediləcək" @hebmun
Putin tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırır. Onun fikrincə atəşkəs zamanı döyüş meydanında qalan cəsədlər çıxarılmalı və əsirlər dəyişdirilməlidir. Sabah hər iki ölkənin XİN rəhbərləri məsləhətləşmələr üçün Moskvaya dəvət olunub. Mənbə: Kreml
Ermənistan ordusuna Qarabağ müharibəsində açıq-aşkar dəstəyini ifadə edən Yunanıstanın Olympus Airways şirkəti İraq Kürdüstanından Ermənistanın paytaxtına ötən səhər, yəni 8 oktyabrda, səhər saatlarında yola düşüb. Qeyd edim ki, bu sərnişin yox, yük təyyarəsidir və hazırda Süleymaniyyədən Yeravana bir-başa uçuşlar yoxdur.
🇦🇿 Gecədən səhərə kimi cəbhə boyu döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib.

🇷🇺 Azərbaycan və Ermənistan XİN Moskvadakı görüşdə iştiraklarını təsdiqlədi.

🇦🇲 Ermənistan 26 hərbi itkisini açıqladı. Ümumi rəsmi itki 376 nəfər.

🇹🇷 Türkiyə Azərbaycana 4 yük maşını humanitar yardım göndərir.
Zaqataladan milliyyətcə saxur olan şəhid Fəqan Məmmədov

Bir qrup Azərbaycan əsgəri erməni ordusunun hərbçilərini mühasirəyə alır və ermənilər uzaqdan ağ bayraq qaldıraraq, təslim olduqlarını bildirirlər. Əsgərlərimiz onların yanına gələndə isə onlar hərbçilərimzin üzərinə bir neçə əl bombası atırlar. Həmin bu gənc oğlan, zabit, dərhal əsgərləri itələyir və bombaların üstünə uzanır. Nəticədə yalnız o şəhid olur, digər əsgərlər yüngül qəlpə yaraları alırlar və düşməni öldürürlər. Fəqan nişanlı idi. Toy etmək üçün karantinin bitməsini gözləyirdi . Hadisəni isə şəhidin həyatını xilas etdiyi, yaralı yoldaşları danışıb.