Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
🔥 Xankəndində yenidən həyəcan siqnalı verilir. 4 iri partlayış olub. Mənbə: Rusiyalı jurnalist
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin işdən çıxarılan 4 aylıq rəhbəri Rusiyada təhsil alan və rusmeyilli kadrları sistemdən uzaqlaşdırmağa və təmizləməyə başlamışdı. Hazırda erməni ekspertlər dövlətin bu hərəkətini Rusiyaya jest kimi dəyərləndirirlər. Bu da o demekdir ki, Paşinyan çox ciddi cəhdlə Putinin könlünü almağa çalışır. Azərbaycan Ordusu isə cəbhədə hər keçən gün irəliləyir.
Şuşadakı Erməni kilsəsinin vurulduğu bildirilir. Hələlik heç bir tərəfdən rəsmi açıqlama yoxdur. @hebmun
Cenevrə konvensiyasına əsasən müharibədə əsir düşənlərin üzlərinin aydın fotolarını, ad soyadını çəkib paylaşmaq olmaz. Sizə məsləhətim sizin də məlum şəxslərin fotolarını paylaşmamağınızdır. Bütün kanallara müraciət edirəm, etməyək bunu, cinayətdir. Paylaşdı: Cavid Ağa
Ermənistanda qəhrəman elan edilən və reklam lövhələrinə vurulan şəkildəki əsgər Albert Ovannisyanın rəsmi olaraq öldüyü təsdiqləndi. Döyüşlər başlayandan bu şəkil Ermənistanda xeyli məşhurlaşmışdı. Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib.
Paşinyanın oğlu cəbhə xəttinə göndərilib. Anası xəbəri təsdiqləyib. Xəbəri Rusiyanın RİA Novosti agentliyi yayıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistan tərəfdən atılan ballistik raket ilk dəfə canlı yayım zamanı kameralara tuş gəldi. İzləyin və maksimum paylaşın. Kanalımı qeyd etməyi unutmayın: @hebmun
Bərdənin Qasımbəyli kəndi ərazisinə atılan “Toçka-U” raketinin düşdüyü yer. Foto: Anar Kəlbiyev
Gəncədə raket dağıntıları altında həyat davam edir. İnsanlar gündəlik iş və yaşamlarına davam edirlər.

Foto: Aziz Karimov
Bakının üzərində Ermənistan tərəfdən atılan raketin izi görüntülənib. Raketin Azərbaycan HHM tərəfindən havada vurulduğu deyilir. Məkan: Yeni Yasamal @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Goranboyun Aşağı Ağcakənd polis bölməsinə atılan ballistik raketin nəticəsi
Bu günün dezinformasiyaları:

- Şəhid Turqut Xəlilbəylinin şair Xəlilrza Ulutürkün nəvəsi olması yalandır. Biri Salyanlıdır, digəri Şərur.

- İlham Əliyevin "Qubadlı işğaldan azad olunub" tweeti saxtadır.

- Bakı ətrafı harasa qrad düşməyi yalandır, HHM havada zərərsizləşdirib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan Ordusunun əsgərləri qarşı tərəfin hərbçilərini zərərləşdirdikdən sonra irəliləyirlər @hebmun
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Los Angelesdə toplaşan bir qrup ermənilərin davranışları sosial mediada müzakirə mövzusu olub @hebmun
Forwarded from AzadlıqRadiosu
Media is too big
VIEW IN TELEGRAM
🎥Özəl reportaj: 180 manatını orduya verən Hikmət baba: “Zənglərin ardı-arası kəsilmir”

@azadliqkanali Şəkidə Hikmət Musayevin evində olub
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güneydəki azərbaycanlılar cəbhə bölgəsindəki müharibəni bu cür izləyirlər @hebmun
20 il həbs cəzası almış Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə: “Müharibə başlanan gündən bitən günə kimi siyasi məhbus statusumu dondururam”.
Forwarded from AbzasMedia
Bu günə qədər Azərbaycanın raket zərbələrinə məruz qalmış şəhər və rayonları.