Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
🔥 Hazırda Tərtər-Ağdərə istiqamətində şiddətli döyüşlər gedir

🚀 Ermənilər Tərtəri və ətraf kəndləri artilleriya atəşinə tutur

🇹🇷 🇦🇿 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib

⚰️🤕 Baş Prokurorluq: "27 nəfər mülki vətəndaş həyatını itirib, 141 nəfər dinc sakin yaralanıb"
🇹🇷 Mövlud Çavuşoğlu: "Dünya başlayıb, Atəşkəs, Atəşkəs. Atəşkəs olsa nə olacaq, bu vaxta qədər olub, nə oldu? 30 ilə yaxındır, atəşkəsdir, heç bir nəticə əldə olunmayıb axı".
Forwarded from Meydan TV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini atəşə tutması nəticəsində şəhərin Mərkəzi bazarına bir ədəd raket mərmisi düşüb və nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Müdafiə Nazirliyi: "Zakir Həsənov düşmən qüvvələrinin darmadağın edilməsinin davam etdirilməsini tapşırdı".
Xocavənd rayonundakı Hadrut qəsəbəsinin merinin yataq otağı
🇦🇲🇦🇿 Ermənistan MN: “Azərbaycan ordusu Dağlıq Qarabağın cənub istiqamətindən hücuma başladı”.
Fransanın keçmiş təhsil müşaviri, siyasətçi Laurent Wauquiez Ermənistana və separatçı terroristlərə açıq dəstəyini ifadə edib, onlara yardımlar yığıb, göndərəcəyini bildirib. Bu heç, arxa fonda da xəritə paylaşılıb, ən az 3 ölkənin ərazisinə torpaq iddiası olan "Böyük Ermənistan" xəritəsidir. Avropalı siyasətçilər özlərini terrorçu kimi aparıb, sonra "Azorboycon Soroyodon torrorco gotoror" hoqqabazlığına girməməlidir.
😎 Bakıda qaldırılan maraqlı şüar
İsraildən sonra Azərbaycana ən çox hərbi yardım edən Ermənistandır. Bu gün yenə 3 tank, silah, sursat gətiriblər.
Şuşada qondarma ölkənin prezidentinin and içmə mərasiminin təşkil edildiyi zaldır. Foto Reuters agentliyinə məxsusdur. #itiqovankimi
🇦🇿🇦🇲 Paşinyan: “Münaqişələr qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ hazırdır, Ermənistan da Azərbaycanın getməyə hazır olduğu güzəştlərə hazırdır.” Mənbə: RIA
ASAN Xidmətin əməkdaşı Orxan Cəfərov yazır:


Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm. Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxırdım ki, qayıtdı ki, azdı? Dedim ay baba sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdi bu...

Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı.. Hər iki ayaqqabısı ortadan bölünmüşdü..Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi...

Sonda "Əsgərə məktub" da yazıb elə getdi.. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi...
- Cəbhədə döyüşlər davam edir. Cəbrayılın Şükürbəyli kəndi işğaldan azad olunduqdan sonra videosu yayılıb.

- Ermənistan MN D.Qarabağda daha 40 hərbçisinin öldüyünü açıqladı. Ümumi olaraq rəsmi 280 itki, qeyri-rəsmi 6000+

- Ermənistan ordusu tərəfindən Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayon kəndləri atəşə tutulur.

- Bu dəqiqələrdə həm Xankəndi, həm də Şuşadakı hərbi bazalar bombalanır.
Putin ilk dəfə Qarabağ haqqında danışdı: "Bu faciədir. Ən qısa zamanda hərbi əməliyyatlar durdurulmalıdır. Ermənistanla müttəfiqlik öhdəliklərimizi yerinə yetirməyə hazırıq. Amma hərbi əməliyyatlar Ermənistanın ərazisində getmir". Mənbə: RİA
Putin deyir ki, baş verənlər faciədir, döyüşlər dayandırılmalıdır, o heç. Amma Rusiyanın əraziyə müdaxiləsi mümkünsüzdür, çünki döyüş Ermənistan ərazisində yox, Azərbaycan ərazisində gedir. Mənə, yəni mən Həbibə görə Azərbaycan rəsmiləri çalışmalıdır ki, Ermənistanın provakasiyalarına uymasınlar ki, hələ uymurlar, bu yaxşıdır. Azərbaycanın digər şəhərlərinin bombalanması məhz buna planlanıb ki, Azərbaycan ordusu da eyni hərəkətlə Ermənistana cavab versin.
Ağdərə (Mardakert) Azərbaycan Silahli qüvvələrinin atəşindən sonra
🇦🇿 İndiyə qədər 29 mülki şəxs öldürülüb, 144 nəfər yaralanıb. 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız vəziyyətə düşüb.

🇦🇲 Ermənistan İranı Azərbaycan Ordusunun əməliyyətlar zamanı Araz çayı yaxınlığındakı sərhədi keçməsinə icazə verməməyə çağırdı. Mənbə: TASS

🇮🇷 Azərbaycan İrana düşən mərmilərə görə rəsmi Tehrandan üzr istəyib. Mənbə: Tasnim

📞 Paşinyan son 10 gündə 5-ci dəfə Putinə zəng edib, ad gününü təbrik edib. Araya Qarabağ söhbətini də qatıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Jurnalist Heydər Mirzə: “Azərbaycan əsgərinin Ağdərə istiqamətindəki zəfərləri Tərtər çayının suyuna yol açdı…”
DİQQƏT FAKE: Azərbaycan əsgərinin güya əsir düşdüyü barədə məlumat yayılıb. Görüntüyə baxdıqda hərbçinin üzü səliqəli şəkildə saqqallıdır. Azərbaycan ordusunda saqqal saxlamaq qadağandır.