Ormilitarism
İran indi Səudiyə Ərəbistanını vursa necə olacaq ki ?
Bu pakt İrana qarşı qurulmayıb. İsrail və BƏƏ-yə qarşı qurulub.
👍2
İsrailin xaos və müharibəylə bəslənən bir dövlət olması, onun mümkün növbəti düşmənlərini diqqətli və ehtiyatlı hərəkət etməyə vadar edir. İsrailin həm ərəb ölkələri ilə olan mübarizəsi, həm də Türkiyə ilə qarşıdurması bu 2 bloku bir-birinə yaxınlaşdırır. Çox yaxında Misirin də bu ittifaqa daxil olacağı gözlənilir. İsrail isə Kipr, Yunanıstan və Hindistanla bir blok qurmaqdadır. Hindistanın bu cinahdakı mövcudluğu Pakistanı da qarşı həmlə etməyə vadar edir və Pakistan da Türkiyə və Səudiyyəyə qoşulur. Türkiyə Yunanıstan və İsrailə qarşı, Səudiyyə İsrailə qarşı, Pakistan Hindistana qarşı. Bu ölkələr ittifaqların önəmini yaxşı anlayırlar və İrandan fərqli olaraq regionda hər kəsə düşmən kəsilməməli olduqlarını başa düşürlər. Məsələn, Səudiyyə ilə Türkiyə çox yox, 6-7 il əvvəl qanlı-bıçaqlı idi, lakin ortaq düşmən və Afrikada üst-üstə düşən mənafelər aradakı buzları əritməyi bacardı. İranın ən böyük səhvi müttəfiqləri üçün əlini daşın altına qoymamaq oldu. İndi eyni xətanı yeni blok ölkələrinin edib-etməyəcəyini biz önümüzdəki illərdə görəcəyik. İstənilən halda regionda tam yeni güc balansı formalaşmaqdadır
👍4
HAARPlatform
İsrailin xaos və müharibəylə bəslənən bir dövlət olması, onun mümkün növbəti düşmənlərini diqqətli və ehtiyatlı hərəkət etməyə vadar edir. İsrailin həm ərəb ölkələri ilə olan mübarizəsi, həm də Türkiyə ilə qarşıdurması bu 2 bloku bir-birinə yaxınlaşdırır.…
Yeni ittifaqların yaranması köhnə alyansların yoxa çıxdığı anlamına gəlməsə də, zəiflədiyini bariz göstəricisidir. Məsələn, Səudlar ABŞ-yə 1 trilyon investisiya yayırdılar, amma ABŞ-nin prioriteti hələ də İsraildir və anladılar ki, 1 yox 10 trilyon da versələr, bu dəyişməyəcək və başladılar yeni müttəfiqlər axtarmağa. Türkiyə isə nə NATO-ya güvənə bilər, nə ABŞ-yə, beləcə Türklər də yeni çıxış yolları axtarır.
👍3👏1
Forwarded from ŞEDEVR +
ŞEDEVR +
⚡️Növbəti mərhələdə Misir “Məkkə sazişi”nə qoşulacaq. (Türkiyə XİN) ✅ t.me/shedevrplus
Srağagün yazdığım kimi, Misir də bura daxil olacaq, amma bəzi problemlər aradan qalxmalıdır. Ümumiyyətlə, dünən Hakan Fidan anlaşma ilə bağlı müsahibə verdi və bir çox qaranlıq məqama toxundu. İttifaq NATO tiplidir və əlavəedimlər olacaq. Barəsində danışıqlar 2 il 8 ay idi davam edirmiş, yəni 7 oktyabr hücumundan sonra. Bu isə ittifaqın başlıca olaraq İsrailə cavab məqsədli qurulduğunu təsdiqləyir. İran və Husilərin Səudiyyəyə hücumlarının anlaşmaya daxil olduğunu, amma Səudlar kömək çağırmadıqca heç nəyin baş tutmayacağını da bildirdi nazir. Hətta gələcəkdə İranın da alyansa daxil ola biləcəyini dedi (əlbəttə ki, regional ambisiyalardan əl çəkib, stabillik qurmağı bacararsa)
👎1
HAARPlatform
Srağagün yazdığım kimi, Misir də bura daxil olacaq, amma bəzi problemlər aradan qalxmalıdır. Ümumiyyətlə, dünən Hakan Fidan anlaşma ilə bağlı müsahibə verdi və bir çox qaranlıq məqama toxundu. İttifaq NATO tiplidir və əlavəedimlər olacaq. Barəsində danışıqlar…
Onsuz da hazırda Misir, Səudiyyə, Türkiyə və Pakistan R-4 adı verilən, lakin qeyri-rəsmi blokdadırlar. 3 ölkə ittifaqı rəsmiləşdirdi. Qalıb 4-cü
Dünən İsrail Türkiyədən 50-60 km uzaqda olan Suriya şəhəri İdlibi bombalayıb. ABŞ icazə verməyə-verməyə vurub. Türkiyə heç bir reaksiya verməyib (verə bilməyib?). Əslində İsrailin İdlibi vurmasıyla, Türkiyənin öz torpağını vurması arasında çox bir fərq yoxdur. Çünki bu gün buranı vuran, sabah Hatayı da vurar. İsrail seçkilərdi, bununla bağlı Trump seçkilərə qədər yola verin demiş ola bilər, amma hara qədər belə davam edəcək? Türkiyəyə indiki vəziyyətdə qarşıdurma qətiyyən sərf etmir. Nə Eurofighterlar gəlib, nə Kaan hazırdı, nə də HHM şəbəkəsi. Sabah nə olacağını bilmək olmur artıq. Məkkə sazişinin önəmi gün kimi aydındır
👎3❤1
HAARPlatform
Dünən İsrail Türkiyədən 50-60 km uzaqda olan Suriya şəhəri İdlibi bombalayıb. ABŞ icazə verməyə-verməyə vurub. Türkiyə heç bir reaksiya verməyib (verə bilməyib?). Əslində İsrailin İdlibi vurmasıyla, Türkiyənin öz torpağını vurması arasında çox bir fərq yoxdur.…
ABŞ-nin Türkiyə və Suriya elçisi Barrak:
Dünən Türkiyə və İsrail müharibənin bir addımında idilər
Dünən Türkiyə və İsrail müharibənin bir addımında idilər
👎1
HAARPlatform
Rusiyanın nəhəng e-ticarət şirkəti Wildberries-ə məxsus ən böyük 10 anbardan 5-i külə çevrilib. Çox uğurlu kompaniya gedir hazırda
Kompaniya böyük anbarların hamısının külə çevrilməsi ilə sona çatdı. İndi növbəti nəhəng e-ticarət şirkəti Ozonun sırası çatıb. İlk anbar vurulub gecə və ardı gələcək
❤3👍2
Forwarded from azOSINT
CIA sədri John Ratcliffe bu gün Moskavaya öncədən elan edilməmiş qəfil səfər edib.
Sonuncu dəfə CIA sədrinin belə qəfil səfəri 2021 oktyabr ayında baş tutmuşdu. Putinin işğal planının dəqiq kəşfiyyatını 5 ay öncədən almış William Burns Putini fikrindən daşındırmaq üçün birbaşa Kremlə getmiş, lakin buna nail ola bilməmişdi.
Qeyd edim ki, son bir həftədə Kalininqrad ətrafında NATO-nun irimiqyaslı hərbi təlimləri keçirilir və Baltik ölkələrinin müdafiəsi məşq edilir.
Putinin növbəti hədəfinin Baltikyanı ölkələr olacağı barədə son 2 ildə bir neçə dəfə fikrimi bildirmişəm, və Ukraynada savaşın dayandırılmayacağı halda bunun hər keçən gün daha da artan ehtimal olduğunu düşünürəm. Təbii ki, bu bir günün işi deyil və siqnalları öncədən çox bəlli olacaq, baş verərsə.
Təbii ki, Ukrayna müharibəsinin dayandırılması ilə bağlı irəli mərhələdə olan hansısa bir planın müzakirəsi də səfərin səbəbi ola bilər. Lakin bu normalda yüksək səviyyəli diplomatik kanallarla da aparıla bilər. Kəşfiyyat rəhbərinin belə bir səfərinin zərurəti çox nadir hallarda yaranır.

❤2
azOSINT
CIA sədri John Ratcliffe bu gün Moskavaya öncədən elan edilməmiş qəfil səfər edib. Sonuncu dəfə CIA sədrinin belə qəfil səfəri 2021 oktyabr ayında baş tutmuşdu. Putinin işğal planının dəqiq kəşfiyyatını 5 ay öncədən almış William Burns Putini fikrindən daşındırmaq…
Ukrayna ilə bağlı deyil, 100%. Çünki çox qısa çəkib səfər və artıq şef geri qayıdır. Xəbərdarlıq idi, amma Baltiklə bağlı ya İranla bağlı onu bilə bilməyəcəyik təəssüf
❤4
YPG rəsmi şəkildə dağıldı. Beləcə, Suriyada vahidlik bərpa olundu. Bu xəbərin fonunda bir neçə gün öncə oxuduğum rəyi paylaşım
PKK Türkiyənin 50 ildir bitirə biləcəyi, amma qəsdən bitirmədiyi "süni təhdid" - dən başqa bir şey deyildi.
Bəs bu süni təhdid nəyə lazım idi? Türkiyənin regional miqyasda da olsa imperialist ambisiyalarının icrasına şərait yaratmağa, Türkiyənin özünün hərbi-texnoloji nəhəngə çevrilməsi üçün lazımi təhlük obrazı ehtiyacını doldurmağa və Türkiyədə demokratik dayaqların sarsılmasına və beləcə otoritar rejimin qurulmasına yol açacaq uzun prosesin tətikləyicisi olmağa.
Qısası, Türkiyə 50 il idi ki, PKK-dan istifadə edirdi, indi isə bütün istəklərini reallaşdırmağı bacarıb (İraqda, Suriyada, Liviyada Türk hərbi varlıqları, Türkiyənin hərbi sənayesinin son illər uçuşa keçməsi və Ərdoğanın mütləq idarəetməyə malik olması). Artıq PKK-ya ehtiyac yoxdur və ortadan qaldırılır
Rəyin müəllifi indiki adı DEM olan HDP (kürd) partiyasının keçmiş deputatıdır

❤5😁1🤔1
Bunlarla paralel, ABŞ MN müavini Brüsselə gəlib və bir sıra vacib görüşlər keçirəcək, həm NATO baş katibi ilə, həm ABŞ EUCOM şefi ilə. Düzdü, səfər öncədən planlanmışdı, amma CIA şefinin səfərindən sonraya düşməsi, güman ki, təsadüf deyil. Bu şəxsin önəmi ondadır ki, o, əsasən, nəhəng miqyasda hərbi əməliyyatların və planların dəyişikliyinə nəzarət edir (operational shifts). Yəni alınan cavaba görə Avropa yeni müdafiə, yaxud əks-hücum strategiyasına keçməyə başlaya bilər
❤4👍1
Bilirsiniz, Rus elitasının, ələlxüsus Putinin necə düşündüyünü, beyninin necə işlədiyini doğru anlamaq lazımdır. Əks halda baş verənlərin niyə baş verdiyi anlaşılmaz olacaq.
Mən əminəm ki, bütün ordularda bu var. Sadəcə nisbi az, yaxud çox. Söhbət üst vəzifəlilərə yalan raport verməkdən gedir. Bu tendensiya Rusiyada maksimum həddədir. Yəni Putinə verilən izahatlara görə bu il sonuna qədər Donbas alınacaq, ya nəbilim Kiyevdə istilik tapılmayacaq və s. Və siz anlamalısınız ki, Putin İnstagramda və ya Tiktokdakı edit videolarınsa göstərilən kimi hər şeyi bilən, hər şeydən xəbəri olan adam deyil, həm də qətiyyən deyil.
CIA şefi Moskvaya gəlib və bəllidir ki, vacib nəsə müzakirə edilməlidir. Amma özü keçmiş kəşfiyyat işçisi olan Putin bu görüşdə iştirak etməyi belə özünə ar bilir. Və problem ondadır ki, o görüşdə iştirak edən rus kəşfiyyatı Putinin qulağını yenə yalan vədlərlə dolduracaq.
İndiki Putinlə 1944-45-dəki metamfetaminin təsirindən milyonlarla əsgəri yuxuda idarə edən Hitlerin arasında heç bir fərq yoxdur. Putin üçün ən ideal təxəllüs İngilislər dediyi kimi "delusional", yəni "xülyalar aləmində yaşayan" olar
Xülasə, Rusiyadan məntiqli addım gözləməyin. Bu o demək deyil ki, mütləq axmaq bir qərar veriləcək. Qətiyyən, lakin verilsə, niyə verildiyini anlamış olun

👏4❤3👍2
HAARPlatform
Bilirsiniz, Rus elitasının, ələlxüsus Putinin necə düşündüyünü, beyninin necə işlədiyini doğru anlamaq lazımdır. Əks halda baş verənlərin niyə baş verdiyi anlaşılmaz olacaq. Mən əminəm ki, bütün ordularda bu var. Sadəcə nisbi az, yaxud çox. Söhbət üst vəzifəlilərə…
Hətta bir neçə gün öncə Türkiyə XİN Hakan Fidanıb müsahibəsindən bir az paylaşım etmişdim. Fidan o intervyuda belə bir cümlə işlətdi:
- Tərəflər (Rusiya və Ukrayna) elə bir nöqtəyə gəlib çatıblar ki, döyüşmək, müharibəni sonlandırmaqdan daha cəlbedici gəlir
- Tərəflər (Rusiya və Ukrayna) elə bir nöqtəyə gəlib çatıblar ki, döyüşmək, müharibəni sonlandırmaqdan daha cəlbedici gəlir
👍3❤2
Zelenski bu gün çox vacib xəbərdarlıq edib:
Rusiya hava məkanını de-fakto bağlayacağıq. Yəni Rusiya üzərində sərnişin təyyarələri belə uçmayacaq.
Həddən artıq ciddi xəbərdir. Mənim şübhələrim var, ona görə gözləyək önümüzdəki period necə keçəcək. Amma əgər doğrudursa, çox çox əhəmiyyətli etap olacaq

👍3❤1
HAARPlatform
Bu arada illərdir Yəməndəki 3-lü bölünmə artıq 2-yə düşdü, həm də 1 həftənin içərisində. Artıq Yəmən rəsmi hökuməti Ənsərallah xaric bütün Yəmənə nəzarət edir
İndi isə Husilərlə Yəmən dövləti müharibəyə başlayıb. Gözləyək
HAARPlatform
İndi isə Husilərlə Yəmən dövləti müharibəyə başlayıb. Gözləyək
Dünəndən bu günə husilər böyük irəliləyiş əldə edib və çox yaxında Bab-əl-Məndəb boğazına mütləq nəzarəti ələ keçirə bilərlər.
👍1
Hörmüzə ən böyük alternativ olan Səudiyyə üzərindəki Şərq-Qərb neft boru kəməri dünən vurulub və maraqlıdır ki, vuran husilər yox, iraqlı hərbi birləşmələrdir.
👍2
İran düz 2 aydır ki, dəniz yolu ilə 1 damla belə neft sata bilmir (Tanker Trackers)
👍1