Guney AZfront
4.06K subscribers
15.1K photos
6.67K videos
4 files
8.94K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Güneyli sakin İran hökumətinin yalanını ifşa edib: dövlət saytlarının Urmiya gölü səviyyəsinin 70 santimetrə qədər qalxması barədə məlumatı yalan çıxıb.

#Urmiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xoy şəhərinin “Simaye Roshd” Təhsil Texnologiyalarının İnkişafı İnstitutunun qızları Urmiya gölünün qurumasına diqqət çəkmək üçün mahnı ifa ediblər. 

#GuneyAzerbaycan #Urmiya
Urmiya hava limanı vasitəsilə hər gün 700-dən çox sərnişin daşınır

Qərbi Azərbaycan Hava Limanlarının baş direktoru Urmiya Hava Limanından gündəlik yeddiyə yaxın reysin həyata keçirildiyini bildirərək deyib: “Bu il Urmiya Hava Limanından orta hesabla hər gün 710 sərnişin daşınıb”.

#Urmiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İllərdir Şəhərçay çayının Urmiya gölünə axmasının qarşısını alan molla rejimi bir həftə əvvəl axır ki çayın qarşısında quraşdırılan bəndi açıb.

Qeyd edək ki, Urmiya gölünə axan çayların qarşısında 103 bənd var. Gölə axan, lakin önü kəsilən çaylar bunlardır: Azlıçay, Acıçay, Sufiçay, Zarrinehçay, Taavuçay, Rövzəçay (Qoduqboğan), Leylançay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıqçay.
 
Sözügedən gölün ərazisi 5960 kvadrat kilometrdir. Əvvəllər göldə 32 milyon kubmetr su var idisə, indi həmin rəqəm 3 milyona enib.

#GuneyAzerbaycan #Urmiya
Ətraf Mühit Təşkilatı: Urmiya gölünün səviyyəsinin aşağı salınması iddiası yalandır

Ətraf Mühit Təşkilatı: “Virtual məkanda yayılan statistikalar yalandır və çərşənbə axşamı açıqlanan son statistika gölün səviyyəsinin 2021-ci illə müqayisədə artdığını göstərir. Urmiya gölünün hazırkı vəziyyəti münasib və məqbuldur və quruma prosesi dayandırılıb”.

#GuneyAzerbaycan #Urmiya
Ekoloq Abbas Məhəmmədi: Urmiya gölünün quruması hakimiyyətin qaydasız fəaliyyətləri ilə bağlıdır

“Son illər Energitika Nazirliyinin on milyardlarla dollar hesabına inşa etdiyi bəndlər faydasız olub, Urmiya gölünün quruması ilə yanaşı, otlaqların, tarixi yerlərin və dəyərli torpaqların su altında qalaraq məhv olması ilə nəticələnib”. Bu sözləri "Dideban Kuhestan" Assosiasiyasının başçısı və ətraf mühit fəalı Abbas Məhəmmədi deyib.

O, Urmiya gölünün hazırkı durumunun acınacaqlı olduğuna diqqət çəkərək, prosesin belə davam edəcəyi təqdirdə təbiət abidəsinin tamamilə quruyacağı barədə xəbərdarlıq edib.

"Gölə axan çayların qarşısında onlarla bənd tikilib və bu, Urmiya gölünün su ilə təmin olunmasının qarşısını alıb", – deyə ekoloq bildirib.

Abbas Məhəmmədi son mövsümi yağıntılardan sonra göldə su həcminin nisbi şəkildə artmasını aldadıcı adlandırıb, gölün bərpası üçün həm də bölgədə aparılan qeyri-üsuli və çox su tələb edən məhsulların əkininin dayandırılmalı olduğunu söyləyib.

#GuneyAzerbaycan #Urmiya
Su-bataqlıq ekosistemlərinin idarə olunması üzrə ekspert Əli Ərvahi bildirib ki, bu il yağıntıların normaya yaxın olmasına baxmayaraq, Urmiya gölünün vəziyyəti hələ də çox təhlükəli durumdadır.

#Urmiya
Media is too big
VIEW IN TELEGRAM
İran prezidenti Məsud Pezeşkian jurnalistin “İran dövləti Urmiya gölünü niyə qurutdu?” sualını cavablayıb.

#Urmiya
Media is too big
VIEW IN TELEGRAM
Türkiyənin “TRT Avaz” kanalının Urmiya haqqında reportajı. Reportaj zamanı Urmiya gölünün qurumasına toxunulub.

#Urmiya
Molla rejiminin yalan iddialarının əksinə olaraq Urmiya gölünün su həcmi azalıb

Tanınmış ekoloq və ətraf mühit mütəxəssisi Məhəmməd Dərviş: Urmiya gölünün bərpası ilə bağlı iddialar həqiqətə uyğun deyil və 3 il əvvəllə müqayisədə göldə suyun miqdarı daha da azalıb. 6 iyun 2021-ci ildən 6 iyul 2024-cü ilə kimi olan müddət ərzində Urmiya gölündə suyun səviyyəsi daha 62 sm azalıb”.

Məhəmməd Dərviş gölün bərpasına cavabdeh olan qurumların verdiyi məlumatların şişirdildiyini söyləyib.

Dərviş həmçinin deyib: "Urmiya gölünün normal ekoloji həddə çatması üçün onun su səviyyəsinin dəniz səviyyəsindən 1274,10 metrə qədər yüksəlməsi və sahəsinin 4635 min kvadrat kilometrə çatması lazımdır".

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə axan çayların qarşısında bənd tikməklə gölü qurudub.

#Urmiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Urmiya gölünün vəziyyəti 

Vaxtı ilə yerli və xarici turistləri qəbul edən bu göl ləyaqətsizliyin kölgəsində ölümə yaxınlaşıb. Amma turizm və mədəni xüsusiyyətlərindən başqa, Urmiya gölünün ölümü Azərbaycanda, İranda və bəzi qonşu ölkələrdə duz fırtınalarına səbəb olacaq, bütün təsərrüfatları və həyatı məhv edəcək, ağciyər, dəri xərçəngi və hər cür xəstəliklərə səbəb olacaq. 

Gölün ətrafında quyuların qeyri-müntəzəm qazılması, bu gölün sututucularında prinsipsiz kanal və bəndlərin yaradılması, laqeydlik və düzgün idarə olunmama bu vəziyyətin yaranmasına səbəb olub.

Güneylilər İran Prezidenti Məsud Pezeşkiandan xahiş edirlər ki, kabinet formalaşandan sonra ilk fürsətdə Urmiya gölünün dirçəlməsi ilə məşğul olsun və Ermənistan tərəfindən Arazın çirkləndirilməsinin qarşısını alsın.

#Urmiya
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycanın milli fəalı Kərim İsmayılzadə Urmiya gölünün acınacaqlı vəziyyəti haqqında məruzə edib. Açıqlamada deyilir ki, bəzi ərazilərdə suyun səviyyəsində artım müşahidə olunur, lakin bu artım nisbidir.

#GuneyAzerbaycan #Urmiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çoxlu sayda azərbaycanlı və turist istirahət etmək üçün Urmiya gölünün sahilinə yollanıb.

#GuneyAzerbaycan #Urmiya