Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti
1.47K subscribers
7.45K photos
52 videos
1.34K links
Gəncə Şəhər İcra Hakimiyyəti
Download Telegram
Niyazi Bayramov Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyada vətəndaşlarla görüşüb

Daha ətraflı:
https://t.ly/OKfqt
Gəncənin "Xəmsə" Rəqs Ansamblı “KƏPƏZ 2025” kubokunun sahibi olub

Gəncə şəhərində "KƏPƏZ" Rəqs Kuboku incəsənət rəqs müsabiqəsi keçirilib. Müsabiqə "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Asossiyasiyası"nın birgə təşkilatçılığı ilə Gəncə Dövlət Milli Dram Teatrında təşkil olunub.

Rəqs müsabiqəsinə Bakı və Gəncə şəhərindən, o cümlədən Azərbaycanın digər bölgələrindən çox sayda iştirakçılar qatılıblar. Onlar müxtəlif yaş qruplarına uyğun olaraq “Gimnastik” rəqs, “showdance”, “hip-hop”,“modern, klassik, Dünya xalqları rəqsi, Folklor stilizasiya, Folklor “show” kimi rəqs növləri üzrə çıxış ediblər.

"KƏPƏZ" kubokunun sahibi - GRAND PRİ mükafatına layiq görülən komanda Gəncə şəhərindən Sənan Cavadovun bədii rəhbərliyi altında fəaliyyət göstərən "Xəmsə" Rəqs Ansamblı olub və qalib komanda "Azərbaycan Çempionlar Liqası"nda iştirak etmə hüququ qazanıb.

Müsabiqədə çıxışları ilə fərqlənib birincilik qazanan komandalar isə "Azərin", "Asiman" və "Yalkyn" rəqs kollektivləri olub.
Gəncə Dövlət Milli Dram Teatrı "Bölgə teatrlarının Bakı premyeraları" layihəsində iştirak edib

29 Oktyabr 2024-cü il tarixindən etibarən Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə "Bölgə teatrlarının Bakı premyeraları" layihəsinə başlayıb.

Layihənin budəfəki qonağı Gəncə Dövlət Milli Dram Teatrı olub. 05 fevral 2025-ci il tarixində türk yazıçısı Birgül Yeşiloğlu Gülerin əsəri əsasında rejissor Elşad Əhmədovun quruluş verdiyi "Qadınlar danışsalar..." tamaşası uğurla nümayiş olunub.

Tamaşanın nümayişindən sonra Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru və tamaşanın quruluşcu rejissoru Elşad Əhmədova Akademik Milli Dram Teatrının diplomunu təqdim edib.
Azərbaycan Texnologiya Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Rumıniyanın aparıcı universitetlərindən biri olan İaşi Texniki Universiteti (TUIASI) arasında əməkdaşlığın zənginləşdirilməsinə yönəlmiş anlaşma memorandumu imzalanıb.

Sənədə Rumıniyanın İaşi şəhərində hər iki universitetin rəhbərliyi tərəfindən imza atılıb.

Perspektivli tərəfdaşlığı əhatə edən əməkdaşlıq memorandumu innovasiyaların təşviqi və qlobal akademik icmanın yetişdirilməsi istiqamətində mühüm addımdır.

Memorandum Azərbaycan və Rumıniya arasında akademik mübadilə, birgə tədqiqat və mədəni anlaşmanı təşviq etmək, texnoloji təcrübəni genişləndirmək, tələbələrə və tədqiqatçılara bilik mübadiləsi və innovasiya üçün daha geniş platforma vəd etmək məqsədi daşıyır.

Sənəd hər iki qurumun qlobal təhsil şəbəkələrini inkişaf etdirilməsinə və əmək bazarının tələblərinə cavab verən məzunların yetişdirilməsinə diqqətinin təzahürüdür.
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək

Aprelin 25-də AMEA-nın Gəncə bölməsində “Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.

Tədbirdə ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən hər kəs iştirak edə bilər.

Konfrans “XI-XII əsrlər Azərbaycan intibahı və Gəncə ədəbi-mədəni mühiti”, “Gəncə intibahına aparan yollar”, “Məhsəti dövründə yaşayıb-yaratmış qadın şairlər və “Nüzhətül-məcalis”də adları çəkilən gəncəli şairlər”, “Şərq ədəbiyyatında xəmsəçilik ənənələri”, “Dünya ədəbiyyatının Nizami mərhələsi”, “XIX əsrin I yarısında yaşamış şairlər: Kazım ağa Salik, Əbdürrəhman ağa Şair, Mirzə Şəfi Vazeh”, “XIX əsrin ikinci yarısında Gəncədə maarifçiliyin təşəkkülü və inkişafı”, “XX əsrdə və müstəqillik illərində Gəncə ədəbi-mədəni mühiti”, “Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri” mövzularını əhatə edəcək.

Məqalələrin qəbulu aprelin 14-dək davam edəcək.
İnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar mərkəzinin təşkilatçılığı ilə oyun tərtibatı proqramı layihəsinə start verilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “IGDA Azerbaijan”-ın təşkilatçılığı ilə oyun tərtibatı təlimi keçirilib.

Mərkəzin direktoru Elvin Ağayev, İGDA Azərbaycanın rəhbəri İlqar Əlirzayev çıxış edərək iştirakçılara layihə haqqında məlumat verib. Bildirilib ki, layihə fevral-may aylarında Gəncə şəhərində oyun tərtibatına maraq göstərən gənclər üçün keçiriləcək.

12 təlim və masterklasdan ibarət layihənin sonunda iştirakçılar oyun dizaynı, proqramlaşdırma və oyun mühərrikindən istifadə üzrə oyun hakatonunda iştirak edəcəklər.