📊| Fariñas, Hansi Flick’in Barcelona’da əsas komandada debüt şansı verdiyi 14-cü oyunçu oldu!
Alman məşqçi artıq Barça tarixində La Masia debütlərinin tezliyinə görə ikinci pillədə qərarlaşıb:
1️⃣ Xavi — hər 8.94 oyundan bir 2️⃣ Flick — hər 9.36 oyundan bir 3️⃣ Rijkaard — hər 10.37 oyundan bir
💎 La Masia’ya inam! #fcbazelive

🔥20❤10👍6
Hansi Flick: "Düşünürəm ki, yaxşı oyun keçirdik. Alavési təhlil etmişdik, lakin onlar tamamilə fərqli oyun üslubu və fərqli futbolçularla meydana çıxdılar. Oyuna nəzarət etdik və müdafiədə diqqətli oynadıq. Oyunda üstünlük tamamilə bizdə idi və hər şey yaxşı alındı. Yaxşı nəticə əldə etdik. Hər şey istədiyimiz kimi getdi.
Alavés yaxşı müdafiə olunurdu, çoxsaylı oyunçularını geriyə çəkmişdilər. Bizə buraxdıqları kiçik boşluqlardan istifadə edərək hücumlar qurmağı bacardıq və bu, çox yaxşı alındı.
Bu gün Barça ilə 100-cü qələbəmi qazana biləcəyimi bilirdim, amma iki məğlubiyyətdən sonra komanda haqqında düşünmək daha vacib idi.
Barselonadakı ilk 100 qələbəmdən çoxlu xüsusi xatirələrim var, amma ən yaddaqalanı ilk EL Clasico qələbəmiz idi. Madriddə 4:0 hesablı qələbə. Bu, inanılmaz idi. Həmin xatirə mənə hər zaman müsbət düşüncələr aşılayır.
Özümüzü bərpa etməliyik. Aston Villa ilə oyuna hazırlaşmalıyıq. Çempionlar Liqasında oynamaq çox xüsusidir. Bu turnirdə oyunlar həmişə çətin keçir.

❤16👍3👎1 1
Frenkie de Jong və Brian Fariñas müdafiədə çox yaxşı çıxış etdilər. Xüsusilə Brianı təbrik edirəm. O, oynamağa layiqdir, çünki oyuna münasibəti və yanaşması hər zaman yüksək səviyyədədir. Onların hər ikisini yüksək qiymətləndirirəm. Çünki onlar öz mövqelərində oynamırdılar. Bizə məhz belə futbolçular lazımdır – komandaya kömək etmək üçün hər şeyə hazır olan oyunçular.
Frenkie de Jong'dan mərkəz müdafiəçisi kimi oynaya bilib-bilməyəcəyini soruşdum və o, müsbət cavab verdi. Hazırda fərqli düşünməliyik, çünki müdafiə xəttində çoxsaylı zədəlilərimiz var.
Oyundan əvvəl əvəzetmələri planlaşdıra bilərik, amma oyun başlayandan sonra bəzən hər şey tamamilə fərqli olur.
Fasilədə Lamine Yamal ilə danışdım. İki qol vurduqdan sonra meydandan çıxmaq daha asan olur. Bu dəqiqələrdə onun özünəinam qazanmağa və qol vurmağa ehtiyacı var idi. O, əla oyun keçirdi və bunu görmək çox xoş idi.
Barselonadakı ilk 100 qələbəmdən çoxlu xüsusi xatirələrim var, amma ən yaddaqalanı ilk EL Clasico qələbəmiz idi. Madriddə 4:0 hesablı qələbə. Bu, inanılmaz idi. Həmin xatirə mənə hər zaman müsbət düşüncələr aşılayır.
Andreas Christensen tezliklə komanda ilə məşqlərə qayıdacaq. Digər futbolçuların qayıdışını isə hələ də gözləyirik." #fcbazelive

❤23👍3👎1 1
📊| Barça tarixində ən çox qol vuran Braziliyalılar:
• Rivaldo: 130 qol
• Evaristo: 105 qol
• Neymar: 105 qol
• Ronaldinho: 98 qol
• Raphinha: 91 qol #fcbazelive
• Rivaldo: 130 qol
• Evaristo: 105 qol
• Neymar: 105 qol
• Ronaldinho: 98 qol
• Raphinha: 91 qol #fcbazelive
❤32👍5🔥2
🚨🎙️| Fermín: "Manchester United’ın marağı? Belə xəbərlərə əhəmiyyət vermirəm. Burada, Barça’da mümkün qədər uzun müddət qalmaq istəyirəm və futbol karyeramı bu klubda bitirməyə ümid edirəm." #fcbazelive
❤47👍5🔥3
RƏSMİ: Barcelona - Aston Villa oyununu italiyalı hakim Davide Massa idarə edəcək. VAR hakimi isə Bastian Dankert olacaq. #fcbazelive
❤23👍5 4
Christensen bu gün komanda ilə keçirilən qrup məşqinin bir hissəsində iştirak edib. #fcbazelive
❤32👍10🔥5🤩4
Anthony Gordon’un mətbuat konfransı:“
❓ Oyunlardan əvvəl mental olaraq “məşq” edirsiniz? Əgər belədirsə, bunu necə edirsiniz?
İstər futbolda, istərsə də ümumilikdə həyatda performansın davamlılığını qorumaq böyük bir sınaqdır. Bu, asan bir şey deyil. Yaxşı bir rutin saxlamaq, kitab oxumaq və hər məşqdə əlimdən gələnin ən yaxşısını vermək kimi özümə uyğun olan şeyləri etməyə çalışıram. Bütün bunlar performansımı artırmağa kömək edir.
Barcelona’dakı bu sınaq fərqli hiss etdirir. Burada mən hər bir titulu qazanmaq üçün rəqabət aparıram. Əvvəlki klublarımdakı bütün təcrübələrdən həzz alırdım, amma çempionluq titulları uğrunda rəqabət aparmaq çox daha xüsusi bir təcrübə verir. Və bu klub mənə bunu hiss etmək şansı verir.
❓ Bir futbolçu kimi nəyi inkişaf etdirmək istəyirsiniz?
Mənim həmişə eyni məqsədim olub, o da hər oyunda qol vurmaq və ya məhsuldar ötürmə verməkdir. Oyunun gedişatını dəyişə bilən oyunçu olmaq istəyirəm. Hiss edirəm ki, hələ də daha çox inkişaf edə və komandanın maraqlarını daha çox ön plana çəkərək oynaya bilərəm.
Bəzən zərbə vurmaq və ya driblinq etmək əvəzinə topu ötürməyi çox seçirəm. Mən buraya komandaya kömək etmək və mümkün qədər çox titul qazanmaq üçün gəlmişəm.
❓ Barcelona’nı məğlub edən hər iki komandanın səviyyəsi sizdən üstün idimi?
Məncə, yox. Bu iki məğlubiyyətə görə məsuliyyət daşıyırıq, lakin bu, onların bizdən daha yaxşı olduğu mənasını vermir. Biz əla komandayıq və istənilən rəqibi məğlub etmək bacarığımız var.
PSG həftəsonu istirahət etmək şansı qazanmışdı, bu səbəbdən onların kifayət qədər böyük üstünlüyü var idi. Real Madrid’lə qarşılaşmada isə əslində qələbə qazanmalı idik. Topa daha çox nəzarət edir və daha yaxşı şanslar yaradırdıq, lakin oyunumuzda nəsə çatışmırdı və bu, bizi qələbədən məhrum etdi.
Daha yaxşı olmaq üçün öyrənməyə davam edəcəyik. Ancaq belə oyunlarda oynamaq fürsətindən çox həzz alıram.
❓ Barcelona oyunçularının keyfiyyətinə uyğunlaşma prosesinizin necə keçdiyini danışa bilərsinizmi?
Proses kifayət qədər çətindir, lakin onların keyfiyyətinə görə deyil. Hələ də onların oyun tərzinə və adətən etdikləri müxtəlif ötürmə növlərinə öyrəşmə mərhələsindəyəm. Buraya gəldiyimdən üç ay keçib və indiyə qədər uyğunlaşma prosesim yaxşı gedir. Ancaq hiss edirəm ki, hələ daha çox şey verə bilərəm. Zaman keçdikcə bunu sübut edə biləcəyimə inanıram.
❓ Azarkeşlərlə münasibətiniz barədə nə düşünürsünüz?
Bunu çox sevirəm. Bir oyunçu olaraq gələnlər də olur, gedənlər də. Həyat belədir. Ancaq cəmi üç ay ərzində azarkeşlər mənə və ailəmə o qədər çox xoşbəxtlik bəxş ediblər ki. Bu, mənim üçün bu klub və azarkeşlər naminə daha çox şey vermək və daha yaxşı çıxış etmək üçün bir motivasiya mənbəyidir. Onlar mənə o qədər sevgi və diqqət göstəriblər. Ümid edirəm ki, bütün bunların qarşılığını onlara çempionluq titulları bəxş edərək verə biləcəyəm”. #fcbazelive

❤15👍2👎2
Hansi Flick’in mətbuat konfransı:”
❓Atletico Madrid’ə qarşı oyun Aston Villa ilə oyun hazırlığınıza təsir edirmi?
Xeyr. Bütün diqqətim növbəti oyuna yönəlib. Şənbə günü Alaves’ə qarşı oynayanda, mən tamamilə o oyuna köklənmişdim. Növbəti oyunlar üçün də eyni şeyi edəcəyəm.
Aston Villa’ya qarşı oyun maraqlı oyun olacaq. Onlar çox güclü komandadır. Unai Emery həm hücum, həm də müdafiə sistemi çox yaxşı olan əla məşqçidir. Əlbəttə, bu, Çempionlar Liqasıdır, ona görə də bu oyun çətin bir sınaq olacaq.
❓ Bu mövsüm Barselona’nın ən böyük sınağı top-komandalara qalib gəlməkdirmi?
Bilirik ki, belə yarış səviyyəsində hər şey ola bilər. Real Madrid’lə qarşılaşanda nəticə əslində fərqli də ola bilərdi. Belə oyunlar həqiqətən xüsusidir, amma bizim hələ də özümüzə inamımız var.
Əvvəlki iki məğlubiyyətə daha çox diqqət yetirməyimiz normaldır. Lakin, mən yenə də komandama inanıram və biz bunu şənbə günü sübut etdik. İndi bütün diqqətimiz Çempionlar Liqasındadır. Turnir cədvəlində ilk 8-liyə düşməyə çalışırıq. Bu hədəfə çatmaq üçün gərgin işləməyə davam edirik.
❓ Gavi ilə danışmısınız? Onun üçün planlarınız nələrdir? O, sağ cinah müdafiəçisi kimi oynamaq üçün bir variant ola bilərmi?
Mən onun sağ cinah müdafiəçisi mövqeyində oynamağını uyğun görmürəm. Hamımız Gavi’nin keyfiyyətini və bacarıqlarını bilirik. O bizim üçün həmişə mövcud variantlardan biridir. Lakin, oyun başlayandan sonra bəzən bu variantdan istifadə etmək mümkün olmur.
❓ Sizcə, Brian Farinas Çempionlar Liqasında oynamağa hazırdırmı? Onun Lamine ilə münasibəti barədə nə düşünürsünüz?
Hər ikisinin yaxşı münasibəti var. Onlar dostdurlar və Alaves’ə qarşı oyunda möhtəşəm çıxış etdilər. Sabah vəziyyətin necə olacağını görəcəyik, çünki o, həqiqətən oynamaq şansına layiqdir. Ancaq başqa bir oyunçunun meydana çıxma ehtimalı da var.
❓ Gerard Martin yenidən sol cinah müdafiəçisi mövqeyində oynaya bilərmi?
Əlbəttə. Bu, Gerard’ın üstünlüklərindən biridir. O, həm sol cinah, həm də mərkəz müdafiəçisi kimi oynaya bilir. O, hələ də komandamızın planlarının bir hissəsidir, ona görə də sabah nə olacağını görəcəyik.
Raphinha möhtəşəm çıxış edir. Əlbəttə ki, onun gücü və oyun xarakteristikası bizim oyun tərzimizə çox uyğundur. O, hücum etmək üçün həmişə boşluqlar tapa bilir və bizim də dəqiq ötürmələr verə bilən oyunçularımız var.”
O, çox diqqətli oyunçudur və komandamızın kapitanıdır. O, həmişə ən yaxşı keyfiyyətlərini nümayiş etdirir və bu, bizim üçün çox vacibdir”.
1/2 #fcbazelive

❤14👍3
Hansi Flick’in mətbuat konfransı:”
❓ Böyük komandalara qarşı iki məğlubiyyətdən sonra bir çox insanın Barcelona”ya şübhə ilə yanaşmağa başlaması sizi təəccübləndirdimi? Sizcə bu şübhələr ədalətsizdirmi?
Xeyr, reallıq məhz belədir. Vəziyyət belədir və biz öz bacarığımızı meydanda sübut etməliyik. Əlimizdən gələnin ən yaxşısını etmişik, ona görə də bəhanə axtarmağa səbəb yoxdur.
Oyunun nəticələri fərqli ola bilər, ancaq oyun səviyyəmiz eynidir. Keçmiş haqqında çox düşünməyi sevmirəm. Ən vacibi növbəti oyundur, əvvəlcə Aston Villa, sonra isə Atletico Madrid.
Bizim qarşıya qoyulan hədəflərə çatmaq üçün imkanlarımız var. Heç nə dəyişməyib və biz hər gün çox işləməyə davam edirik. Bu kimi şeylər tamamilə normaldır. Futbol hər zaman belə şeyləri ön plana çıxarır. Əgər mən bir jurnalist kimi sizin yerinizdə olsaydım, mən də mütləq komandanın məğlubiyyətini və zəif cəhətlərini müzakirə edərdim. Bu, normal bir haldır.
❓ Sizcə, zəifləmiş müdafiə xətti hazırda komandanın əsas problemidirmi?
Düşünürəm ki, bir az səbirli olmalıyıq, çünki hazırda müdafiə xəttində yalnız dörd oyunçumuz var. Zədəli müdafiəçilərin vəziyyətinə baxdıqda, belə bir vəziyyətlə başa çıxmaq bizim üçün qətiyyən asan deyil.
Frenkie’nin zədədən qayıtdığını və o mövqedə oynayaraq komandaya kömək etməyə hazır olduğunu dediyini görəndə, bu, möhtəşəm bir şeydir. Eyni şey Farinas’a da aiddir.
Əgər zədəli oyunçular tezliklə qayıda bilsəydilər, əlbəttə ki, çox xoşbəxt olardıq. Ümid edirəm ki, növbəti oyunda Xavi Espart’ı oynayan görəcəyəm. Lakin, digər oyunçuların vəziyyətinin necə inkişaf etdiyini gözləməli və görməliyik.
❓ Unai Emery?
Məncə, o, dünyanın ən yaxşı məşqçilərindən biridir və bir çox böyük uğurlara imza atıb. Komandasının oyun tərzi çox aydındır və yaxşı təşkil olunub. Sadəcə onların standart vəziyyətləri necə yerinə yetirdiklərinə baxın, həqiqətən möhtəşəmdir! Onların özünə inamı da çox yüksəkdir və buna tab gətirmək çətindir. Həm də əla məşqçisi olan belə möhtəşəm komandaya qarşı oynamaq çətin olacaq.
❓ Christensen
O, dünən bizimlə məşq etdi, lakin çox qısa müddətə. Növbəti addımın nə olacağını və bu həftə ərzində vəziyyətinin necə irəliləyəcəyini görəcəyik.
❓ Balde’nin komandanın planlarına daxil olması üçün nə etməlidir?
Oyunçunun oynamaq şansı qazanmadıqda özünə inamını itirməsi normaldır. Lakin Balde hər məşqdə həmişə yaxşı performans nümayiş etdirir. Sonda kimin oynayacağına biz qərar verməliyik. Joao çox yaxşı çıxış etdi və biz komanda üçün ən yaxşısının nə olduğuna qərar verməliyik. Belə vəziyyət hər bir oyunçunun başına gələ bilər.
Biz komandanın maraqlarına diqqət yetirməliyik və bütün qərarlar buna əsasən qəbul edilir. Mən onunla danışmışam və belə vəziyyətlərin normal olduğunu izah etmişəm. Mən Balde’yə çox hörmət edirəm və özünə inamını qaytarmağa kömək etməyə çalışıram. Məşqçilər korpusunun məhz etməli olduğu şey də budur. O, komandadakı yerini geri qaytarmaq üçün çalışır və mən bunu görməkdən məmnunam”.
2/2 #fcbazelive

❤15👍3
RƏSMİ: Cubarsí, Rodrigo, Pedri və Lamine Yamal FIFPRO 2026-cı ilin ən yaxşı heyətinə namizəd olan 26 futbolçu arasında yer alıblar. #fcbazelive
❤25 12👍5
🚨✅ SON DƏQİQƏ! RƏSMİ: CAMP NOU’YA AZARKEŞ TRİBUNASI QAYIDIR!
Bazar ertəsi Barcelona rəsmiləri və azarkeş qruplarının sözçüləri arasında keçirilən görüşdən sonra müvəqqəti qadağanın ləğv edilməsinə qərar verilib.
Sözçülər qrupların tribunalarda nizam-intizama riayət edəcəklərinə dair öhdəlik götürüblər. Klub komandanı dəstəkləməkdə mühüm rol oynayan azarkeş qrupunun bu müsbət addımını yüksək qiymətləndirir.
Klub verilən sözə əməl olunmasını yaxından izləyəcək, çünki qadağaya səbəb olan əvvəlki qayda pozuntuları dəfələrlə maliyyə cəzalarına gətirib çıxarıb və Klubu stadionun bağlanması təhlükəsi ilə üz-üzə qoyub.
Barcelona əmindir ki, hər kəsin məsuliyyəti sayəsində üzvlərin, azarkeşlərin və Klubun rifahı naminə belə vəziyyət bir daha təkrarlanmayacaq. #fcbzelive

❤31👍6
Bu gecə, 00:00, ÇL 4-cü tur, Barcelona ?-? Aston Villa. #BarçaAstonVilla #ÇL #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive
❤24 15👍3
📊 Barça Aston Villa’ya qarşı 4 rəsmi oyun keçirib: 2Q - 1H - 1M. Qol nisbəti: 5-6. Qapının toxunulmaz saxlanıldığı oyun sayı: 1.
🏆 Barça bu komanda ilə heç vaxt Çempionlar Liqasında qarşılaşmamışdı.
⚽ Aston Villa’ya qarşı qol vuran Barça’nın hazırki heyət oyunçuları:
- Rodri 5, Jesus 3, Gordon 1.
🔙 Tarix ərzində bu komandalar arasında ilk görüş 1978-ci ildə baş tutub. UEFA kubokunun 1/4 finalına təsadüf edən görüşdən Barça 1:0 hesablı qalibiyyətlə ayrılmışdı.
🔙 Həm Barça, həm Aston Villa'da çıxış edən oyunçular: Pepe Reina, Adama Traore, Lucas Digne, Philippe Coutinho, Marcus Rashford. #BarçaAstonVilla #ÇL #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive

❤17👍9
RƏSMİ: Aston Villa’ya qarşı ilk 11. #BarçaAstonVilla #ÇL #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive
Matç başladı! Barcelona - Aston Villa! Força Barça! #BarçaAstonVilla #ÇL #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive
❤10
QOOOOOOOOOOL! LLLAAAMMMİİİNNNEEE🔥🔥 Dəq. 7! Barcelona 1-0 Aston Villa! #BarçaAstonVilla #ÇL #forçaBarça #viscaBarça #vamosBarça #fcbazelive
❤20