Ailə əxlaqı ❦
2.18K subscribers
2.82K photos
46 videos
3 files
4.1K links
🌷 Evlilərə və subaylara məsləhətlər,
🌷 Hamilə xanımlara tövsiyyələr,
🌷 Kişi-qadın münasibətləri,
🌷 Uşaq tərbiyəsi,
🌷 Ata-anaya itaət,
🌷 Dahilərdən kəlamlar,
🌷 Ayə, hədis, şəri hökm,
🌷 Qısaca ailə haqqında hər şey.

15-11-2016
Download Telegram
MÖVZU: QURANDAKI SADUQATİHİNNƏ VƏ UCURƏHUNNƏ SÖZÜNDƏKİ MƏQSƏD.

⁉️ Sual:
Quranda Saduqatihinnə « صَدُقَاتِهِنَّ »Quranda Ucurəhunnə « أُجُورَهُنَّ » nəyin barəsindədir?

Cavab:
“Saduqatihinnə” « صَدُقَاتِهِنَّ »daimi izdivaca (həmişəlik evlilik) aid olan bəhsdə gəlibdir və mehriyyədən “sidaq” (mehriyyə: yəni başlıq pulu) ünvanına ad aparıbdır. ②

Bu kəlmənin işləndiyi ayə, qadınların qəti hüquqlarından birinə işarə edir və təkid edir ki, öz həyat yoldaşının mehriyyəsini ödəsin. ③ Amma qadın öz mehriyyəsini bağışlasa, lazım deyil ödəsin. ④

Həmçinin, bu kəlmə dolayı yolla izdivac müqaviləsində düzgünlüyə və səmimiyyətə işarə edir. ⑤

Amma: “Ucurahunnə” « أُجُورَهُنَّ »müvəqqəti izdivac (evlilik) məsələsinə və “mütə” termininə işarə edir və deyir:
“Mütə (müvəqqəti izdivac) etdiyiniz qadınların mehriyyəsini bir vacib ünvanına gərək ödəyəsiniz”. ⑦

📖 “Nisa” surəsi, ayə 4.

❁﷽❁

وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً ۚ فَإِنْ طِبْنَ لَكُمْ عَنْ شَيْءٍ مِنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَرِيئًا

«Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin».

📚 “Təfsire-Numunə” Ayətullah Məkarim Şirazi (Nasir), cild 3, səh. 262, Darul-kutubul-İslamiyyə, Tehran, birinci çap, 1374 hicri-şəmsi.
Əllamə Təbatəbai (Seyyid Məhəmməd Hüseyn) “Əl-mizan fi təfsiril-Quran” cild 4, səh. 169.
İntişarate İslami dəftərxanası, Qum, 5-ci çap, 1417 hicri-qəməri.


📚 “Təfsire-Numunə” cild 3, səh. 262: Hüseyni Corcani, Seyyid Əmir əbul-futuh,
“Ayətul-əhkam” , “təhqiq” İşraqi Sərabi, Mirzə Vəliyullah, cild 2, səh. 329 və 330, Nəvid intişaratı, Tehran, 1-ci çap, 1404 hicri-qəməri.


📚 “Ayətul-əhkam" cild 2, səh. 330; Təbərsi (Fəzl ibn Həsən),
“Məcməul-bəyan fi təfsiril-Quran” cild 3, səh. 12, Bəlağinin girişi ilə Məhəmməd Cavad, Nasir Xosrov nəşriyyatı, Tehran, 3-cü çap, 1372 hicri-qəməri.


📚 “Parlayan nurlar” Hüseyni Həmədani (Seyyid Məhəmməd
Hüseyn)
“Təhqiq” cild 3, səh. 342 və 343, Məhəmməd Baqir Behbudi Lütfi kitab mağazası, Tehran, 1-ci çap, 1404 hicri-qəməri.


📖 “Nisa” surəsi, ayə 24;
“İstifadə (müvəqqəti izdivac) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!”


📚 “Təfsire-nümunə” cild 3, səh. 335.


Redaktə: Heydərova Gülbacı

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
MÖVZU: OTAQDA NAMƏHRƏM XANIMLA TƏNHA QALMAQ

⁉️ Sual:
Otaqda naməhrəm xanımla tənha (tək) qalmağın iradı varmı?

Cavab:
Dini təlimlərdə insanın günahdan hifz olunması üçün qadağan olunan yerlərdən biri naməhrəm ilə xəlvət etməkdir (tənha qalmaqdır).

İblisin Həzrət Musaya (ə) vəsiyətində oxuyuruq:
Ey Musa! Biganə (yad) qızla xəlvət etmə, çünki hər kim belə etsə, mənim dostlarım deyil, mən özüm ona köməkçi olaram. ①

Həmçinin, onun Həzrət Nuha (ə) etdiyi nəsihətlərdə gəlibdir:
"Hər vaxt biganə qadınla xəlvət etdin və sizinlə heç kəs olmadı, məni xatırla".


Buna əsasən, Şeytanın naməhrəmlə xəlvət bir yerdə olan zaman insanın yanında olduğunu nəzərə alaraq, onun vəsvəsələrinə düçar olmamaq üçün naməhrəm qadınlarla xəlvət etməkdən çəkinmək lazımdır.

Bu yerdə xatırlanması lazım olan nöqtə budur ki, bəzən mümkündür, naməhrəm ilə xəlvət etməyin təhsil, müşavirə və s kimi səbəbləri olsun. Belə hallarda lazımdır ki, şeytanın sui-istifadə yollarını bağlamaq üçün ümumi yerlərdə din və şəriət meyarlarına riayət etməklə belə işlər yerinə yetirilsin.

Baxmayaraq ki, Şeytan insanın aşkar düşmənidir və çox yerlərdə gərək onun sözünə diqqət olunmasın. Lakin dini təlimlərdə hikməti qəbul etmək Allahın düşmənlərindən olsa belə sifariş olunubdur. İmam Əli (ə) bu barədə buyurub:

1⃣ Həkimanə mətləbləri deyən müşrik olsa belə öyrənin.

2⃣ Sözü deyənə yox, onun sözünə diqqət edin, yəni doğru-düzgün mətləbi deyənindən asılı olmayaraq dinləyin və öyrənin.

2⃣ Elm və hikmət, imanlı kişilərin (imanlı şəxsin) itirdiyidir ki, həmişə onun arxasıncadırlar. Onu müşrikin yanında da olsa istəyin.

📚 “Əl-əmali” səh. 157, Şeyx Mufid, (Məhəmməd ibn Məhəmməd).
Şeyx Mufid konqresi, Qum, 1413 hicri-qəməri.


📚 “Əl-Xisal” cild 1, səh. 132, Şeyx Səduq, Cameeye müdərrisin nəşriyyatı, Qum, 1403 hicri-qəməri.

📚 “Mişkarul-ənvar” səh. 135, Əbulfəzl Təbərsi (Əli ibn Həsən)
Heydəriyyə kitabxanası, Nəcəf, 1385, hicri-şəmsi.


📚 “Ğurərul-hikəm” səh. 58, hədis 612, Əbdul-Vahid Təmimi Amədi. Təbliğat dəftərxanası nəşriyyatı, Qum, 1366 hicri-şəmsi.

📚 “Əl-əmali” səh. 625, Şeyx Tusi.
Darus-səqafə nəşriyyatı, Qum, 1414 hicri-qəməri.



Redaktə: Səmanə Cavad

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
MÖVZU: DÜZGÜN AİLƏ TƏRBİYƏSİ.

Behiştin yolu düzgün ailə tərbiyəsindən keçir.

Həzrət Ayətullah Cəvadi Amuli (hfz) təfsir dərslərinin birində bildirir:

“Behişt əhli deyir ki, biz həyat yoldaşlarımız və uşaqlarımızla Quranın “Özünüzü və ailənizi atəşdən qoruyun” - ayəsinin tələbinə uyğun rəftar etdik. Onlar ilə şəfqət və mərhəmətlə yaşadıq və bu ayəyə əməl etdik.

Biz öz uşaqlarımızın tərbiyəsi məsələsində məsuliyyət daşıyırıq. Allah Quranda buyurur:
“Özünüzü qoruyun”
.
Biz özümüzü qorumalıyıq və əlavə edir:
“Ailənizi də oddan qoruyun”. Deməli, çalışıb uşaqlarımızı yaxşı tərbiyə etməliyik.

Cəmiyyəti ailə formalaşdırır. Ata və ananın 7 illik institutu kimi heç bir institut ola bilməz. Çünki burada uşağa məhəbbət və duyğu öyrədilir. Bunlar sifarişlə, tapşırıqla deyil, insanlar bir-birini sevdiyi, mehriban olduğu zaman yaranır. Behişt ailə yolu ilə təmin edilir. Quranın bəzi ayələrinə əsasən, bəzi Behişt sakinləri başqalarından soruşurlar ki, “Necə oldu siz Behiştə daxil oldunuz?” Cavabda deyirlər: "Sağlam və yaxşı ailədə şəfqətlə yaşadıq. Allah bizə buyurdu ki, “Ailənin üzvlərini də özün kimi oddan qoru”, biz də o işi gördük. Şəfqət ilə, mehr və məhəbbət ilə övladlarımızın və ailəmizin əməllərindən muğayat olduq. Övladlarımızın kimlərlə dostluq etməsinə ehtiyatla və şəfqətlə yanaşdıq və nəticədə sağlam, saf və yaxşı ailənin yolu ilə Behiştə daxil olduq".

Redaktə: Musayeva Cəvahir

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
MÖVZU: EVLƏNMƏDƏN ÖNCƏ OĞLAN İLƏ QIZ ARASINDAKI SAĞLAM ƏLAQƏ

⁉️ Sual:
23 yaşında bir qızam. Bir oğlanla evlənməli idim, amma müəyyən səbəblərə görə bu iş pozuldu. Bu müddət ərzində bizim bir-birimiz ilə əlaqəmiz var idi (bir-birimizə əl sürtürdük). İndi də yenidən istəyimiz davam edir, amma atam razı deyil. Biz də bir-birimizdən ayrı qala bilmirik, bir-birimizə çox ehtiyacımız var, məxsusən oğlanın. Biz bilirik ki, bizim bu əlaqəmiz günahdır, amma əlaqələri kəsə də bilmirik. İndi bizim vəzifəmiz nədir?

Cavab:
İslam nəzərindən qadın və kişi, bir-birini tamamlayan və bir-biri üçün yaranmış varlıqdırlar. Qurani-Kərim buyurur:
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da onun qüdrət əlamətlərindəndir..”


Qadın və kişinin ehtiyaclarından biri cinsi ehtiyacdır, amma bu ehtiyacı təmin etmək, iki tərəfin iffət və paklığına heç bir nöqsanın gəlməməsi üçün İslam qayda-qanunları çərçivəsində olmalıdır.

İslam qadın və kişinin ehtiyaclarının təmin olunması üçün evlilik çərçivəsi müəyyən etmişdir. Aşiqanə söhbətlər, əl sürtmə, nəvaziş və s. kimi cinsi əlaqələrin hamısı daimi və ya müvəqqəti (siğə) evlilikdən sonra olmalıdır. Hətta nişanlı oğlan və qız da hələ əqd oxumayıb və yaxın gələcəkdə evlənəcəklərsə, yenə də bir-birindən cinsi ləzzət ala bilməzlər. Baxmayaraq ki, bu iş, aşiqanə söhbətlər və əl-ələ tutmaq həddində də olsa.

Buna əsasən, siz keçmişdə etdiyiniz işlərə görə Allah dərgahında tövbə etməlisiz. Allah bağışlayan və mehriban olduğuna görə (çünki sizin işləriniz cahillik üzündən olmuşdur) həqiqətən tövbə etsəniz, inşaallah sizin günahınızı bağışlayar. Əgər bir-birinizi sevirsinizsə, əvvəlcə evlilik əqdi oxuyun, sonra bir-birinizlə əlaqə yaradın. Lakin sizin atanız bu evliliyə razı deyilsə, bilməlisiniz ki, ata və ana həmişə öz övladlarının xeyir və xoşbəxtliyini istəyirlər. Onların qiymətli təcrübələri var ki, övladların gələcəyi üçün böyük sərmayədir. Ona görə də atanızın buna qarşı çıxmasının səbəblərini öyrənin və onun təcrübələrindən istifadə edin. Bu evliliyə razı olmaq üçün onu qane edən sübutunuz varsa, onu həmin sübutla qane edin. Əgər sizin atanız bu evliliyə razı olmasa və sübutu da olmasa, eyni zamanda sizin sübutlarınızı da qəbul etməsə, yaşadığınız yerin ruhanisi və ya qohumlardan olan ağsaqqallardan onu razı salmaq üçün kömək istəyin. ②

📚 “Rum" surəsi, ayə 21.

📚 Evlilik əqdinin doğru olmasında atanın icazəsinin şərt olub-olmamasını bilmək üçün: “Bakirə qızla müvəqqəti evlilik” sual 610.


Redaktə: Səmanə Cavad

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
AXAR İNSAN OL..

“Peyğəmbərlər (ə) axar insanlar idilər. Allah övliyaları da axar idilər. Sən də axar insan olmağa çalış. Ailəndə də axar ol. Ailə qurdunsa, çalış, qaşqabaqlı olmayasan. İnsan axar çeşmə kimi olmalıdır. Əvvəl ailəndə, sonra da cəmiyyətdə. Əlbəttə, hər kəs öz tutumu qədər”.

Həzrət Ayətullah Şeyx Əli Furuği (həfəzəullah)


Redaktə: Səmanə Cavad

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
MÖVZU: ŞƏRİ ƏQDİ OXUNULMAYAN MÜSƏLMAN AİLƏLƏR..

Sualın xülasəsi:
Öz ölkəsinin qayda-qanunlarına əsasən, evlənən müsəlman, cahillik ucbatından şəri əqd oxutdurmayıbsa, onun və uşaqlarının təklifi nədir?

⁉️ Sualın əsli:
Azərbaycan kimi müsəlman və əhalisinin əksəriyyətini şiə məzhəb nümayəndələri təşkil edən bir ölkədə uzun müddət dini alimlərə müraciət edə bilmirdilər. El adət-ənənəsi ilə evlənib, şəri əqdi oxumurdular. Hazırki vəziyyətdə vaxtilə mövcud olmuş maneələr aradan qalxıb və dini bilgiləri artıb. Belə olan halda onların və uşaqlarının təklifi nədir?

Qısa cavab:
Ən qısa vaxtda şəri əqdi oxutdursunlar.
Onların evlilik əlaqələri şəri vəzifələrini bilmədikləri vaxtda halal olmuşdur və uşaqları da halalzadədirlər.

⬇️ Əlavələr:

Təqlid mərcəilərinin bu suala cavabı belədir: ①

◆ Həzrəti Ayətullah əl-uzma Seyyid Əli Sistani (Allah onun sayəsini uzun etsin):
“Əgər şəri əqdi oxutmayıblarsa, gərək tez bir vaxtda əqd siğəsini oxutsunlar. Onların övladları isə şəri uşaqlar sayılır”.

◆ Həzrəti Ayətullah əl-uzma Məkarim Şirazi (Allah onun sayəsini uzun etsin):
“Sual fərzində hal-hazırda şəri əqd oxutdurmalıdırlar. Amma uşaqlar haramzadə hesab olunmurlar”.

◆ Həzrəti Ayətullah əl-uzma Safi Gülpayqani (Allah onun sayəsini uzun etsin):
“Əgər məlum olsa ki, keçmiş əqdlər düzgün olmayıb, yenidən oxunmalıdır. Amma bu evlənmələrdən olan uşaqlar halalzadə hökmündədirlər”.

◆ Həzrəti Ayətullah əl-uzma Nuri Həmədani (Allah onun sayəsini uzun etsin):
“O surətdə ki, oxunmuş əqd cəhl üzündən batil olub, yenidən əqd oxumalıdırlar. Amma uşaqlar haramzadə hesab olunmurlar”.

◆ Həzrəti Ayətullah əl-uzma Hadəvi Tehrani (Allah onun sayəsini uzun etsin):
“Ən qısa zamanda şəri əqd oxutdurmalıdırlar. Onların evlilik əlaqələri cahillik dövründə halal olub və uşaqları da halazadədirlər”.

📚 Mərcəi təqlidlərin ofislərindən istiftaat: Seyyid Əli Sistani, Məkarim Şirazi, Safi Gülpayqani, Nuri Həmədani
(Allah onların sayəsini uzun etsin).


Redaktə: Musayeva Cəvahir

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
Forwarded from Ailə əxlaqı ❦ (Elvin M. Nurşəhri)
SAQQAL VƏ BƏDƏN TÜKLƏRİNİN KƏSİLMƏYİNİN HÖKMÜ

⁉️ Sual:
Kişilərin üzü qırxan maşınla və ya ona oxşar alətlərlə üz və bədən tüklərini qırxmasının hökmü nədir?

Qısa cavab:
Ülgüc və ya üzqırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq ① (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil. ② Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir. ③ Lakin yanaq, boğaz və boyun tüklərini və həmçinin qoltuq və s. bədən tüklərini (bir halda ki, onlara saqqal deyilmir) qırxmağın eybi yoxdur.

Xatırladaq ki, İslam paklığa çox önəm verir və bu üzdən bədənin artıq tüklərini qırxmağı təkid etmişdir.

Aşağıda gigiyenik qaydaları nəzərinizə çatdırırıq:

1⃣ Saç kəsdirmək, yumaq və daramaqla ona qulluq etmək müstəhəbdir. ④

2⃣ Bığı, ⑤ burun ⑥ və qoltuqaltı ⑦ tükləri qırxmaq müstəhəbdir.

3⃣ Qarınaltı və qasıq nahiyəsindəki (övrət üzərindəki) tükləri qırxmaq Allah-Təalanın zatına, Qiyamət gününə imanın nişanələrindən, İslam Peyğəmbərinin (s) sünnəsindəndir. ⑧

4⃣ Bədənin digər yerlərində bitən tükləri qırxmaq paklığa, cismi və ruhi sağlamlığa səbəbdir. Onları qırxmamaq isə cismi və ruhi zərərlərə düçar olmağa bərabərdir. ⑨

════════════════════════

❶ Kişi üzündə saqqal Adəmin duasından sonra çıxmağa başlamışdır ki, O Həzrət buyurdu:
- “İlahi, mənim yaraşıq və gözəlliyimi artır!”
Allahdan xitab gəldi:
- “Saqqalı Qiyamətədək sənin, övladlarının zinəti qərar verdim”.

Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir ki, saqqalı uzun saxlayın ki, yəhudi və zərdüştlərə bənzəməyəsiniz.

📚 “Hilyə əl-Müttəqin”, 5-ci bab, 4 və 5-ci fəsil.

📚 İmam Xomeyninin (r.ə) “İstiftaat"ı, cild 2, ("Məkasib mühərrəmə"), səh. 30 sual 79, səh. 31 sual 81, səh. 32 sual 84.

❸ "Doktorski" saqqal saxlamaq kifayətdirmi?
Bütün müctehidlər (Ayətullah Təbrizi və Məkarim istisna olmaqla):
Xeyr. Kifayət deyil və saqqalın hamısını qırxmaq hökmündədir.

📚 İmam Xomeyni, "İstiftaat", cild 2, ("Məkasibi mühərrəmə"), səh. 84;
Ayətullah Vəhid Xorasani "Minhac əs-Salihin", cild 3, Məsələ: 43;
Ayətullah Xamenei, "Əcvibə əl-İstiftaat", sual 1413; Ayətullah Sistani, www.sistani.org , Saqqal qırxmaq, sual 1 və 3;
Ayətullah Safi Gülpayaqani, "Cami əl-əhkam", sual 1743;
Ayətullah Behcət, "Tozih əl-məsail", müxtəlif suallar, sual 4;
Ayətullah Nuri Həmədani, "İstiftaat", cild 1, sual 492 və 493;
Ayətullah Fazil Lənkərani, "Cami əl-məsail", cild 1, sual 955 və 957.

Ayətullah Məkarim və Ayətullah Təbrizi:
"Əgər çənə və onun ətrafı (üzün dörddə biri) qırxılmasa, bir halda ki, baxanların nəzərində saqqal sayılsa, kifayətdir.
📚 Ayətullah Məkarim Şirazi, "İstiftaat", cild 2, sual 751 və Ayətullah Təbrizi, "İstiftaat", sual 1087.

📚 "Hilyə əl-Müttəqin", 5-ci bab, 3-cü fəsil.

❺ Rəvayətdə gəlmişdir:
"Bığı qırxmaq, İslam peyğəmbərinin (s) sünnəsindən, uzun bığ isə şeytanın məskənidir. Bığı qırxmaq ruzinin artmasına, qəm-qüssə və vəsvəsənin aradan getməsinə və xora xəstəliyindən amanda qalmağa səbəbdir. Bığını kəsməyən şəxs bizdən deyil".

📚 "Hilyə əl-Müttəqin", 5-ci bab, 4-cü fəsil.

❻ Burun tüklərini qoparmaq üzün gözəlliyinə səbəb olur.

📚 "Hilyə əl-Müttəqin", 5-ci bab, 7-ci fəsil.

❼ Qoltuqaltı tüklər şeytanın məskəni sayılmışdır. Əlbəttə, tüklərin məhvi barədə gəlmişdir:
"Dərman vurmaq qırxmaqdan, qırxmaq isə yolmaqdan yaxşıdır".

📚 "Hilyə əl-Müttəqin", 5-ci bab, 7-ci fəsil.

❽ Onları qırxmaq imanın nişanəsi və Peyğəmbərin (s) sünnəsidir.

📚 "Hilyə əl-Müttəqin", 8-ci fəsil.

❾ Bədən tüklərini kəsmək bədənin qüvvətlənməsinə və kökəlməsinə, ürəkkeçmə və süstlüyün aradan getməsinə səbəbdir. Həmçinin, bu əməl bədənin paklığına səbəb və peyğəmbərlərin əxlaqındandır.

📚 "Hilyə əl-Müttəqin", 9-cu fəsil.

Redaktə: Səmanə Cavad

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
MÖVZU: EVDƏ PİŞİK SAXLAMAQ

⁉️ Sual:

Evdə pişik saxlamağın hökmü nədir ?


Qısa cavab:

Evdə pişik saxlamaq haqqında heç kəsdə şübhə olmadığından əlavə, əksinə, Məsum İmamlardan (əleyhissəlam) rəvayətlərdə bu işin təşviqinə də sənəd var.

Ətraflı cavab:

Bu suala cavab verməzdən əvvəl bir məsələyə cavab vermək lazımdır ki, pişiyin alınıb-satılması düzgündürmü?

Bu mövzuda Məhəmməd ibn Müslim İmam Sadiqdən (əleyhissəlam) belə bir rəvayət nəql edir: "Pişiyin satışı ilə pul qazanmağın iradı yoxdur”.

Bu rəvayətə əsasən, fəqihlər də pişiyin satışının halal olmasına fətva veriblər.
Mərhum Ayətullah əl-uzma Məhəmməd Təqi Bəhcət “Cameul-məsail” kitabında yazır:
“Bütün vəhşi heyvanlar, həşəratlar, pişik, quşlar və bütün növlərinin satışı və alışı halal mənfəəti olarsa, iradı yoxdur. Xüsusilə, pişiyin vasitəsi ilə mənfəət əldə etmək haqqında aşkar və şübhəsiz şəri sənədlər vardır”.

Amma evdə pişik saxlamaq haqqında heç kəsdə şübhə olmadığından əlavə, əksinə, Məsum İmamlardan (əleyhissəlam) rəvayətlərdə bu işin təşviqinə də sənəd var.

Məsum İmamlardan (əleyhissəlam) biri buyurur:
“Hər bir mənzil üç şeydən boş olmasa yaxşıdır: pişik, göyərçin və xoruz. Bunlar mənzilin abadlaşmasına səbəb olurlar”.

Müaviyət ibn Əmmar İmam Sadiqdən (əleyhissəlam) belə nəql edir:
“O (pişik) ev əhlindən sayılır və içdiyi suyun artığından dastəmaz almaq olar”.


📚 “Təhzibul-Əhkam” cild 6, səh 356, Şeyx Tusi,
Darul-kutubul-islamiyyə nəşriyyatı, Tehran, 1365 hicri-şəmsi ili.

📚 “Cameul-məsail” cild 2, səh. 391, Ayətullah Bəhcət, (Məhəmməd Təqi)
📚 “Müstədrəkül-vəsail” cild 8, səh. 284, Mühəddis Nuri
Müəssisəye Alul-beyt (əleyhimussəlam) Qum, 1408 hicri-qəməri ili.

📚 “Təhzibul-Əhkam” cild 1, səh. 226, hədis 35, Şeyx Tusi.


Redaktə: Musayeva Cəvahir

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
AİLƏ - BƏNZƏRSİZ MÜNASİBƏT

Ər-arvad münasibəti heç bir münasibətə oxşamır. Bu, bacı- qardaş münasibəti deyil. Bu, ana- bala münasibəti deyil. Bu, ata-oğul münasibəti deyil. Bu, heç bir başqa münasibətlərə bənzəmir. Ər-arvad bir-birinə aşiq, lakin qan bağı olmayan iki insandır. Bacı-qardaş arasında kin olsa, valideyn və övlad arasında narahatlıq olsa, bu, ər-arvad arasındakı kin və narahatlıq qədər əhəmiyyətli bir məsələ deyil. Çünki onları bir-birinə qan bağlayır. İstər istəməz, o kin aradan qalxacaq. Lakin ər-arvad arasında ən kiçik məsələ belə böyüsə, narahatçılıq baş versə, sonra bir-birlərini bağışlasalar belə ürəklərində nisgil qalar. Hər məsələ zaman keçdikcə münasibətləri korlayır. Yavaş-yavaş kin saxlamaq adiləşir. Yavaş-yavaş bir-birlərindən soyuyurlar. Bu çox qorxuludur. Çalışın, tez məğlub olub əks cəbhəyə keçməyəsiz. Elə oradaca güzəşt edin. Mövzunu uzatmayın. Kiçik kinlərə fikir versəz, onları böyütsəz, aranızda soyuqluq yaranacağını gözləyin. Ayrılığın olacağını gözləyin. Çünki dama-dama göl olar, hətta bağışlamış olsaz belə...

Yadınıza salın, neçə dəfə qardaşınızla aranızda söz-söhbət yaranıb?! On dəfə? Yüz dəfə? Həyat yoldaşınızla aranızda neçə dəfə söz-söhbət olub? On dəfə? On beş dəfə? Hamısı da yadınızdadır. Ər-arvad münasibətləri həssas münasibətlərdir. Münasibət zamanı ehtiyatlı olun.

Unutmayın, demədiklərinizi deyə bilərsiniz. Dediklərinizi isə geri götürə bilməzsiniz.

⭐️ İstəyirsən kuzəni daşa vur, ya da daşı kuzəyə vur, fərq eləmir. Yenə də sınan kuzə olur.
Ürək sözdən tez sınır!
Danışarkən dediklərimizə diqqət edək..

#Hər_dəfə_bəhanə_ilə_arzuları_yıxmayaq

https://t.me/exlaq_channel
QADININ ZİNƏTLƏRİNİN GÖRÜNMƏSİ

ﻋﺒﺪ ﺍﻟﻠﻪ ﺑﻦ ﺟﻌﻔﺮ ﻓﯽ ﻗﺮﺏ ﺍﻹﺳﻨﺎﺩ ﻋﻦ ﻫﺎﺭﻭﻥ ﺑﻦ ﻣﺴﻠﻢ ﻋﻦ ﻣﺴﻌﺪﺓ ﺑﻦ ﺯﯾﺎﺩ ﻗﺎﻝ: ﺳﻤﻌﺖ ﺟﻌﻔﺮﺍ ﻭ ﺳﺌﻞ ﻋﻤﺎ ﺗﻈﻬﺮ ﺍﻟﻤﺮﺃﺓ ﻣﻦ ﺯﯾﻨﺘﻬﺎ ﻗﺎﻝ: ﺍﻟﻮﺟﻪ ﻭ ﺍﻟﮑﻔﯿﻦ

Müsaət ibn Ziyad İmam Sadiqdən (ə) belə nəql edir ki, İmamdan (ə) qadının (hansı) zinətlərinin görünməsi barəsində sual etdikdə İmam (ə) buyurmuşdur:
“Yalnız iki əl və üz”.

📚 “Vəsailüş-şiə” cild 20, səhifə 203, hədis 25429.

https://t.me/exlaq_channel
“O şeyi ki, ağıl qəbul edə bilmir, İslamdan deyildir”..


Həzrət Ayətullah Cəvadi Amuli (hfz) cavanların problemlərinə işarə edərək demişdir: “Cavanların əksəriyyəti yoxsulluqdan əziyyət çəkirlər. Bu da onların evliliyini təxirə salır. Ona görə də cəmiyyətdə fəsad artır”.

Həzrət Ayətullah Cəvadi Amuli (hfz) memarlıq üzrə mütəxəssislərlə görüşərkən demişdir:
“Qaranlıq olan ev həyat üçün yararlı deyildir. İslam memarlığı o demək deyildir ki, Quranda ayə olsun və ona əsasən əməl edəsən. Bu məsələyə belə baxmaq olar ki, əgər hər şey əvvəldən axıra qədər elmi olmazsa, bu İslami deyildir”.

Ağıl, dinin əsas dəlillərindən biridir.

Həzrət Ayətullah Cəvadi Amuli (hfz) buyurmuşdur:

“Quranda çox az ayə vardır ki, müraciət etdiyi varlıq ağıllı və aqil olmasın. Allah Quranda dəfələrlə müxtəlif formalarda aqillərə müraciət etmişdir. O millət ki, elmin müxtəlif sahələrində inkişaf etməmişdir, ona müsəlman milləti demək olmaz. O şeyi ki, ağıl qəbul edə bilmir, o, İslamdan deyildir”.

İslam memarlığı, dərin elmi memarlıq deməkdir.

Mətbəxi açıq şəkildə inşa edilən evlərdə ki, ev sahibi qonaqların gözündən uzaqda olmur, İslami deyildir. Qadın evdə qonaqlıq olanda insanların gözündən uzaqda olmalı və öz işini rahat görməlidir. Evlərin layihəsi elə hazırlanmalıdır ki, başqaları bayırdan evin içini görməsinlər.
İslam memarlığında namaz qılmaq üçün yer də nəzərdə tutulmalıdır. İbadət üçün ayrılmış yer çox mühümdür.

Başqa bir tərəfdən hədisdə deyilir:
“Əgər insan can verən zaman çətinlik çəkərsə, onu namaz qıldığı yerə aparın”.

Ölüm - dəridən çıxmaq kimidir. İnsan ölümü öldürür. Çünki əbədi bir varlıq əbədi işlər görməlidir. Ona görə də namaz və ibadət üçün yer nəzərdə tutulmalıdır. Şəhərsalan mütəxəsislər öz ixtisasları ilə yanaşı, ümumi elmlərə də hakim olmalıdırlar. Bu yol ilə də inşaat zamanı əlavə işlərdən çəkinmək olar. Şəhərsalanlar və bələdiyyə gərək bir-biri ilə həmahəng olsunlar. İnşaat işləri ilə məşğul olan bu mütəxəsislər gərək bu işləri görəcək olduqları şəhərləri yaxşı tanısınlar. Şəhərin idarə keyfiyyəti ilə yaxından tanış olsunlar.
Cavanların əksəriyyəti yoxsulluqdan əziyyət çəkirlər. Evlənə bilmir və ailə qura bilmirlər. Bu da cəmiyyətdə fəsadın yayılmasına səbəb olur. Əgər bu problemin həll edilməsində addım atılarsa, cəmiyyətə böyük xidmət edilmiş olar. Bu gün ölkəmizin çox sayda bərəkətli torpaqları vardır. Bundan istifadə etmək lazımdır”.


Redaktə: Səmanə Cavad

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın Linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
MÖVZU: UŞAQLARI QURANIN XƏTM MƏRASİMLƏRİNƏ VƏ QƏBRİSTANLIĞA APARMAQ

Sualın xülasəsi:

Uşaqları xətm mərasimlərinə və qəbristanlığa aparmaq məkruhdurmu?

⁉️ Sualın əsli:

Mənim 10 yaşlı oğlum var. Onu özümlə xətm mərasimlərinə aparıram. Yoldaşım deyir ki, yeniyetmələri xətm mərasimlərinə və məzarlığa aparmaq məkruhdur. Zəhmət olmasa, əgər hədislərdə və rəvayətlərdə bu xüsusda bir şey varsa, məni məlumatlandırın.

Cavab:

Uşaqların dini məclis və mərasimlərdə iştirak etməsi, uşaqları məscidə və ya məhərrəm ayında əzadarlıq mərasimlərinə aparmaq, uşaqların digər dini mərasimlərdə, o cümlədən, Fitr bayramı namazında və dini bayramlarda iştirak etməsi onların dini hislərinin yetişdirilməsi üçün çox faydalıdır.

Amma yeniyetmələri xətm mərasimlərinə və qəbiristanlığa aparmaq haqqında rəvayətlərdə və fiqhi kitablarda aparılmış axtarışlara baxmayaraq, bu işin kərahətinə dəlalət edən hər hansı rəvayət tapmadıq.

Əgər yoldaşınızın nəzərində bu xüsusda rəvayət və dəlil varsa, onu dəqiq bəyanla yenidən bizə yazın ki, araşdırılsın.

Sual ilə əlaqəli məsələləri yada salırıq:

1️⃣ Əza sahibinə başsağlığı verməyin və qərbistanlığa getməyin savabı haqdakı rəvayətlər mütləqdir və yeniyetmələrə də şamil olur.

2️⃣ Məsumların (ə) həyat tərzindən nəticə almaq olur ki, uşaqları qəbiristanlığa aparmağın heç bir maneəsi yoxdur. Həzrəti Fatimənin (s) xəstəliyi və narahatçılığı hadisəsində İmam Əli (ə) Mədinə şəhərindən kənarda Bəqi qəbiristanlığında Beytul-Əhzan (hüzn evi) adlı bir yer hazırladı. Həzrəti Fatimə (s), İmam Həsən və İmam Hüseyn (ə) (ki, uşaq idilər) bu məkana gedir və əziz Peyğəmbərin (s) vəfatı və yaranmış müsibətlərə görə ağlayırdılar. ①

3️⃣ Qeyd olunmalıdır ki, məclislərdə yeniyetmələrlə bir olarkən diqqətli olmaq lazımdır ki, bu cür proqramlar onların hövsələsindən və taqətindən yüksək olmasın və onları yormasın. Habelə, onların iştirak etdiyi məclislərdə gərək bəzi şəxslərin əməlləri də onların ruhiyyəsində mənfi təsir qoymasın.


📚 “Biharul-ənvar” cild 43, səh. 177, Əllamə Məclisi.
Əl-vəfa müəssisəsi, Beyrut, Livan, 1404 hicri-qəməri.


Redaktə: Musayeva Cəvahir


https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.
SEYRİ-SÜLUKDA AİLƏ İLƏ DAVRANIŞ

⁉️ Sual:
Seyri-sülukda (Allaha doğru səfərdə) ailə ilə necə davranmaq lazımdır?


Həzrət Ayətullah Şeyx Əli Furuğinin (hfz) cavabı:

Ailədə məhəbbət, əxlaqda helm (səbirli olmaq və yumşaqlıq) müvəffəqiyyətin əsasını təşkil edir.


https://t.me/exlaq_channel
MÖVZU: ŞƏRAB KİMİ HARAM ƏŞYALARI SATAN SUPER MARKETLƏRDƏ İŞLƏMƏYİN HÖKMÜ.


⁉️ Sual:

#Şərab kimi haram əşyaları satan super marketlərdə işləməyin hökmü nədir?

Cavab:

Ali Məqamlı Rəhbər (Allah onun ömrünü uzun etsin) donuz əti konserva fabrikində, həmçinin, gecə klubları (barlarda) və fəsad mərkəzlərində işləməyin və oradan gələn gəlirin hökmü barədə suala cavabında buyurmuşlar:

Donuz əti konserva fabrikində, gecə klubları, fəsad mərkəzlərində və bu kimi haram işlərdə işləmək caiz (icazəli) deyildir. Onlardan gələn gəlir haramdır və insan o işlərin qarşılığında aldığı maaşın maliki hesab edilmir. ① ② Həmçinin Ayətullah əl-üzma Xamenei (Allah onun ömrünü uzun etsin) şərab və donuz əti kimi nəcis sayılan əşyaları satmağa olan suala cavabında buyurmuşlar:

Alkoqollu, məst edici şərabların alışı və satışı, haram yeməkləri bişirmək, satmaq və o yerlərdə işləmək şəri nöqteyi nəzərdən haramdır -insanın bu sərmayədə şərik olmasından və ya gündəlik işçi sayılmasından asılı olmayaraq, həmçinin ancaq haram mallar (şərab kimi) satılsın və ya halal mallarla qarışıq satılsın. həmçinin buna baxmayaraq ki, insan işinin müqabilində əmək haqqı alsın və ya pulsuz işləsin. Fərqi yoxdur ki, iş sahibkarı müsəlman olsun ya qeyri müsəlman, müsəlmana satılsın və ya qeyri müsəlmana, Ümumiyyətlə hər müsəlmana vacibdir ki, o dəstə yeməklərdən ki yeməkləri haramdır çəkinsin və onun alqı satqısından və həmçinin düzəltməkdən ictinab etsin. Və həmçinin məst edici alkollu şərablar yolu ilə mənfəət kəsb etməkdən, içməkdən, almaqdan, satmaqdan, düzətməkdən özünü saxlasın. ③

Nəticə budur ki, tərkibində şərab olan yeməklərin alqı və satqısı və hazırlanması və ümumi şəkildə bu növ restoranların aşbazxanasında işləmək haramdır və caiz deyildir.

Bu mövzu barədə daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, “Haram mənfəətlər, və nəcis əşyaların alqı və satqısı” bölməsinə müraciət edin. ④


📚 “Tovzihul-məsail” (İmam Xomeyninin (r) haşiyələri ilə), cild 2, səh. 956,
📚 “Əcvibətul-İstiftaat” (fars dilində), səh. 239, sual: 1088.

⬇️ Həmçinin baxın:
Sual: 1095, səh 242,
Sual: 1096, səh 243.


📚 519 cu sualdan iqtibas (seçmə), (sayt: 14048), (Haram işlər)

📚 “Tovzihul-məsail” (İmam Xomeyninin (r) haşiyələri ilə), cild 2, səh. 958,
📚 “Əcvibətul-İstiftaat” səh. 259 və 260, Ayətullah əl-üzma Seyyid Əli Xamenei (d.z)

📚 “Tovzihul -məsail” (İmam Xomeyninin (r) haşiyələri ilə), cild 2, səh. 955-960,
📚 “Əcvibətul İstiftaat” səh. 257 və 263, Ayətullah əl-üzma Xamenei (d.z)


Redaktə: Heydərova Gülbacı

https://t.me/exlaq_channel

❗️Mətndən hər növ kopya edərək (bütün yazını ya bir hissəsini) kanalın linkini silərək paylaşılmasına halallıq vermirik! İstinad zəruridir.