Alioglu🇦🇿
10.2K subscribers
43K photos
25.5K videos
52 files
11.3K links
Azərbaycanda və bölgədə baş verən hadisələr, şərhlər, faktlar, rəylər

📝Reklam və iş birliyi @Pretorian2021
Download Telegram
Alioglu🇦🇿
🆘 Rəsmi Bakı: Azərbaycan Ermənistandan hərbi quruculuq fəaliyyətini dayandırmasını, revanşist planlardan əl çəkməsini, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandırmasını və Azərbaycanın Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən…
🆘 Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdən

"10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləridə daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yerləşdirilib. Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur"

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Alioglu🇦🇿
🆘 Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun…
"11 sentyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən yüklərin daşınmasına dair müvafiq müraciətlər aldıqdan qısa müddət sonra Azərbaycan tərəfi sözügedən yüklərin müraciətlərdə göstərildiyi kimi keçidinə şərait yaradılmasına hazır olduğunu bildirib və BQXK-dan eyni zamanda keçidin təşkil olunacağı tarix və vaxtın bildirilməsini sorğu edib. Buna cavab olaraq, BQXK Azərbaycan tərəfinə bildirib ki, erməni tərəfindən yüklərin qəbul edilməsi və BQXK konvoylarının təhlükəsizliyinin təmin edilməsinə dair “yaşıl işıq” yoxdur".

Bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Bildirilib ki, Azərbaycan cəlb olunmuş beynəlxalq tərəfdaşların müraciətlərini davamlı və xoş niyyətlə cavablandıraraq Laçın və Ağdamdan eyni zamanda keçid üçün müxtəlif variantları nəzərdən keçirsə də, Ermənistan tərəfi davamlı şəkildə razılaşmalardan geri çəkildi və yeni bəhanələr irəli sürdü.
Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Alioglu🇦🇿
"11 sentyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən yüklərin daşınmasına dair müvafiq müraciətlər aldıqdan qısa müddət sonra Azərbaycan tərəfi sözügedən yüklərin müraciətlərdə göstərildiyi kimi keçidinə şərait yaradılmasına hazır olduğunu…
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkəninki qədər vacibdir".
Bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Qeyd olunub ki, Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

"Bu vacib məqamda Ermənistanı öz təhlükəli yolundan döndərməyə məcbur etmək həmişəkindən daha mühümdür və daha çox tələb olunur.

Ermənistan və onun Azərbaycanın suveren ərazilərində bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxladığı xunta vaxt qazanmağa yönəlmiş köhnə taktikaya arxalanmağın heç bir nəticə verməyəcəyinə dair beynəlxalq ictimaiyyətin vahid və aydın mövqeyi ilə üzləşməlidir", - brifinqdə vurğulanıb.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Alioglu🇦🇿
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkəninki qədər vacibdir". Bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri…
🆘 Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır.

Bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

"Son günlər, həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır", - brifinqdə qeyd edilib

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Alioglu🇦🇿
🆘 Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır. Bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici…
ABŞ Senatındakı dinləmə erməni lobbisini razı salmaq üçün təşkil edilmiş şou idi.

Bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Qeyd olunub ki, ABŞ Senatında bu yaxınlarda keçirilən ictimai dinləmə erməni lobbisini razı salmaq üçün təşkil edilmiş şoudan savayı bir şey deyildi: "Təəssüf ki, Dövlət Departamentinin nümayəndəsi də erməni lobbiçilərinin təşviq etdiyi birtərəfli anti-Azərbaycan bəyanatlarına qoşulub. Gömrük nəzarəti tələbləri də daxil olmaqla Azərbaycan qanunvericiliyinə riayət etməklə Laçın və Ağdam yollarından eyni zamanda keçid məsələsi artıq bir neçə həftədir ki, ABŞ tərəfi ilə müxtəlif səviyyələrdə müzakirə edilib. Bu səbəbdən, indiki çıxılmaz vəziyyətin səbəbi ABŞ tərəfi üçün aydındır. Buna baxmayaraq, ABŞ Senatında verilən ifadə saxta erməni fikirlərini təkrarlayıb".

Vurğulanıb ki, iyulun 15-də liderlərin Brüssel görüşündə və sentyabrın 1-də Azərbaycan Respublikası Prezidenti ilə ABŞ dövlət katibi arasında telefon danışığında müzakirə edildiyi kimi, Azərbaycan həmişə hər iki yolun ardıcıl və paralel istifadəsini asanlaşdırmağa hazır olub: "Lakin bir neçə aydır ki, erməni tərəfinin həllə biganəliyi, humanitar yardımın davamlı siyasiləşdirilməsi, separatizm və ayrılmaya rəvac verməsi səbəbindən baş tutmayıb. Digər səbəb isə Azərbaycanı tamamilə əsassız olan qondarma humanitar böhran yaratmaqda ittiham etmək idi. Təəssüf ki, bəzi ölkələrin siyasi dairələrinin bəzi üzvləri özlərini bu saxta ittihamlarla əlaqələndiriblər".

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Alioglu🇦🇿
ABŞ Senatındakı dinləmə erməni lobbisini razı salmaq üçün təşkil edilmiş şou idi. Bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin…
"Ermənistan rəhbərliyinin son bəyanatları və fəaliyyəti əvvəlki bəyanatları əsaslı şəkildə heçə endirib".

Bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Qeyd edilib ki, Azərbaycan ərazilərində qanunsuz qondarma rejimin yaradılmasının ildönümünə dair Ermənistanın Baş Naziri tərəfindən verilmiş “təbrik məktubu” Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəl səsləndirilmiş bəyanatların qeyri-səmimi olduğunu bir daha sübut edib.

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-a gedib

Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇷🇺 Rusiya Qara dənizdə Ukrayna və Krımdan keçməklə yeni dəhliz yaradır.

Rusiyanın cənubunda böyük infrastruktur layihəsinə start verilib və bu layihə yaxın beş il ərzində tamamlanmalıdır.

Azov dənizi ətrafındakı yolun bir hissəsi mövcud magistral yollardan keçəcək, bir hissəsi isə sıfırdan tikiləcək.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️✈️İran rəsmiləri tərəfindən əsir mübadiləsi razılaşması çərçivəsində azad edilən 5 amerikalının olduğu təyyarə Doha Beynəlxalq Hava Limanından havaya qalxıb.

Təyyarə ABŞ-a uçub.

Bazar ertəsi axşam azad edilmiş 5 ABŞ vətəndaşını daşıyan təyyarə Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçi rolunu oynayan Dohaya enib. Amerikalıları Qətərin İrandakı səfiri Məhəmməd bin Həməd əl-Həcri müşayiət edib.

Təyyarədə ABŞ administrasiyasının məlumatına görə, İranı tərk etmək qadağan edilmiş keçmiş məhbusların iki ailə üzvü də olub.

ABŞ rəsmiləri məhbus mübadiləsi sazişi çərçivəsində beş İran vətəndaşının hamısını azad ediblər. Onlardan ikisi - Mehrdad Muin Ansari və Reza Sarhanqpour artıq Tehrana gəliblər.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Amerikada bir ana uşağının sinif otağında asılmış LGBT bayrağını zibil qabına atıb:

"Siz tarix öyrətmək üçün buradasınız. Bunun üçün vergimi ödəyirəm. Oğlumu kişi kimi böyüdürəm. Bu bayraq kimi şeylər burada olmamalıdır."

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇮🇷🇹🇷 İran hökuməti Türkiyənin Suriyadan çıxmasını istəyir.

İran, Suriya, Türkiyə və Rusiya arasında keçirilən son dördtərəfli görüşdə İran hökuməti Türkiyə hərbi qüvvələrinin Suriyadan çıxarılması planını təqdim edib.

Tehran təklif edib ki, Türkiyə hökuməti ilk növbədə öz hərbi qüvvələrini Suriya ərazisindən çıxarmağı öhdəsinə götürsün, ikincisi, Suriya hökuməti Türkiyə ərazisinə təhlükə olmaması üçün öz qüvvələrini sərhədə yerləşdirməyi öhdəsinə götürsün.

İran və Rusiya tərəfləri buna zamin olacaq. Türkiyə sərhədlərində İran və Rusiya forpostları qurmaq istəyirlər.

Türkiyə hökuməti isə Suriyada öz sərhədlərində təhlükəsizliyi təmin edəcəyini və bunu İran və ya Rusiyanın ixtiyarına buraxmasının mümkün olmayacağını bəyan edib. Bundan əlavə, Suriya müxalifəti nə İranın, nə də Rusiyanın dominantlığı altında olmaq istəmədiklərini bəyan ediblər.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️Ağdərədə atəş səsləri -1 erməni silahlısı yaralandı

Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti təsir dairəsində növbəti dəfə atəş səsləri eşidilib.

Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin pozulması qeydə alınıb. Ağdərə istiqamətində Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin bir əsgəri yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin bülletenində bildirilir ki, RMK komandanlığı Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə bu faktla bağlı araşdırma aparır.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxan Ermənistan Azərbaycanla Türkiyə arasında məngənədə sıxılmış qoza bənzəyəcək: bir az daha təsir göstərdikdə partlayacaq. Ermənistan NATO-ya qəbul edilməyəcək, Türkiyə bloka salacaq. İstənilən ssenaridə İrəvan Zəngəzur dəhlizini açmalı olacaq”.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️ Dünyaca məşhur azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov erməni şahmatçı Levon Aronyanın bir müddət əvvəl Azərbaycanı ittiham edən açıqlamasına cavab verib.

Ş.Məmmədyarov erməni həmkarına iki xalq arasındakı fərqlərdən söz açıb və azərbaycanlıların humanizmini xatırladıb:

"Levon, mən məhz düzünü yazmaq istəyirəm!

Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən.

Həqiqət isə budur.

Birincisi Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları paralel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və buna imkan verməz.

Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur, sadəcə yüklər yoxlanılır. Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır.

Levon, bilirsən ki, uzun illər ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərliyini gördün, hətta İçərişəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda I Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər “qonaqpərvərliyi”ni nümayiş etdirdi, canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağını yandırmaqla. Bax bu əsl vəhşilikdir!

Yəqin dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda Amerikaya qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla “vətən” adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq Amerikaya getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlılar, o cümlədən mənim valideynlərim isə 30 il öncə doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə dogma yurdlarından qaçqın düşüb.

Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm.

Düşünürəm yenidən çox böyük məmnuniyyətlə səfər edərsən.

Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debüt”ü oynamaq istədin, məncə sifarişli “gediş” etdin".

Şəhriyar Məmmədyarov
Azərbaycan milli komandasının üzvü
Beynəlxalq qrossmeyster
18 sentyabr 2023-cü il

Qeyd edək ki, Levon Aronyan bir müddət əvvəl feysbuk hesabında Qarabağdakı ermənilərin guya "blokada"da olması ilə bağlı paylaşım edib.

Əlavə edək ki, bu gün digər şahmatçımız Teymur Rəcəbov da erməni həmkarına əsl həqiqətləri xatırladıb.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇮🇱 İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan ölkəyə 95 milyon dollar dəyərində “SkyStriker” kamikadze PUA-ları satıb...😉

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷 Ərdoğan, İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələcək.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️ “Şahmatda manipulyasiyaya və yalana yer yoxdur. Bu oyun bizə dürüstlük və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəyiblər və təkcə şahmat şahmat lövhəsi arxasında yox, həm də açıqlamalarında dürüstlüyü qorumağa borcludurlar. Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı belə deyil”.

Bu fikirləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov “Facebook” sosial şəbəkəsində erməni şahmatçının təxribat xarakterli açıqlamasına cavab olaraq yazıb.

“44 günlük İkinci Qarabağ müharibəsi zamanı Aronyan deyir və yazırdı ki, guya əlinə silah alıb müharibəyə getməyə hazırdır. Təbii ki, Azərbaycana qarşı döyüşmək üçün. Amma riyazi təfəkkürə malik olan Aronyan, görəsən, bu bəyanatı ilə faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəklədiyini, Xankəndidəki separatçıları ruhlandırdığını və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə töhfə verdiyini düşünürdümü?”, - T.Rəcəbov yazıb.

Onun sözlərinə görə, şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq, dünyanın hər yerindən insanları birləşdirir, bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, hətta Soyuq Müharibə dövründə belə şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.

“Ermənilərlə azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birgə çalışıb, sevinib, kədərlənib. Lakin ötən əsrin 90-cı illərində erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlüklər” ilə bağlı ideyaları qonşularımızın, eləcə də Qarabağ ermənilərinin, Azərbaycan vətəndaşlarının şüuruna hopub.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra - Azərbaycan Silahlı Qüvvələrinın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan 7 rayonu işğaldan azad edərək Ermənistanı təslim olmağa və tam məğlubiyyətini etiraf etməyə məcbur edəndə isə Levon Aronyan susmuşdu”, - azərbaycanlı şahmatçı qeyd edib.

“Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri, bütün evlərin və tikililərin xarabalığa çevrildiyini göstərəndə Aronyan susurdu. Aronyan erməni işğalçıları tərəfindən Yer üzündən silinən, Qafqazın Hirosiması – Ağdam barədə də, dağıdılan və ya tövlələrə çevrilən məscidlər və ibadət evləri barədə də, vəhşicəsinə işgəncələrə məruz qalan və qətlə yetirilən on minlərlə azərbaycanlı barədə də, Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə yaşatdığı misilsiz iztirablar barədə də heç nə demirdi. O, inadla susurdu. İndi isə yenə danışmağa başlayıb”, - deyə T.Rəcəbov qeyd edib və L.Aronyanın “Facebook” profilində erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrar edərək Azərbaycana qarşı ittihamlar səsləndirdiyini xatırladıb.

“Ağdam-Xankəndi yolu işləyərkən, keçid məntəqəsi işləyərkən, hər iki istiqamətdə hərəkət edən yüklərin görüntüləri hamıya əlyetən olarkən hansı “blokada”dan danışmaq olar?! Məhz Azərbaycanın səyi ilə hər iki yol - Ağdam-Xankəndi və Laçın- Xankəndi yolları işləməyə başladı. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, həm dünya ictimaiyyəti, həm də bu yaxınlarda Ermənistanın özü tərəfindən tanınıb. Və orada yaşayan ermənilər də Azərbaycana inteqrasiya etməlidirlər. Azərbaycan dövlətinin təklif etdiyi ərzaq məhsullarını qəbul etməlidirlər, daha Ağdam-Xankəndi yolunu bağlamamalıdırlar”, - T.Rəcəbov vurğulayıb.

“Gəlin dürüst olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etimadının açarıdır. Hər bir yalan açıqlama şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir. Unutmamalıyıq ki, qrossmeysterlər söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”, - azərbaycanlı şahmatçı bildirib.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇵🇰 Pakistan adı çəkilməyən ölkəyə 14 J-10 C qırıcısı satmağa hazırlaşır.

Bu qırıcılar taktiki-texniki göstəricilərinə görə Fransanın "Rafale", ABŞ-ın "F-16 Block 70/72" çoxfunksiyalı qırıcılarından əsla geri qalmır. 😉

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿 Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️ DTX məlumat yaydı:

Xocavənddə sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilmiş terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları olan mülki şəxslər 1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlayıb.

📱 Kanala abunə ol 📥 Əlaqə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM