Alioglu_News🇦🇿
22.8K subscribers
82.6K photos
49.8K videos
57 files
21.2K links
🌍 Dünya hadisələri — Azərbaycan gözü ilə

📊 Günlük analitika: nə baş verir və NİYƏ

🔗 İran, İsrail, Türkiyə, Rusiya — regionumuza təsiri

⚡️ Başqa yerdə tapa bilməyəcəyiniz perspektiv

📝 Reklam: @Pretorian2021
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺💰Sergey Lavrov Rusiyanın öz qızıl-valyuta ehtiyatlarının geri qaytarılmasına nail olacağını bəyan edib.

Onlar məsələni elə qələmə verməyə çalışırlar ki, guya vəsaitlər Rusiyaya məxsusdur, lakin razılaşdırılmış paydan artıq əldə edilən gəlir Rusiyanın deyil.

Əgər bu vəsaitlərin üzərinə həbs qoyulmasaydı, onlar dondurulmasaydı, bəlkə də bu yanaşma doğru olardı.

Lakin biz öz mülkiyyətimizə sərəncam verə bilmədiyimiz, bizə çatacaq faizləri ala bilmədiyimiz bir vaxtda, kimlərsə bizim pullarımız hesabına əlavə gəlir əldə edərək Rusiyaya qarşı müharibəni maliyyələşdirir.

Bunu heç bir hüquq şirkəti əsaslandıra bilməz.

Avropa Komissiyası isə, qeyd etdiyim kimi, yenə də bu aktivləri müsadirə etmək və yalnız bizim Ukraynaya hansısa təzminatları ödəməyimizdən sonra onları geri qaytarmaq niyyətindədir.

Biz qızıl-valyuta ehtiyatlarımızın geri qaytarılmasına mütləq nail olacağıq, buna zərrə qədər də şübhəm yoxdur”.

#Lavrov #Rusiya #Aktivlər #Ehtiyatlar #AvropaKomissiyası
🇺🇦⚔️Bir şeyi anlamaq vacibdir - Ukraynaya qarşı müharibədə iştirak edən Rusiya hərbçiləri qəhrəman deyillər.

Ənənəvi mənada qəhrəmanlar öz evini, öz ölkəsini xarici hücumdan qoruyarkən həlak olan insanlardır.

Bu halda isə həmin hərbçilər silahla daxil olduqları başqa bir ölkənin ərazisində sadəcə məhv ediliblər.

#Ukrayna #Rusiya #Müharibə #Hərbçilər #Mövqe
👍1
🇷🇺🇺🇦Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır, bizim deyəcək sözümüz var - Lavrov.

Digər bəyanatlar:

RF Ukrayna üzrə danışıqlara hazırdır və bu prosesi heç vaxt mürəkkəbləşdirməyə çalışmayıb;

Qarşı tərəf buna hazır olarsa, Rusiya danışıqları tamamilə bərpa edə bilər;

Rusiya Ukrayna üzrə danışıqlar aparıldığı müddətdə hərbi əməliyyatları dayandırmayacaq;

Əgər amerikalılar Ankoricdə əldə olunmuş razılaşmalardan geri çəkilməsəydilər, “biz artıq bir ildir ki, müharibəsiz yaşayırdıq”.

Rusiya Ukrayna üzrə həm ikitərəfli, həm də üçtərəfli danışıqlara hazırdır;

RF ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanmasına yardım göstərmək marağını alqışlayır, əsas odur ki, onlar münaqişənin köklü səbəblərini anlayırlar.

#Rusiya #Ukrayna #Lavrov #Danışıqlar #Sülh
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇦🔥Səudiyyə Ərəbistanının Əbha şəhərində ARAMCO şirkətinə məxsus daha bir neft obyekti Yəməndən pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumdan sonra yanır.

#SəudiyyəƏrəbistanı #ARAMCO #Yəmən #Əbha #PUA
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺🇺🇦Sergey Lavrov Ukraynanın Beynəlxalq Cinayət Məhkəməsindəki toxunulmazlığı barədə danışıb.

Ukrayna dosyesi üzrə BCM prokurorluğu araşdırmanın yalnız və yalnız Rusiyaya qarşı yönəldiyini heç gizlətməyə də çalışmır.

Kiyevin 2024-cü ildə Roma Əsasnaməsini ratifikasiya edərkən irəli sürdüyü xüsusi qeyd-şərt nə məhkəmədə, nə də iştirakçı dövlətlərdə heç bir etiraz doğurmayıb.

Diqqət yetirin, Ukrayna vətəndaşları tərəfindən törədilən hərbi cinayətlər 8 il müddətinə BCM-nin yurisdiksiyasından çıxarılıb.

Təsəvvür edirsinizmi, qeyri-qanuni rejimin rəhbərlik etdiyi bu ölkə hansı şərtlərlə Beynəlxalq Cinayət Məhkəməsinə üzv qəbul edilib.

Yəni münaqişənin iki tərəfindən BCM yalnız bizim - Rusiyanın üzərində yurisdiksiya iddiası irəli sürür.

Bütün bunlar Rusiyanın Roma Əsasnaməsində iştirak etmədiyi, Zelenski rejiminin isə tam hərəkət sərbəstliyi aldığı bir şəraitdə baş verir.

Eyni zamanda elə bu Beynəlxalq Cinayət Məhkəməsinin özü üçün Ukrayna işi, heç bir mübaliğəsiz, əsl “qızıl mədəni”dir.

#Lavrov #Ukrayna #Rusiya #BCM #Məhkəmə
👍1👎1
🎨🐎Üsamə bin Ladenin oğullarından biri olan Ömər bin Laden terrorçuluq əvəzinə rəssamlığa, atlara, kantri musiqisinə və klassik Amerika vesternlərinə maraq göstərib.

Atlara və rəsm çəkməyə sevgisi onda hələ uşaqlıq illərində yaranıb: təxminən yeddi yaşında atasının atlarının rəsmini çəkirdi.

#ÖmərBinLaden #ÜsaməBinLaden #Rəssamlıq #Atlar #Maraqlı
🇺🇸🤖Robotlar hakimiyyəti ələ keçirməyəcək - ABŞ prezidenti Tramp bəyan edib.

“Washington Post” qəzetinin yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp “Nvidia” şirkətinin baş direktoru Censen Huanqa zəng vurub. Zəng zamanı Huanq Los-Ancelesdə keçirilən “All-in” forumunda səhnədə çıxış edirmiş.

Huanq telefon zəngini ucadan danışan rejimə keçirib. Bundan sonra ABŞ prezidenti süni intellektlə bağlı narahatlıqları mistifikasiya adlandırıb və “robotlar hakimiyyəti ələ keçirməyəcək”. deyə bildirib.

#Tramp #Nvidia #Süniİntellekt #Robotlar #Texnologiya
1
🇱🇧🇮🇱İsrailin hücumları nəticəsində Livana dəyən zərər 20 milyard dolları ötüb.

▪️ İlkin hesablamalara görə, 2023-cü il oktyabrın 8-dən 2026-cı il martın 2-dək İsrail ordusunun Livana hücumları nəticəsində ölkəyə dəyən ümumi zərər 20 milyard dolları keçib.

Bu barədə Livanın Baş naziri Nəvvaf Salam parlamentdə çıxışı zamanı bildirib. Bütün hesablamalar yekunlaşdıqdan sonra zərərin 27 milyard dolları ötə biləcəyi gözlənilir.

▪️ Salam Livanın istəmədiyi bir müharibəyə cəlb olunduğunu xatırladıb.

“Hamınızın bildiyi kimi, biz bu müharibəyə qoşulmağın nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişdik”, - o bildirib.

▪️ Baş nazirin sözlərinə görə, İsrailin hücumlarının nəticələri həm əhali, həm də ölkə iqtisadiyyatı üçün ağır olub. Təxminən 9 min nəfər həlak olub, on minlərlə ev dağıdılıb.

#Livan #İsrail #NəvvafSalam #Müharibə #YaxınŞərq
🇺🇸🐂ABŞ dövlət katibinin müavini Kris Landau Belqradda keçiriləcək “Expo 2027” sərgisində ABŞ pavilyonuna öküz heykəlinin qoyulması planını təxirə salıb, çünki bu obrazın Baal tanrısını və ya Bibliyadakı qızıl buzovu xatırlada biləcəyindən ehtiyat edib.

▪️ Bu barədə “Axios” məlumat yayıb. Bildirilir ki, avqustun 19-da Landau Dövlət Departamentinin əməkdaşlarına elektron məktub göndərərək heykəlin simvolikasını müzakirəyə çıxarıb.

▪️ O vaxtdan bəri rəsmilər öküz konsepsiyasını qoruyub saxlamaqla yanaşı, onun satanist və ya bütpərəst obrazlarla hər hansı assosiasiya yaratmamasının yollarını müzakirə edirlər.

#ABŞ #KrisLandau #Expo2027 #Belqrad #Axios
🇯🇵🤖Humanoidlər üçün “xilasetmə xidməti” - Yaponiyada yerindəcə təmir üzrə dünyanın ilk xidməti təqdim edilib: yaponlar robotlar üçün təcili yardım işə salıblar.

Yaponiyanın “GMO Internet Group” şirkəti ölkədə ilk dəfə olaraq insanabənzər robotların təmiri ilə məşğul olan servis avtomobilini - “robotlaşdırılmış reanimobil”i ictimaiyyətə nümayiş etdirib.

Bu, mühəndislərin lazımi alətlər, ehtiyat hissələri və əlavə ehtiyat humanoidlə birbaşa müştərinin ünvanına yollandığı xüsusi təyinatlı furqondur.

Sıradan çıxmış robotu yerində təmir etmək mümkün olmadıqda, onu əsas təmir bazasına aparırlar, müştəriyə isə müvəqqəti istifadə üçün əvəzedici robot təqdim olunur.

“GMO” şirkətində hesab edirlər ki, robotlar otellərdə, anbarlarda, mağazalarda və zavodlarda kütləvi şəkildə fəaliyyətə başladıqda bu cür xidmətə böyük tələbat yaranacaq - çünki iş günlərini itirmədən texnikanı dərhal sıraya qaytarmaq biznes üçün son dərəcə mühüm əhəmiyyət kəsb edəcəkdir.

#Yaponiya #Robot #Texnologiya #İnnovasiya #Humanoid
🎖 Bəzi hərbçilər üçün “leytenant” rütbəsində xidmət müddəti azaldılır

Təhsil müddəti 5 il olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrini bitirən hərbçilər üçün “leytenant” rütbəsində olma müddətinin 2 il müəyyən edilməsi təklif olunur.

📚 Bundan əlavə, magistratura və rezidenturanı bitirmiş, həmçinin doktoranturada təhsilini başa vuraraq elmi dərəcə almış zabitlərin hərbi rütbədə xidmət müddətinin hər təhsil səviyyəsi üzrə bir dəfə 1 il azaldılması nəzərdə tutulur.

✈️ Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün “leytenant” rütbəsində olma müddəti isə 1 il olacaq.
🇦🇲 Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib:

📱 "Məndə Hikmət Hacıyevin nömrəsi var, onda da mənim nömrəm. Biz mütəmadi əlaqə saxlayırıq".
⚡️Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. 

📍 Dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
3
🇦🇲Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib. Sənəd ratifikasiya üçün parlamentə göndəriləcək.
🇮🇳⚖️Hindistanda məscidin sökülməsini tənqid edən jurnalist həbs olunub.

▪️ Saharanpurda keçmiş jurnalist və videobloqer Huda Zarivala saxlanılıb. O, müxalifət nümayəndə heyəti ilə birlikdə sökülmüş məscidin yerləşdiyi əraziyə getməyə çalışıb.

Bundan sonra Zarivala “ictimai asayişin pozulmasının qarşısının alınması” ilə bağlı maddə əsasında həbs edilib.

▪️ Məscidin sökülməsi ilə bağlı paylaşımlarına, həmçinin Uttar-Pradeş ştatının baş naziri Yogi Adityanath və yerli administrasiya haqqında səsləndirdiyi fikirlərə görə ona qarşı ayrıca iş də açılıb.

Polis iddia edir ki, həmin paylaşımlar dinlərarası harmoniyanın pozulmasına səbəb ola bilərdi.

#Hindistan #Saharanpur #Jurnalist #Məscid #Həbs
Forwarded from İlham Əliyev
Media is too big
VIEW IN TELEGRAM
“Qobustan” Günəş Elektrik Stansiyasının açılış mərasimi
👍2
🇵🇱🇷🇺⚡️Polşa Rusiyaya qarşı müharibəyə girəcəyi təqdirdə 2-3 gün ərzində mövcudluğuna son qoyacaq - Rusiya Prezidentinin köməkçisi Patruşev bəyan edib.

Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev bildirib ki, rəsmi Varşavanın Moskva ilə birbaşa hərbi toqquşmaya girməsi bu ölkə üçün faciəvi nəticələrlə yekunlaşacaq.

Onun sözlərinə görə, Rusiya ilə genişmiqyaslı qarşıdurmaya cəlb olunacağı halda Polşa dövləti cəmi 2-3 gün ərzində məhv olacaq və siyasi xəritədən silinəcəkdir.

#Rusiya #Polşa #Patruşev #Müharibə #Moskva
🇷🇺⚖️Rusiyanın regionlarında müqavilə əsasında hərbi xidmətə cəlbetmə planını yerinə yetirməyən məmurlar cərimələnir.

▪️ Andrey Pivovarov və Rusiyanın Müharibə Əleyhinə Komitəsi bələdiyyələr üçün müəyyən edilmiş hərbçi toplama planını yerinə yetirmədiklərinə görə məmurların cəzalandırılması ilə bağlı azı 61 məhkəmə qərarı aşkarlayıb. Belə inzibati məsuliyyət ən azı 51 regionda tətbiq olunur.

▪️ Bratsk administrasiyası ilə bağlı işin materiallarından məlum olur ki, 2025-ci il üçün hərbi xidmətə cəlbetmə planı 548 nəfərdən 645 nəfərə qaldırılıb.

14 mindən çox ünvana baş çəkildikdən və təxminən 3 min nəfərlə söhbət aparıldıqdan sonra cəmi 369 nəfər müqavilə imzalayıb.

▪️ Qəyyumluq orqanları mənzil növbəsində olan 312 yetim və uşaq evlərinin məzunu barədə məlumatları administrasiyaya təqdim edib. Məmurlar onlardan 261 nəfəri hərbi xidmətə cəlb etməyə çalışıblar, lakin yalnız bir nəfər müqavilə imzalayıb.

Digər regionlarda isə potensial hərbçilərin siyahısına şübhəli və təqsirləndirilən şəxslər, eləcə də inzibati nəzarət altında olan insanlar daxil edilib.

#Rusiya #HərbiXidmət #MüqaviləliHərbçilər #Səfərbərlik #Regionlar
1